Ümumi:
Holcim (Azərbaycan) ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir və dünyanın ən böyük sement istehsalçısı olan LafargeHolcim Qrupuna daxildir.
Vəzifə: Satış üzrə Mühasib
Şöbə: Maliyyə
İş vaxtı: Tam iş vaxtı
Əsas öhdəlikləri və vəzifələri:
- Şirkətin satışla bağlı işçilərin dövriyyəsi, debitor borclarının daha da dəqiq müəyyənləşdirmək məqsədilə bütün əməliyyatlarının BMS və SAP sisteminə salınması,
- SAP-da bütün satış əməliyyatlarının işlənib hazırlanması, eləcə də proforma fakturası, eqaime və ƏDV hesablarının yaradılması.
- Debitor borc məlumatlarının bütövlüyünün təmin edilməsi.
- Debtor borclarına nəzarət məqsədilə ödənişlərin SAP sisteminə salınması
- Qaimə fakturaların yoxlanması və yerli qanunverciliyə uyğunluğun təmin olunması.
- Şirkətin borclarının düzgünlüyünü təsdiqləmək üçün müştəri balanslarının üzləşdirilməsi
- Satışa nəzarət və satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi
- Özünü və ətrafdakı insanları təhlükəsiz bir iş mühiti ilə təmin etmək üçün şirkətin təhlükəsizlik qaydaları və nizamnamələri ilə tam xəbərdar olmaq və onlara ciddi əməl etmək.
Tələb olunan keyfiyyətlər:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Kompüter bacarığı: MS Office, SAP;
- Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
- Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
- Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
- Büdcəni tərtib etmə, ona nəzarət etmə, proqnozlaşdırma və hesabat aparma; Capex Prosesi; Maliyyə təhlili bilikləri;
- Vergi prosedurları bilikləri; illik audit və hesabat prosedurları; Ödəmə üsulları / satınalma prosesi haqqında məlumat;
- Yerli və BMHS mühasibat qaydalarının əsas bilikləri;
- Bank qanunvericiliyi üzrə bilik.
Müraciət etmək proseduru:
Maraqlananlar CV-lərini mövzu bölməsində “Satış üzrə Mühasib” yazmaqla aze-hrcv@lafargeholcim.com ünvanında yerləşdirə bilərlər.
Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.
Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-lərin son qəbul tarixi: 1 iyun 2018
Mənbə: holcim.az