Sumqayıt Texnologiyalar Parkında vakansiya

posted in: Anbardar, İş elanı, Xəbər | 0

Sumqayıt Texnologiyalar ParkıVəzifənin adı: Anbardar

Vəzifə öhdəlikləri:

• Anbarlara yükləmə-boşaltma işlərinə nəzarət etmək;
• Anbarlara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
• Anbarlara qəbul edilmiş mallar haqqında son-istifadəçiləri məlumatlandırmaq, onların həmin malları təftiş etməsi məqsədilə lazım olan texnika və işçi qüvvəsi təmin etmək;
• Anbarlara olan malların növlərinə görə səliqə ilə yığılmasına nəzarət etmək;
• İş tapşırıqlarını paylaşdırmaq, eləcə də iş tapşırıqlarını və qaimələri nəzərdən keçirmək;
• Daxil olan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
• İnventar sistemlər üzrə hesabatları hazırlamaq və inventar hesabatları təhlil etmək;
• İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdriyyətə bildirmək;
• Anbarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
• Anbarda işləyən heyətin işinə nəzarət etmək;
• Anbara boşalan malların yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
• Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını təmin etmək;
• Anbardan malların buraxılış vərəqəsi əsasında buraxılmasını təmin etmək;
• Anbarda olan mal-materialın inventarlaşmasında mühasibatlıqla birlikdə yaxından iştirak etmək;
• Rəhbərlik tərfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

Təhsil/Təcrübə:

• Ali təhsil (Texniki, iqtisadi və ya riyaziyyat üzrə təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq, Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilmək;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• 1C və digər anbar proqramlarını mükəmməl şəkildə bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• E-mail:  cv@stp.az

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (12-ci addım, 2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
Mühasibat7-ci addım, ikinci hissə

Qalığın azalması metodu (ikili tənəzzül):  Bu metod aşağıdakı kimi hesablanır: düzxətli metod zamanı istifadə edilən amortizasiya norması, faizlə ifadə olunan sürətləndirici əmsalına vurulur. Bu, 100% – dən 200% -ə qədər dəyişir. 200%lik əmsal daha geniş yayılıb. Ondan istifadə zamanı balans dəyərinin ikiqat azalması baş verir. Bu proses adətən ikiqat amortizasiya dərəcəsi ilə azalan qalıq metodu adlanır. Düzxətli amortizasiya normasını götürüb, onu sürətləndirmə əmsalına və əsas aktivin balans dəyərinə vururuq və həmin dövr üçün amortizasiya dəyərini əldə edirik. Bu məbləğ aktiv balans dəyərindən çıxılır. Bu yolla əldə olunmuş aktiv balans dəyərinin qalığı sonrakı dövrə köçürülür və bütün bu prosedur təkrarlanır.

Nümunə: Yük avtomobilinin faydalı xidmət müddəti 5 ildir.  Buna müvafiq olaraq, düz xəttli metodda hər il üçün aşınma dərəcəsi 20% (100% / 5) olmuşdur. İkili qeydə alınma metodunda amortizasiya dərəcəsi 40% (2×20%) olacaq.

1-ci ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x10.000=4000, qalıq qiyməti 6000

2-ci ilin sonu:  ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x6000=2400, qalıq qiyməti 3600

3-cü ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x3600=1440, qalıq qiyməti 2160

4-cü ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x2160=864, qalıq qiyməti 1296

5-ci ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri  296, burada 1000 manat ləğvetmə dəyəri kimi çıxılır və cəmi 296 manat qalır.

Burada biz amortizasiyanın sabit dərəcəsinin həmişə əvvəlki ilin xalis dəyərinə tətbiq olunduğunu görürük. Ən böyük aşınma məbləği ilk ilə təsadüf edir, sonrakı illərdə isə azalma müşahidə olunur. Nəhayət, son ildə ləğvetmə dəyəri çıxıldıqdan sonra məhdud məbləğ qalır.

Amortizasiya hesablama üsulu istehsal həcminə mütənasibdir: Bu amortizasiya üsulu aktivin faktiki fiziki istifadəsinə əsaslanır.

Nümunə: Yük maşınının xidmət ömrü 90000 km olaraq hesablanır. 1 km-lik amortizasiya xərci aşağıdakı kimi müəyyən ediləcək:

İlkin qiymət – Ləğvetmə qiyməti = 10000-1000 = 0,1/km.

İş vahidlərinin təxmin edilən sayı 90000

Əgər təxmin etsək ki, istismarın ilk ilində avtomobil 20.000 km, ikinci il 30.000 km məsafə qət edib. Üçüncü il 10.000 km, dördüncü il 200.000 km; və beşinci il 10.000 km yol qət edib; onda bu belə ifadə olunacaq:

1-ci ilin sonuna ilkin qiymət 10.000, qət edilən məsafə 20.000 km, illik aşınma məbləği 2000

2-ci ilin sonu, ilkin qiymət 10.000, məsafə 30.000, aşınma məbləği 3000

3-cü ilin sonu, ilkin qiymət 10.000, məsafə 10.000, aşınma məbləği 1000

4-cü ilin sonu, ilkin qiymət 10.000, məsafə 20.000, aşınma məbləği 2000

5-ci ilin sonu, ilkin qiymət 10.000, məsafə 100.000, aşınma məbləği 1000

Bu metod obyektin faydalı ömrü boyunca qaytarılması kifayət qədər dəqiqliklə müəyyənləşdirildikdə tətbiq edilməlidir.Ləğvetmə dəyəri çox vaxt əhəmiyyətli hesab olunmur və praktikada tez-tez nəzərə alınmır.

Məqalənin əvvəlki hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergilər Nazirliyi tərəfindən xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyiİyunun 30-dək Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq.

Azərbaycanda Ümumi Hesabatlılıq Standartı əsasında xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə məxsus hesablar üzrə hərtərəfli yoxlama prosedurları açıqlanıb.

Bu, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənən “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.

Açılma tarixinə görə hüquqi və fiziki şəxslərə məxsus hesablar aşağıdakılara bölünür:

– əvvəlcədən mövcud olan hesablar – 1 iyul 2017-ci il tarixinədək hesabat verən maliyyə institutunda mövcud olan hesablar;

–   yeni hesablar – 1 iyul 2017-ci il tarixində və ya bu tarixdən sonra hesabat verən maliyyə institutunda açılan hesablar.

Azərbaycan qanunvericiliyində həyatın yığım sığortası müqaviləsi və ya annuitet sığortası müqaviləsinin tərəfi qismində qeyri-rezidentlərin olmaması nəzərdə tutulduğu halda, həmin müqavilə üzrə fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hesabat verilməli hesablar olmasının müəyyən edilməsi və ya barəsində hesabat verilməsi tələb edilmir. Yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilən fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının aşağıdakı növləri vardır:

– aşağı dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 1000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablar;

– yüksək dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə və ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablar.

Fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hərtərəfli yoxlama prosedurlar zamanı hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə barəsində hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə rezidentlik ünvanı testi və elektron axtarış metodların tətbiqi barədə qərar qəbul edə bilər. Hesab AML/KYC tələblərinin Azərbaycan Respublikasında tətbiq edilməsi barədə qanunvericilik qüvvəyə minənədək açılmışdırsa, hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda faktiki rezidentlik ünvanı həmin maliyyə institutunun əldə etdiyi ən son sənədlərdə (məsələn, dövlət vergi orqanı tərəfindən verilmiş bildirişlər, kommunal xidmətlərdən istifadəyə dair bildiriş və ya qəbzlər, daşınmaz əmlakın icarəsinə dair sənəd və ya digər sənədlər) olan ünvan hesab olunur. Bu yarımbənddə nəzərdə tutulan hesaba münasibətdə hesabat verən maliyyə institutundan tələb olunur ki, faktiki rezidentlik ünvanının dəqiqləşdirilməsi ilə bağlı hesab sahibi ilə əlaqə saxlayaraq müvafiq yazılı dəlillərin əldə olunması üçün tədbirlər görsün. Həyatın yığım sığortası müqaviləsinə münasibətdə faktiki rezidentlik ünvanının hesabat verən maliyyə institutu tərəfindən qeyri-düzgün hesab edilməsi və ya hesab edilməyə əsas olmasına səbəb olan dəyişikliyin baş verməsinədək və ya müqavilənin ödəniş (tam və ya qismən) tarixinədək hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlardakı faktiki rezidentlik ünvanı əsas götürülə bilər. Rezidentlik ünvanı testinə əsaslanan hesabat verən maliyyə institutunun yazılı dəlilləri qeyri-düzgün və ya əsassız hesab etməsi, yaxud hesab etməyə əsası olmasına səbəb olan dəyişiklik baş verərsə, həmin maliyyə institutu müvafiq təqvim ilinin və ya digər hesabat dövrünün sonunadək, yaxud bu cür dəyişikliyin aşkar edilməsindən sonra 90 günədək (göstərilən müddətlərdən daha geci tətbiq olunmaq şərtilə) hesab sahibinin vergi məqsədləri üçün rezidentliyini müəyyən etmək üçün özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə etməlidir. Hesabat verən maliyyə institutu qeyd olunan müddət ərzində özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə edə bilmirsə, elektron axtarış aparmalıdır.

