Bank of Baku’da Yay Təcrübə Proqramı

posted in: Bank, Xəbər | 0

TəcrübəBank of Baku böyük məmnuniyyət hissi ilə 2018-ci il üzrə Yay Təcrübə Proqramını açıq elan edir!

Aşağıda göstərilən istiqamətlər üzrə təhsil alan və ya məzun olmuş və gələcəkdə bu istiqamətlərdən hər hansı biri üzrə karyera qurmaq niyyətində olan şəxslər proqrama müraciət edə bilərlər:

  • Müştərilərə xidmət və kredit əməliyyatları;
  • Məlumat mərkəzi və kommunikasiya;
  • Biznesin inkişafı, partnyorluq və layihələr;
  • İnsan resurslarının idarə edilməsi;
  • Risklərin idarə edilməsi;
  • İnformasiya texnologiyaları.
Kimlər müraciət edə bilər?
  • Ali məktəbi bu il bitirən, hal-hazırda magistraturada təhsil alan və ya məzun olmuş şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyəti bacarığı olanlar (Rus dili arzuolunandır);
  • MS Office proqramları ilə işləmək bacarığı olanlar;
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.
Təcrübə proqramının şərtləri
  • Müddət: 1-3 ay
  • Təcrübə vaxtı: 5 iş günü, 09.00-18.00
  • Təcrübə yeri: Baş Ofis və filiallar
  • Müraciət üçün son tarix: 20/06/2018

Yuxarıdakı tələblərə uyğun namizədlər “Müraciət et” düyməsindən istifadə edərək CV formamızı doldura və ya öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun mövzu (subject) hissəsində Təcrübə proqramı sözünü qeyd etməyi unutmayın! Əks halda namizədləyiniz bu sahələr üzrə dəyərləndirilməyəcəkdir. Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

Mənbə: www.bankofbaku.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət orqanı tərəfindən verilən ən qısa cavab

posted in: Xəbər | 0

 

Sual: Daimi iş yerim yoxdur, mən özüm hər ay DSMF-yə pul köçürə bilərəmmi? Əgər bu mümkündürsə, aylıq qazancımın hansı hissəsini keçirməliyəm və neçə il ərzində? Misal üçün aylıq qazancım 500 AZN təşkil edir və mən istəyərdim ki, pensiyaya çıxdığım zaman pensiyam 300 AZN təşkil etsin. Hal-hazırda 32 yaşım var.

Cavab: Yox

Mənbə: www.soft.sspf.gov.az

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

ƏDV bəyannaməsinin 307-ci kodlu sətrində hansı məbləğ əks etdirilməlidir?

posted in: Vergi, Xəbər | 0

Sual: ƏDV bəyannaməsinin 307-ci kodlu sətrinin C1 xanasında təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə hesabat ayında ƏDV məqsədləri üçün vergi tutulan əməliyyata görə daxil olunmuş məbləğ yoxsa alınmış avanslar əks etdirilir?

Cavab: Bildiririk ki, ƏDV bəyannaməsinin 307-ci kodlu sətrinin C1 xanasında təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə hesabat ayında hansı formada daxil olmasından asılı olmayaraq ƏDV məqsədləri üçün vergi tutulan əməliyyata görə daxil olunmuş məbləğ və alınmış avanslar əks etdirilməlidir.

Bu barədə daha ətraflı məlumat almaq üçün saytımızda yerləşdirilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları” ilə tanış ola bilərsiniz (https://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=4&lang=).

Bax: Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşçi dəyəri ilə bağlı dünya reytinqi

posted in: Məqalə, Vergi, Xəbər | 0

Dünya ölkələrində işçi dəyəri ilə bağlı maraqlı tədqiqat aparılıb. Rusiyanın blogs.klerk.ru saytı sözügedən tədqiqatla bağlı yazı yerləşdirib. Həmin məqalənin maraqlı olacağını nəzərə alıb, onu oxucuların diqqətinə çatdırırıq.

PWC-nin 189 ölkədə işçi dəyəri ilə bağlı tədqiqat həyata keçirib. Həmin tədqiqata əsasən, Rusiya işəgötürənləri hər bir işçiyə görə dövlətə onun maaşının 47 faizini ödəyir. Ümumilikdə təşkilatlar bir əməkdaşa görə yeddi ödəniş həyata keçirirlər. Bütün sənədlərin hazırlanması və üç əsas verginin (şirkətin gəlirlərinə görə vergi, əməyə görə vergi və istehlaka görə ödənilən məcburi üzvlük haqları) ödənilməsinə Rusiya işəgötürənləri il ərzində orta hesabla 168 saat vaxt sərf edirlər.

ABŞ-dan olan işəgötürənlər isə əməkdaşın məvacibinin 43,9 faizini dövlətə ödəməli olurlar ki, bu zaman 11 ödəniş həyata keçirilir. Əsas prosedurlara 175 saat vaxt sərf edilir.

Ən sadə vergi ödənişlərinə görə BƏƏ və Qətər dövlətləri reytinqdə ilk sıralarda yerləşiblər. BƏƏ-də işəgötürən dövlətə əməkdaşın maaşının 15,9 faizini ödəyir və cəmi dörd ödəniş həyata keçirir. Əsas vergi ödənişlərinə orta hesabla 12 saat zaman gedir. Qətərdə isə vergi ödənişləri bir qədər aşağıdır – 11,3% – lakin əsas prosedurları tamamlamaq üçün 41 saat vaxt gedir. Reytinqdə üçüncü yerdə 15 faizlik vergi ödənişləri və 64 saat çəkən, üç prosedurdan ibarət ödənişlərlə və buna 64 saat vaxt sərf  edən Səudiyyə Ərəbistanı qərarlaşıb.

Rusiya reytinqdə 47-ci yeri tutub. Belarus 63-cü yerə layiq görülüb. Bu ölkədə bir işçiyə görə şirkət rəhbərliyi əməkhaqqı həcminin 51,8 faizini dövlətə ödəyir və yeddi müxtəlif ödəniş həyata keçirir. Prosedurlara 176 saat vaxt sərf edilir. Ukrayna – 107-ci yerdədir (burada bir əməkdaşa görə məvacibin 52,2 faizi dövlətə verilir, işəgötürən beş ödəniş həyata keçirir, əsas prosedurlar 350 saat vaxt aparır).

Boliviya reytinqdə sonuncu yeri tutub. Burada işəgötürən hər əməkdaşın maaşının 83,7% dövlətə ödəyir və bu zaman 42 prosedur həyata keçirilir ki, buna da 1045 saat zaman sərf edilir.

Hamıdan çox ödəmələri isə Komor Adaları İttifaqından olan şirkətlər həyata keçirir – hər bir əməkdaşa görə əməkhaqqının 216,5% həcmində. Ən yüksək ödəmələrə gəldikdə, burada birincilik Venesuelaya (inflyasiyaya görə) aiddir. Bu ölkədə işəgötürənlər hər əməkdaşa görə dövlətə 70 əməkhaqqı həcmində ödəmə həyata keçirirlər.

Təssüflər olsun ki, yazıda Azərbaycanla bağlı rəqəmlər öz əksini tapmayıb. Amma dünya üzrə reytinqdə 40-50-ci yerlər arasında qərarlaşıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN