» » » Bu mallar idxal rüsumu və vergilərdən tam azad olunacaq

Bu mallar idxal rüsumu və vergilərdən tam azad olunacaq

posted in: Xəbər | 0

rüsumAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 222
Bakı şəhəri, 17 may 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral
tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda
dəyişiklik edilməsi barədə

 

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 3569 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 189; 2015, № 4, maddə 454, № 5, maddə 618) ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 11.5-ci bəndində “təmir” sözü “təqdim” sözü ilə əvəz edilsin.

Biznes hesabi

Azərbaycan Respublikasının
Baş naziri                             Novruz Məmmədov

Standart mübadilə sistemi çərçivəsində əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim olunan zaman idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunacaq.

İndiyə qədər əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilən zaman gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunub.

Mənbə: cabmin.gov.az
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az