Daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir
“Artıq 3 aydır Vergilər Nazirliyi yoxlamaları müvəqqəti dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi
üzərində iş gedir.”
Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.
“Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin artırılmasıdır. Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma, bu, o demək deyil ki, vergi nəzarəti olmayacaq”, – nazir müavini bildirib.
Vergi ödəyicilərinin karqo ilə bağlı üzləşdikləri problemlərə də aydınlıq gətirən S.Ələkbərov idxalla məşğul olan bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntuların olduğunu istisna etməyib. O deyib ki, vergi və gömrük sənədlərinin düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən gömrük orqanına təqdim olunan sənədlərdə uyğunsuzluqlar mövcuddur, bəzi hallarda saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır.
“Ona görə də şəffaflığın təmin olunması məqsədi ilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır”, – nazir müavini qeyd edib.
Mənbə: report.az
“Vergiləri tam və vaxtında ödəyən intizamlı vergi ödəyiciləri vergi orqanları tərəfindən həmişə dəstək görəcək”.
“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı