İdxal mallarının anbara mədaxili necə həyata keçirilir?

posted in: Xəbər | 0

Sual: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №– qərarının 57 nömrəli əlavəsi olan №– MTQA-01 “Malların təhvil-qəbul aktı” formasında mallar üç növdə mədaxil olunub: qaimə-faktura; elektron qaimə-faktura; malların alış aktı. Tərtib olunmuş forma idxal mallarının anbara mədaxili üçün istifadə olunursa, (bildiyimiz kimi, idxal əməliyyatları gömrük bəyannaməsi ilə mədaxil olunur.) Nə üçün sözü gedən formada gömrük bəyannamələri qeyd olunmamışdır? Xahiş edirik sorğumuzu cavablandırasınız ki, tərtib etdiyimiz ciddi hesabat blanklarında yalnışlığa yol verməyək.

Cavab: Bildiririk ki, “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoice) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır.

Ciddi hesabat blankının forması ilə bağlı isə aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Bax: Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli və 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası və Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

800 manat əmək haqqı ilə Anbardar-Mühasib tələb olunur

İşəgötürən: “Xazar Oil MMC”

İş barədə məlumat

  • Anbara daxil olan malların qəbulu, qeydiyyatı və yerbəyer edilməsi;
  • Anbardan mal çıxışına nəzarət;
  • Anbarda məhsulların saxlanmasına cavabdehlik və nəzarət;
  • Anbar sayımı və stok nəzarəti;
  • Malların düzgün və tam şəkildə olmasını yoxlamaq və yerləşdirmək;
  • İş günləri razılaşma yolu ilə (09:00-dan 18:00-dək).

Namizədə tələblər

  • Bu sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  •  Ali və ya orta ixtisas təhsili;
  • Kompüterdə sərbəst işləmək bacarığı (Excel, Word, Anbar Proqramları);
  • Təhlil aparmaq bacarığı;
  • İnkişafa meyilli;
  • Ciddi, məsuliyyətli, dəqiq;
  • Sumqayıt şəhərində yaşayanlara üstünlük verilir;
  • Rus dilini bilənlərə üstünlük verilir.
  • Şəhər: Sumqayıt
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Elmi dərəcə
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Lalə xanım
  • Telefon: (012) 497-41-37 / (050) 458-89-89 / (055) 458-89-89
  • Əmək haqqı: 500-800 AZN

Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət etdi

posted in: Vergi, Xəbər | 0

Hörmətli vergi ödəyiciləri!

Novruz bayram ilə əlaqədar 2018-ci il mart ayının 20-dən 26-dək qeyri-iş günləri olacağını nəzərə alaraq ayın son günlərində müraciətlərin artması səbəbindən iş proseslərinin ahəngdarlığının təmin olunması məqsədi ilə cari vergi öhdəliklərinin yerinə yetirilməsini, habelə müvafiq vergi bəyannamələrinin təqdim edilməsini mart ayının 20-dək həyata keçirməyiniz tövsiyə olunur.

Vergilər Nazirliyi Sizi, qarşıdan gələn xalqımızın milli bayramı – Novruz Bayramı münasibəti ilə təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayır!

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Nəşriyyat fəaliyyəti zamanı elektron qaimə-faktura verilməsi

posted in: Xəbər | 0

Nəşriyyat fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən sifarişçi müəssisəyə kitab nəşri ilə bağlı xidmətlər göstərildiyi halda, sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidirmi?

Vergi Məcəlləsinin (VM) 16.1.11-6-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

VM ilə müəyyən olunan hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur (VM, maddə 71-1).

Bunlarla yanaşı,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura – bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim olunan ilkin uçot sənədidir.

Qeyd olunanlara əsasən:

Nəşriyyat fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən göstərilən kitab nəşri xidmətlərinə görə sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidir.

Mənbə: www.vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az