İnventarizasiya haqqında bilməli olduqlarımız (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

inventarizasiyaBeləliklə, mühasibat uçotu – bu, təşkilatın təsərrüfat həyatının özünəməxsus salnaməsidir, hansı ki, təşkilatın digər işçilərindən daxil olan, eləcə də mühasiblərin özləri tərəfindən tərtib edilən sənədlərə əsasən müəssisənin struktur bölməsi olan mühasibatlıq tərəfindən aparılır.

Bu sənədlər əsasında təşkilatın mühasibatlığı müsəssisənin mülkiyyəti – maddi dəyərləri və pullarının yerdəyişməsini izləyir. Təşkilatın mühasibatlığı istənilən zaman ərzində müəssisənin mülkiyyətinin bölüşdürülməsi, yəni təşkilatın hansı əmlaka sahib olduğu və onların harada yerləşməsi barədə təsəvvürə malik olmalıdır.

Ancaq belə bir sxemdə işlər düzgün tərtib olunmaya da bilər.

Mühasibatlığa verilən sənəd tamamilə düzgün tərtib oluna bilər, amma, həqiqətdə real təsərrüfat əməliyyatına müvafiq gəlməyə də bilər. Digər bir sənəd elə yoldaca, mühasibatlığı çatdırılmamışdan əvvəl yoxa çıxa bilər. Təşkilata məxsus maddi dəyərlər itirilə bilər və ya oğurlana bilər.

Belə hadisələr nəticəsində mühasibatlığın məlumatları əsasında əldə olunan təşkilatın mülkiyyətinin yerləşməsi təsviri, real vəziyyətə uyğun gəlməyə bilər.

Əlbəttə ki, real iqtisadi vəziyyət və mühasibat məlumatları arasında bəzi fərqlər öz-özlüyündə aşkar ediləcək. Lakin, təsərrüfatın vəziyyətinin yoxlanılması məqsədilə xüsusi tədbirlər həyata keçirilməsə,  real iqtisadi vəziyyətlə mühasibat uçotu məlumatları arasında uyğunsuzluq güclənəcək və bir qədər sonra qarşıya belə bir sual çıxacaq: real vəziyyəti əks etdirməyən belə bir mühasibat uçotu təşkilata lazımdırmı?

Bu uyğunsuzluqları vaxtında üzə çıxarmaq və onların yaranmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq inventarizasiya həyata keçirilir – təşkilatın balansında olan əmlakın mühasibat uçotu məlumatlarına müvafiq gəlib-gəlmədiyi yoxlanılır.

Təşkilatın rəhbərliyi və onun mülkiyyətçiləri müəssisədə inventarizasiyanın müntəzəm və vicdanla həyata keçirilməsində maraqlıdırlar. Bundan əlavə, müntəzəm inventarizasiyanın aparılması qanunvericilikdə nəzərdə tutulub.

Dərinlik dərəcəsinə görə seçmə və tam inventarizasiya, zamana görə – planlı, qəfil plandankənar həyata keçirilə bilər.

Təşkilatda planlı inventarizasiya əvvəlcədən qəbul olunmuş qaydalara uyğun həyata keçirilir. Məsələn, hər maliyyə ilinin sonunda illik hesabat hazırlanmazdan öncə təşkilatda tam planlı inventarizasiya həyata keçirilə bilər. Mülkiyyətin dövriyyədə olan ayrı-ayrı növləri daha tez-tez inventarizasiyaya məruz qala bilər.

Maddi dəyərlərin oğurlanması ilə bağlı şübhələr yarandıqda, qəfil inventarizasiya öncədən xəbərdarlıq edilmədən,  həyata keçirilə bilər.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Killer’lə əməkdaşlıq edən mühasibin sonu

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasibMühasib müəssisənin direktor müavinini qətlə yetirmək üçün “killer” tutub.

Hadisə Rusiyada baş verib. Belə ki, bələdiyyə unitar müəssisələrindən birində mühasib işləyən qadın mühasibat sənədlərini saxtalaşdırmaq yolu ilə müəssisənin hesabından 3,5 milyon rubl pul ələ keçirib. Onun bu dələduzluq əməlindən xəbər tutan direktor müavini qadından pulları geri qaytarmağı tələb edib. Pulları geri qaytarmaq istəməyən mühasib vəziyyətdən çıxmaq üçün lazımsız şahiddən can qurtarmaq istəyib. Bu məqsədlə o, 200 min rubla “killer” kirayələyib. Amma, qətli həyata keçirməli olan şəxs, mühasibi pis vəziyyətdə qoyub. Belə ki, o, qətlin sifarişçisi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları qətllə bağlı səhnə təşkil ediblər və “killerin” direktor müavinini guya qətlə yetirdiyi anı göstərən foto-şəkil hazırlayıblar. Qadın pulları killerə verdiyi anda polislər tərəfindən saxlanılıb. Baş mühasibə qarşı RF CM-nin “dələduzluq”, “rəsmi sənədlərin saxtalaşdırıması” və “digər cinayəti ört-basdır etməkdən ötrü muzdla qətl təşkil etmək” maddələrilə cinayət işi qaldırılıb.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Bu mallar idxal rüsumu və vergilərdən tam azad olunacaq

posted in: Xəbər | 0

rüsumAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 222
Bakı şəhəri, 17 may 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral
tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda
dəyişiklik edilməsi barədə

 

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 3569 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 189; 2015, № 4, maddə 454, № 5, maddə 618) ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 11.5-ci bəndində “təmir” sözü “təqdim” sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                             Novruz Məmmədov

Standart mübadilə sistemi çərçivəsində əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim olunan zaman idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunacaq.

İndiyə qədər əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilən zaman gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunub.

Mənbə: cabmin.gov.az
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

 

Məzunlar üçün iş imkanı

işHolcim (Azərbaycan) ASC-də iş imkanı

90 ölkədə 110.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupu, dünyada sement, Hazır Beton Məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində dünya liderlərindən biridir.

Məzunlar üçün iş imkanı

Şöbə: Maliyyə şöbəsi

İş qrafiki: Tam iş vaxtı

Müddət: 6 – 12 ay

Tələb olunan keyfiyyətlər

Funksional

· Səlist Azərbaycan dili, İngilis , Rus dillərini bilmək müsbət keyfiyət sayılır.
· Maliyyə təhsili

Davranış bacarıqları:

· Tez qavrayan
· Çalışqan
· Ünsiyyət bacarığı
· Güclü analitik qabiliyyət

Təhsil və təcrübə

· Ali təhsil ( Maliyyə-mühasibatlıq)
· Maliyyə sertifikatları(ACCA, CIMA) və bu sahədə iş təcrübəsi

Sənədlərin qəbul qaydası

Maraqlananlar ərizə verdikləri vakansiyanın Mövzu hissəsinə “Graduate to FD” yazmaqla qısa tərcümeyi halını (CV) aze-hr-cv@lafargeholcim.com  ünvanına göndərə bilərlər.

Müraciət olunan bütün ərizələrə baxılacaq və hər bir şəxsə bərabər imkan yaradılacaqdır.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciətin son qəbul tarixi: 1 iyun 2018.

Mənbə: www.holcim.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az