» » » Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı 40%-ə yaxın artıb

Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı 40%-ə yaxın artıb

posted in: Xəbər | 0

2017-ci ildə Azərbaycanda qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı artıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, hesabat ili ərzində qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 148990 (11860 hüquqi şəxs, 137130 fiziki şəxs) olmaqla, 2016-cı ildə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayına (145874 ümumi, 7923 hüquqi şəxs, 137951 fiziki şəxs) nisbətən 2,1% çox olub.

Hesabatda qeyd olub ki, 2017-ci il ərzində Azərbaycanda 972 xarici investisiyalı şirkət qeydiyyata alınıb. Əvvəlki illə müqayisədə qeydiyyata alınmış xarici investisiyalı şirkətlərin sayında (697) 275 və ya 39,5% artım olub.

Dövr ərzində qeydiyyatdan keçmiş 31782 təsərrüfat subyektinin (obyektinin) sayı 2016-cı ildə qeydiyyatdan keçmiş 32741 təsərrüfat subyektinin sayına nisbətən 959 və ya 2,9% azalıb.

2017-ci il ərzində qeydiyyatdan keçmiş Pos-terminalların sayı (6803) 2016-ci ildə qeydiyyatdan keçmiş Pos-terminalların sayına (9184) nisbətən 25,9% az olub.

Vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin tətbiqi nəticəsində 2017-ci il ərzində 255,2 mln. manat vəsait dövlət büdcəsinə elektron qaydada ödənilib.

Mənbə: apa.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Leave a Reply

Your email address will not be published.