Vergi ödəyicisi pərakəndə və topdansatış fəaliyyətinin hər ikisi ilə məşğul ola bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Pərakəndə ticarətlə məşğul olan fiziki şəxs eyni təsərrüfat subyektində həm də topdan ticarət fəaliyyəti ilə məşğul ola bilər?

Cavab: Bildiririk ki, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Qeyd olunanlardan göründüyü kimi eyni ticarət obyektində pərakəndə və topdansatış fəaliyyətinin həyata keçirilməsinə yol verilməməlidir.

Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Gilan Beton LLC

Öhdəliklər:

• Gündəlik maliyyə və hesab əməliyyatlarına cavabdehlik daşımaq;
• Maliyyə analizlərini yerinə yetirmək və ehtiyac yaranarsa idarə heyətinə hesabat vermək;
• Ay sonunda gündəlik uçot dəftərinin və digər sənədlərin hazirlanmasını yerinə yetirmək;
• Vergi və Dövlət Sosial Müdafiə Fondunun hesabatlarını hazırlamaq;
• Mühasibat tapşırıqlarını son tarixə qədər tamamlamaq və maliyyə qruplarına kordinasiya etmək;
• Kompüterli mühasibat sistemlərinin qiymətləndirmək və İT performansının təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Menecerin baxması üçün Maliyyə hesabatlarını və bəyanatlarını hazirlamaq;
• Maliyyə uyğunsuzluqlarını təhlil edib və effektiv qətnamələr təklif etmək;
• Xərcləri izləmək, gəlirləri təhlil etmək, büdcə dəyişikliklərini müəyyən etmək və bu barədə rəhbərliyə hesabat vermək;
• İdarəetmədən gələn suallara vaxtında cavab vermək;
• Lazım olduqda digər Mühasiblərə yol göstərmək;
• Verilmiş hesablar üçün büdcə hazırlanmasina və digər idarə etmə fəaliyyətlərinə kömək etmək;
• Tələb olunan sənədləri hazırlamaq və lazımi məlumatları təqdim etməklə audit fəaliyyətinə yardım etmək;
• Şirkətin siyasəti və qaydalarına əsasən maliyyə işlərini izləmək və yadda saxlamaq;
• Mövcud mühasibat prosedurlarına dəyişiklikləri nəzərdən keçirmək və təkliflər etmək.

Tələblər:

• Mühasibatlıq, maliyyə və ya digər aidiyyəti sahə üzrə ali təhsil;
• Müvafiq sahədə minimum 5 illik iş təcrübəsi;
• Vaxtı düzgün idarə etmək bacarığı;
• Komandada işləmək bacarığı;
• Dəqiqlik, analitiklik, məsuliyyətlilik.

E-mail: jeyhun.yusubov@gilanholding.com

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Azərbaycanda orta aylıq əmək haqqı azalıb

posted in: Xəbər | 0

Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 508,4 min nəfər olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan 881 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22%-i təhsil, 19,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,9%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% artaraq 519,8 manat təşkil edib. Amma bu,  ilin əvvəli ilə müqayisədə isə 1,6% azdır.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir

posted in: Vergi, Xəbər | 0

“Artıq 3 aydır Vergilər Nazirliyi yoxlamaları müvəqqəti dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir.”

Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

“Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin artırılmasıdır. Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma, bu, o demək deyil ki, vergi nəzarəti olmayacaq”, – nazir müavini bildirib.

Vergi ödəyicilərinin karqo ilə bağlı üzləşdikləri problemlərə də aydınlıq gətirən S.Ələkbərov idxalla məşğul olan bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntuların olduğunu istisna etməyib. O deyib ki, vergi və gömrük sənədlərinin düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən gömrük orqanına təqdim olunan sənədlərdə uyğunsuzluqlar mövcuddur, bəzi hallarda saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır.

“Ona görə də şəffaflığın təmin olunması məqsədi ilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır”, – nazir müavini qeyd edib.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az