Nizamnamə kapitalı 3 milyon manat olan MMC yaradılıb

posted in: Vergi, Xəbər | 0
MMCVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 3 milyon manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “ATENA EKSPORT” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1504003451

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1052, Bakı ş., Nərimanov rayonu, Əhməd Rəcəbli ev 25D.

Nizamnamə kapitalı: 3000000 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: Qasımova Nailə Əsgər qızı

Dövlət qeydiyyatına alındığı tarix: 12 aprel 2018

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Sosial sığorta haqqında” Qanunda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0
sığorta“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 834-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279, Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 976-VQD nömrəli Qanunu) 15-ci maddəsinin birinci hissəsinin altıncı abzasında “aspirantlara (magistrlərə)” sözləri “doktorantlara və magistrlərə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2018-ci ilin iyun ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

vergi

2018-ci ilin may ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməldir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin may ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən 2-ci rüb üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Xüsusi notariusların 2018-ci ilin may ayı üzrə hesabladığı gəlir vergisi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (cari ilin 2-ci rübü üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək qabiliyyətini itirmiş sığorta olunana aylıq sığorta ödənişlərinin verilməsi hansı hallarda dayandırıla bilər?

posted in: Xəbər | 0

sığortaSual: İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana verilən aylıq sığorta ödənişlərinin verilməsi dayandırıla və ya bərpa oluna bilərmi?

Cavab: Qanunvericiliklə, aylıq sığorta ödənişlərinin verilməsi aşağıdakı hallarda dayandırılır:

  • sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan öldükdə;
  • sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunanın peşə əmək qabiliyyətinin bərpa edilməsi TSEK tərəfindən müəyyən edildikdə;
  • sığorta olunan peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədi ilə təkrar müayinə olunmaqdan imtina etdikdə.

Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin səbəb olduğu haldan öldükdə, aşağıdakı əsaslardan ən azı birinin mövcud olması şərtilə, həmin əsaslarda nəzərdə tutulmuş faydalanan şəxslərə qanunvericiliyə uyğun qaydada hesablanmış birdəfəlik sığorta ödənişi verilir:

  • sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər müəyyən edildikdə;
  • sığorta olunanın ölümündən sonra uşağı doğulduqda;
  • sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü müəyyən edildikdə;
  • sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər müəyyən edildikdə.

Qeyd olunana əsaslar olduqda, həmin  tarixdən aylıq sığorta ödənişinin verilməsi bərpa edilir.

Mənbə: nhmt-az.org

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.