Mәzuniyyәtlәrin növbәlilik cәdvәllәrindən kənarlaşmalara hansı hallarda yol verilə bilər?

posted in: Xəbər | 0

Sual: Hәr il müәssisәlәrdә әmәk mәzuniyyәtlәrinin verilmәsi üçün növbәlilik cәdvәllәri tәrtib edilir. Mәzuniyyәtlәr bu cәdvәldә göstәrilәn vaxtdan başqa vaxta keçirilә bilәrmi?

Cavab: Әmәk Mәcәllәsinә әsasәn istehsalın vә işin normal gedişini tәnzimlәmәk, mәzuniyyәtlәrin uçotunun düzgün aparılmasını tәmin etmәk mәqsәdi ilә hәr il yanvarın sonunadәk әmәk mәzuniyyәtlәrinin verilmәsi üçün növbәlilik cәdvәllәri tәrtib edilә bilәr. Әmәk mәzuniyyәtlәrinin verilmә növbәsi hәmkarlar ittifaqları tәşkilatının, o olmadıqda isә işçinin rәyi öyrәnilmәklә işәgötürәn tәrәfindәn tәsdiq edilir. Aşağıdakı işçilәrә әmәk mәzuniyyәti arzusu ilә onlar üçün әlverişli olan vaxtda verilә bilәr: 14 yaşınadәk iki vә daha çox uşağı olan vә ya sağlamlıq imkanları mәhdud uşağı olan qadınlara; 16 yaşınadәk uşaqları tәkbaşına böyüdәn valideynә vә ya qәyyuma; hәrbi qulluqçunun arvadına (әrinә); әlillәrә; müharibә veteranlarına; Çernobıl AES-dә qәzanın nәticәlәrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya mәruz qalaraq sağlamlığı pozulmuş vә ya şüalanma xәstәliyinә düçar olmuş şәxslәrә; yaşı on sәkkizdәn aşağı olan işçilәrә; işlәmәklә yanaşı tәhsil alan şәxslәrә; Әmәk Mәcәllәsinin 120-ci maddәsindә göstәrilәn Azәrbaycan xalqı qarşısında xüsusi xidmәtlәri olan işçilәrә. Müәssisәdә işlәdiyi müddәtdәn asılı olmayaraq işçinin arzusu ilә әmәk mәzuniyyәti arvadının hamilәliyә vә doğuşa görә mәzuniyyәtdә olduğu dövrdә verilir. Bu cәdvәllәrdә göstәrilәn qaydada mәzuniyyәtlәrin verilmәsi yuxarıda göstәrilәn hallardan başqa digәr bir halda mümkün ola bilәr ki, digәr işçilәrin bu mәzuniyyәti digәr vaxtlarda almaq üçün kifayәt qәdәr әsasları olsun vә onların bu barәdә yazılı әrizәsinә müdiriyyәt tәrәfindәn müsbәt cavab verilsin.

Mənbə: labourrights-az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Fəaliyyəti dayanmış şirkətin balansında olan avtomobilin hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

Sual: Fəaliyyətini dayandırılmış firmanın balansında avtonəqliyyat vasitəsi var. Hansı hesabatlar verilməlidir və hansı vergilər hesablanır bu maşına görə?

Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Bununla belə, vergi qanunvericiliyinə əsasən mexaniki nəqliyyat vasitələrinin dəyəri əmlak vergisindən azaddır. Mexaniki nəqliyyat vasitələrinə isə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsi, o cümlədən də avtonəliyyat vasitəsi də aiddir.

Qeyd edilənlərə əsasən sorğunuzda göstərilən halda hər hansı verginin hesablanması və bəyan edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarınızı müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə Sizə bildiriş göndərilməklə həmin əməliyyatların müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

Bax: Vergi Məcəlləsinin 16.4-cü, 16.5-ci və 199.4.3-cü maddələri, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 3 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Qanununun 1-ci maddəsinin 18-ci hissəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi üzrə mühasib tələb olunur

Vergi üzrə mühasib“PAŞA Sığorta” ASC namizədləri Vergi  üzrə mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək;
• Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
• Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
• Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
• Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
• Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
• Müasir hesablama texnikası / proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
• Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Bilik və bacarıqlar:

• Maliyyə istiqamətində ali təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl bilikllər;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
• Mühasibat uçotunun qanunverici bazasını, Vergi, Əmək, Mülki Məcəlləsi;
• Azərbaycan dilində sərbəst danışıq və yazma bacarığı;
• Maliyyə sahəsində vergi mühasibi kimi 2 il iş təcrübəsi.

Son müraciət tarixi: 15 iyul, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi əməkdaşına rüşvət verən mühasibin aqibəti

posted in: muhasibat, Məqalə, Vergi, Xəbər | 0

rüşvətMühasib vergi əməkdaşına rüşvət təklifi etdiyinə görə cəzalandırılıb. 


Başqırdıstanda (Rusiya) mühasib vergi əməkdaşına rüşvət təklif edib. Başqırdıstan məhkəməsi şirkətlərdən birinin 37 yaşlı əməkdaşı ilə bağlı qərar çıxarıb. O, Federal vergi xidmətinin yerli şöbəsinin əməkdaşına rüşvət təklif etməkdə təqsirli bilinib. İstintaq versiyasına görə, ötən ilin yanvar ayında ticarət şirkətində səyyar vergi yoxlaması keçirilib. Yoxlamanın gedişi zamanı ticarət təşkilatının mühasibi pozuntu hallarını ört-basdır etmək üçün vergi müfəttişinə 200 min rubl rüşvət təklif edib. Razılıq əldə olunduqdan sonra vergi orqanının əməkdaşı fakt haqqında polis orqanına məlumat verib. Qadın həmin məbləği təqdim edərkən, polis əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs öz təqsirini qismən etiraf edib və məhkəmə qərarı ilə iki il yarım müddətinə şərti cəza alıb. Bundan əlavə, mühasib həm də 600 min rubl cərimə ödəməli olacaq.

Cəzanın həddən artıq yumşaq olduğunu hesab edən prokurorluq məhkəmə qərarından şikayət vermək niyyətindədir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.