Şəhadətnamə-dublikatın sonuncu günü qeyri-iş gününə düşərsə

posted in: Xəbər | 0

Sual: Xahiş edirəm, aşağıdakı məqama konkret cavabın əldə olunmasında köməklik göstərəsiniz: Vergi Məcəlləsi: Maddə 35.3. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir. Maddə 68. Müddətlərin müəyyən edilməsi qaydası 68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Nümunə: Taxbank sistemində olan “XÖHKS Tarixi”: 10.01.2017 Şəhadətnamə dublikatın üzrərində qeyd olunmuş “Verilmə tarixi”: 10.01.2017 Qeyd: 20.01.2017-qeyri iş günüdür
1. 68-ci maddənin 1-ci və 2-ci bəndinin tələbini nəzərə almaqla, nümunədə qeyd olunan şəhadətnamə-dublikat əsasında müştəriyə 23.01.2017-ci il tarixdə hesab açmaq olarmı?
2. Şəhadətnamə-dublikatın hesablanma tarixi, Vergi Məcəlləsinin 35.3, 68.1 və 68.2-ci bəndlərinə əsasən aşağıdakı qaydada nəzərə alınmalıdımı? (10-cu günün qeyri-iş gününə düşdüyü hallar istisna olmaqla) Verilmə tarixi+10 təqvim günü=ümumilikdə 11 gün.

Cavab: Bildiririk ki, bank hesabının açılması üçün vergi ödəyicisinin ərizəsi əsasında vergi orqanından alınmış şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab olunur. Qeyd olunan müddət şəhadətnamə-dublikatın alınmasından sonrakı gündən başlanır və təqvim günləri ilə hesablanmaqla müddətin sonuncu günü qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Sorğunuzda qeyd etdiyiniz halda 10.01.2017-ci il tarixdə alınmış şəhadətnamə-dublikatın qüvvədə olmasının son müddəti (21.10.2017) qeyri-iş gününə təsadüf etdiyindən, həmin müddət ən yaxın növbəti iş gününə, yəni 23.01.2017-ci il tarixə keçir.

Bax: Vergi Məcəlləsinin 35-ci və 68-ci maddəlləri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Sirab ASC Mühasib köməkçisi axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İş barədə məlumat

  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
  • Müştəri ilə əlaqə saxlanılması
  • Anbar qalığına nəzarət
  • Müştəri müqavilələrinin hazırlanması
  • İnvoislərin yazılması
  • Satışdan yaranan geri qaytarmaların qeydə alınması
  • Əmək haqqının işlənməsi
  • Qanunvericilikdə nəzərdə tutulmuş yeniliklərdən xəbərdar olması və tələb edilən digər işlər
  • İş qrafiki: 5 günlük (09:00-dan 18:00-dək)
  • Nahar saatı (13:00-dan 14:00-dək), nahar şirkət tərəfindən verilir
  • Şirkət Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesində yerləşir

Namizədə tələblər

  • Punktuallıq
  • Səliqəli və işində dəqiq
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Analitik təhlil bacarığı
  • Mükəmməl ünsiyyət qurmaq bacarığı
  • Stressli iş şəraitində işləmə bacarığı
  • İdxal-ixracla bağlı sənədləşməni bilmək;
  • Debitor-kreditor borcları təyin etməyi bacarmaq
  • Vergi proqramları ilə işləməyi bilməli
  • Namizədlər Micro proqramını mütləq bilməlidir
  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  •  Telefon: (012) 404-32-38
  • Əmək haqqı: 400 – 500 AZN

Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı 40%-ə yaxın artıb

posted in: Xəbər | 0

2017-ci ildə Azərbaycanda qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı artıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, hesabat ili ərzində qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 148990 (11860 hüquqi şəxs, 137130 fiziki şəxs) olmaqla, 2016-cı ildə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayına (145874 ümumi, 7923 hüquqi şəxs, 137951 fiziki şəxs) nisbətən 2,1% çox olub.

Hesabatda qeyd olub ki, 2017-ci il ərzində Azərbaycanda 972 xarici investisiyalı şirkət qeydiyyata alınıb. Əvvəlki illə müqayisədə qeydiyyata alınmış xarici investisiyalı şirkətlərin sayında (697) 275 və ya 39,5% artım olub.

Dövr ərzində qeydiyyatdan keçmiş 31782 təsərrüfat subyektinin (obyektinin) sayı 2016-cı ildə qeydiyyatdan keçmiş 32741 təsərrüfat subyektinin sayına nisbətən 959 və ya 2,9% azalıb.

2017-ci il ərzində qeydiyyatdan keçmiş Pos-terminalların sayı (6803) 2016-ci ildə qeydiyyatdan keçmiş Pos-terminalların sayına (9184) nisbətən 25,9% az olub.

Vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin tətbiqi nəticəsində 2017-ci il ərzində 255,2 mln. manat vəsait dövlət büdcəsinə elektron qaydada ödənilib.

Mənbə: apa.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Ən qalmaqallı mühasib oğurluqları (3-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibləri büdcə pullarını oğurlamağa vadar edən nədir?

Mühasib peşəsini müəssisənin gəlirlərini və ya büdcə vəsaitlərinin bir hissəsini mənimsəməyə çalışmaq və bu zaman oğurluğun üstünün açılmayacağına ümid etmək nöqteyi-nəzərincə, təhlükəli peşə hesab etmək olar.

Mühasiblərlə bağlı bir çox kriminal xəbərlər buna şahidlik edir. Mühasib öncə əlinə aldığı pulu sonra cibinə qoyur və güman edir ki, bu əməlin üstü açılmayacaq. Lakin, bütün gizlinlər nə vaxtsa aşkara çıxır. Bu bir aksiomdur.

Bu yazıda biz sizləri bir neçə il ərzində Buryatiyada baş vermiş qalmaqallı mühasib oğurluqları ilə tanış edəcəyik.

3-cü hissə

Rayon xəstəxanasının mühasibləri 60.000 manat (2 milyon rubl) mənimsəyiblər.

Üç  il əvvəl Qusinoozerskoy rayon (Buryatiya Respublikası) xəstəxanasına daxil olan tibbi xidmətə görə vəsaitlərin oğurlanması faktı aşkar olunub. Məlum olub ki, daxil olan pulların bir hissəsi sistemli şəkildə oğurlanıb. Bu məsələdə mühasibatlıq işçilərinin əlinin olması ətrafında şübhələr ortaya çıxır. İstintaq zamanı du şübhələrin heç də əsassız olmadığı məlum olub. Belə ki, istintaqın versiyasına görə xəstəxananın mühasibləri bu tibb müəssisəsinin əməkdaşlarının müxtəlif növ ödənişlər almaları ilə bağlı saxta cədvəllər tərtib ediblərmiş. Sonradan isə həmin pulları kassadan götürərək, öz aralarında bölüşüblərmiş. İki il yarım ərzində dələduz mühasiblər 2 milyon rubl oğurlayıblar. Şübhəlilərə qarşı saxtakarlıq yolu ilə bir qrup cinayətkar tərəfindən xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi maddəsi ilə cinayət işi qaldırılıb. Həmin maddə ilə onları 10 ilədək həbs cəzası gözləyir. Cinayət işi ilə bağlı materiallar artıq məhkəməyə göndərilib. Mühasiblər öz günahlarını etiraf edərək, bundan peşman olduqlarını bildiriblər və artıq oğurladıqları vəsaitləri geri qaytarmağa başlayıblar.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15

info@audit.az