Faktiki rezidentlik ünvanı testinin tətbiqi barədə qərar qəbul etməyən hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə aşağıdakı əlamətlər nəzərə alınmaqla elektron məlumat bazasında olan məlumatlar əsasında axtarış aparmalıdır:

– hesab sahibinin xarici dövlətin rezidenti kimi identifikasiyası;

–  xarici dövlətdə cari poçt və ya yaşayış ünvanı (abunə qutusu ünvanı daxil olmaqla);

–  xarici dövlətdə bir və ya bir neçə telefon nömrəsinin olması və Azərbaycana Respublikasına aid telefon nömrəsinin olmaması;

–  xarici dövlətdə saxlanılan hesaba vəsaitin köçürülməsinə dair bank hesabları istisna olmaqla digər hesablar üzrə verilmiş uzunmüddətli ödəniş tapşırıqları;

–  xarici dövlətdə ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş qüvvədə olan etibarnamə və ya imza hüququ;

– “poçtun saxlanması” göstərişi və ya hesabat verən maliyyə institutunun elektron məlumat bazasında hesab sahibinə məxsus yeganə ünvanın xarici dövlətə aid “vasitəçi” ünvanı.

Fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hərtərəfli yoxlanılması 30 iyun 2018-ci il tarixinədək başa çatdırılmalıdır.

Hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları üzrə hərtərəfli yoxlama prosedurlarına gəlincə, 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesablarının hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyənədək həmin hesabların Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verilməli hesab kimi yoxlanılması, müəyyən edilməsi və onlarla bağlı hesabat verilməsi tələb edilmir. Yoxlanılması tələb edilən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları aşağıdakılardır:

–  30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçən hesablar;

– 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçməyən, lakin hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000  ABŞ dolları məbləğini keçən hesablar.

Hesab sahibinin xarici dövlətin rezidenti olub-olmamasını göstərən məlumatı müəyyən etmək üçün hesabat verən maliyyə institutu tənzimləmə və ya müştərilərlə işin aparılması məqsədləri üçün saxlanılan məlumatları (AML/KYC prosedurlarına uyğun olaraq toplanmış məlumatlar daxil olmaqla) nəzərdən keçirməlidir. Bu halda hesab sahibinin xarici dövlətin rezidenti olduğunu göstərən məlumata xarici dövlətdə təsis və ya təşkil edilmə yeri, yaxud  hüquqi ünvanı aiddir. Müəyyən edilən məlumat hesab sahibinin xarici dövlətin rezidenti olmasını göstərirsə, hesabat verən maliyyə institutu özünüqiymətləndirmə sənədi əldə etməyənə qədər, yaxud sərəncamında olan və ya mənbəyi bəlli məlumatlar əsasında hesab sahibinin hesabat verilməli şəxs olmadığını təsdiq etməyənə qədər hesaba hesabat verilməli hesab kimi yanaşmalıdır. Hesab sahibinin passiv NFE olub-olmamasının müəyyən edilməsi məqsədilə hesabat verən maliyyə institutu sərəncamında olan və ya mənbəyi bəlli məlumatları araşdırır. Araşdırma nəticəsində hesab sahibinin statusunu, yəni passiv NFE, aktiv NFE və ya maliyyə institutu (iştirakçı olmayan xarici dövlətin ərazisində təsis edilmiş investisiya şirkəti istisna olmaqla) olmasını dəqiqləşdirmək mümkün olmadığı təqdirdə, hesabat verən maliyyə institutu həmin hesab sahibinin statusunu müəyyən etmək məqsədilə özünüqiymətləndirmə sənədini əldə etməlidir. Hesabat verən maliyyə institutu passiv NFE-nin nəzarət edən şəxslərindən hər hansı birinin hesabat verilməli şəxs olmasını müəyyən edir. Bu məqsədlə hesabat verən maliyyə institutu həmin passiv NFE-yə məxsus hesablara münasibətdə aşağıdakı mənbələrdən istifadə edir:

– qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablarla bağlı AML/KYC prosedurlarına uyğun olaraq əldə olunmuş və saxlanılan məlumatlardan;

– qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablarla bağlı hesab sahibindən və ya nəzarət edən şəxsdən alınan özünüqiymətləndirmə sənədindən.

–  30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçən hesabların hərtərəfli yoxlanılması 30 iyun 2018-ci il tarixinədək başa çatdırılmalıdır.

30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən, lakin hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə 250 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesabların hərtərəfli yoxlanılması həmin hesabların qalıq və ya dəyərinin 250 000 ABŞ dollarını keçdiyi təqvim ilindən sonrakı təqvim ili ərzində başa çatdırılmalıdır.

Mənbə: apa.az
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Satış üzrə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibÜmumi:

Holcim (Azərbaycan) ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir və dünyanın ən böyük sement istehsalçısı olan LafargeHolcim Qrupuna daxildir.

Vəzifə: Satış üzrə Mühasib

Şöbə: Maliyyə

İş vaxtı: Tam iş vaxtı

Əsas öhdəlikləri və vəzifələri:
  • Şirkətin satışla bağlı işçilərin dövriyyəsi, debitor borclarının daha da dəqiq müəyyənləşdirmək məqsədilə bütün əməliyyatlarının BMS və SAP sisteminə salınması,
  • SAP-da bütün satış əməliyyatlarının işlənib hazırlanması, eləcə də proforma fakturası, eqaime və ƏDV hesablarının yaradılması.
  • Debitor borc məlumatlarının bütövlüyünün təmin edilməsi.
  • Debtor borclarına nəzarət məqsədilə ödənişlərin SAP sisteminə salınması
  • Qaimə fakturaların yoxlanması və yerli qanunverciliyə uyğunluğun təmin olunması.
  • Şirkətin borclarının düzgünlüyünü təsdiqləmək üçün müştəri balanslarının üzləşdirilməsi
  • Satışa nəzarət və satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi
  • Özünü və ətrafdakı insanları təhlükəsiz bir iş mühiti ilə təmin etmək üçün şirkətin təhlükəsizlik qaydaları və nizamnamələri ilə tam xəbərdar olmaq və onlara ciddi əməl etmək.
Tələb olunan keyfiyyətlər:
  • Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
  • Minimum 3 il iş təcrübəsi;
  • Kompüter bacarığı: MS Office, SAP;
  • Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
  • Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
  • Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
  • Büdcəni tərtib etmə, ona nəzarət etmə, proqnozlaşdırma və hesabat aparma; Capex Prosesi; Maliyyə təhlili bilikləri;
  • Vergi prosedurları bilikləri; illik audit və hesabat prosedurları; Ödəmə üsulları / satınalma prosesi haqqında məlumat;
  • Yerli və BMHS mühasibat qaydalarının əsas bilikləri;
  • Bank qanunvericiliyi üzrə bilik.
Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Satış üzrə Mühasib” yazmaqla aze-hrcv@lafargeholcim.com ünvanında yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 1 iyun 2018

Mənbə: holcim.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az