Sual: Hәr il müәssisәlәrdә әmәk mәzuniyyәtlәrinin verilmәsi üçün növbәlilik cәdvәllәri tәrtib edilir. Mәzuniyyәtlәr bu cәdvәldә göstәrilәn vaxtdan başqa vaxta keçirilә bilәrmi?
Cavab: Әmәk Mәcәllәsinә әsasәn istehsalın vә işin normal gedişini tәnzimlәmәk, mәzuniyyәtlәrin uçotunun düzgün aparılmasını tәmin etmәk mәqsәdi ilә hәr il yanvarın sonunadәk әmәk mәzuniyyәtlәrinin verilmәsi üçün növbәlilik cәdvәllәri tәrtib edilә bilәr. Әmәk mәzuniyyәtlәrinin verilmә növbәsi hәmkarlar ittifaqları tәşkilatının, o olmadıqda isә işçinin rәyi öyrәnilmәklә işәgötürәn tәrәfindәn tәsdiq edilir. Aşağıdakı işçilәrә әmәk mәzuniyyәti arzusu ilә onlar üçün әlverişli olan vaxtda verilә bilәr: 14 yaşınadәk iki vә daha çox uşağı olan vә ya sağlamlıq imkanları mәhdud uşağı olan qadınlara; 16 yaşınadәk uşaqları tәkbaşına böyüdәn valideynә vә ya qәyyuma; hәrbi qulluqçunun arvadına (әrinә); әlillәrә; müharibә veteranlarına; Çernobıl AES-dә qәzanın nәticәlәrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya mәruz qalaraq sağlamlığı pozulmuş vә ya şüalanma xәstәliyinә düçar olmuş şәxslәrә; yaşı on sәkkizdәn aşağı olan işçilәrә; işlәmәklә yanaşı tәhsil alan şәxslәrә; Әmәk Mәcәllәsinin 120-ci maddәsindә göstәrilәn Azәrbaycan xalqı qarşısında xüsusi xidmәtlәri olan işçilәrә. Müәssisәdә işlәdiyi müddәtdәn asılı olmayaraq işçinin arzusu ilә әmәk mәzuniyyәti arvadının hamilәliyә vә doğuşa görә mәzuniyyәtdә olduğu dövrdә verilir. Bu cәdvәllәrdә göstәrilәn qaydada mәzuniyyәtlәrin verilmәsi yuxarıda göstәrilәn hallardan başqa digәr bir halda mümkün ola bilәr ki, digәr işçilәrin bu mәzuniyyәti digәr vaxtlarda almaq üçün kifayәt qәdәr әsasları olsun vә onların bu barәdә yazılı әrizәsinә müdiriyyәt tәrәfindәn müsbәt cavab verilsin.
Mənbə: labourrights-az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Leave a Reply