Vergilər naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
Vergilər naziriVergilər naziri Qəbələ rayonunda vətəndaşları qəbul edəcək

Qəbələ, İsmayıllı, Oğuz rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 29 iyun 2018-ci il tarixində saat 11:00-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 1) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 25-28 iyun 2018-ci il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı rayonunda vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib olmaqla əldə edəcəyiniz 9 üstünlük

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib olmaqBir çoxları mühasib peşəsini cansıxıcı və darıxdırıcı bir peşə hesab edir. Saysız-hesabsız rəqəmlər, eyni əməliyyatlar, yaradıcılıq üçün imkanların məhdudluğu və s. Lakin, bu peşə ilə yaxından tanış olduqdan sonra fikirləriniz tamamilə dəyişə bilər. Beləliklə, gəlin mühasib peşəsinin üstünlüklərini nəzərdən keçirək.

  • Məntiqi düşüncə təkmilləşir. Qeydə alma (provodka) və qeydə almanın formalaşdırılması, iqtisadi əməliyyatların təhlili müxtəlif baş sındıran tapmacalar və krossovordlarla müqayisədə sadəcə boş şeylərdir.
  • Vərdişlər yaranır. İlkin olaraq mürəkkəb gələn şeylər, bir neçə cəhddən sonra avtomat kimi həllini tapır. Bunun hesabına siz özünətəhsil və istirahətiniz üçün iş qrafikinizdən müəyyən zaman çırpışdra bilərsiniz. Peşəkar proqramlar əsasınızıda işlərinizi daha sürətlə yerinə yetirə bilərsiniz.
  • Özünüintizam aşılanır. Hər bir xırda detal mühasiblərdən ötrü çox mühümdür. İradənizdən asılı olmayaraq bütün işlərinizi dəqiqlik və vicdanla yerinə yetirəcəksiniz. Bu keyfiyyət, heç şübhəsiz ki, adi həyatınızda da sizin dadınıza çatacaq.
  • Fasiləsiz yeni məlumat axını. Bu peşə daim inkişafa və yüksəlişə məcbur edir. Siz fasiləsiz olaraq daim yenilənən qanunvericiliyi, tətbiq olunan yeni proqram və texnologiyaları izləməlisiniz. Sizin beyniniz bir gün də olsun işsiz qalmayacaq.
  • Stabillik. Mühasib peşəsi – bütün dövrlərin peşəsidir. Siz heç vaxt kənarda qalmayacaqsınız, çünki mühasib mütəxəssislərə stabil tələbat var. Mühasib 40 yaşında da, 55 yaşında da özünə iş tapa bilər. Axı, çoxillik iş stajı işəgötürən üçün yalnız müsbət şeylər vəd edir.
  • Ünsiyyət. Sizə vergi orqanları müfəttişlərindən başlamış, sadə fəhlələrə kimi müxtəlif adamlarla ünsiyyət qurmaq lazım gələcək. Özü də, nəzərə alın ki, həmsöhbətinizin statusundan asılı olaraq düzgün söhbət qurmağı öyrənəcəksiniz.
  • Hakimiyyət. Mühasibin hətta müəssisə direktorundan hesabat tələb etmək hüququ var, belədə sadə əməkdaşlar belə sizinlə ideal münasibətlər qurmaqda maraqlı olacaqlar.
  • Özünüzə çalışmağı da öyrənin. Bu gün bir çox müəssisələr və şəxsi sahibkarlar daimi vəzifədə olmayan mühasiblərlə çalışmağa üstünlük verirlər, yəni, bu işləri yerinə yetirməyə kənardan muzdla mütəxəssis cəlb etməyə üstünlük verirlər. Belə şəraitdə siz eyni zamanda bir neçə müəssisədə və ya bir neçə sahibkarın yanında çalışmaqla özünüz əlavə qazanc yeri əldə edə bilərsiniz.
  • Öz işiniz. Zaman yerində saymır, ola bilsin siz də nə vaxtsa öz şəxsi biznesinizi qurmaq fikrinə düşəsiniz. O vaxt mühasibat uçotu sizdən ötrü yeni və anlaşılmaz bir şey olmayacaq və Siz uğurlara daha asanlıqla nail ola bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin qeydiyyata alınması

posted in: Xəbər | 0

torpaqXidmətin adı: Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin qeydiyyata alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

  • “Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri haqqında arayış”
  • mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədlər

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

  • VM-nin 203.2-ci maddəsi
  • Vergilər nazirinin 27.02.2015-ci il tarixli 1517040100275500 nömrəli əmri

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD- nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

  • Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin qeydiyyata alınması haqqında bildiriş(e-qutuya  göndərilir)

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxs səyyar satışı necə rəsmiləşdirməli?

posted in: Xəbər | 0

səyyar satışı necə rəsmiləşdirməli?

Sual: Hüquqi şəxs avtomobil ehtiyat hissələrinin idxalı və satışı ilə məşguldur. Hüquqi şəxsin əməkdaşları bu malları ixtisaslaşdırılmış avtomobillərlə digər ticarət obyektlərinə aparıb göstərir, orada isə nağd qaydada satış edirlər (qaynar satış). Bu zaman ticarət obyektlərindən satış anında alınan nağd pul vəsaitləri alındığı an necə rəsmiləşdirilə bilər (yəni əməkdaşlarda NKA aparatı yoxdur)?

Cavab: Bildiririk ki, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər və bu zaman nağd vəsaitin müqabilində həmin şəxslər pərakəndə qaydada mal alan şəxsə forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.

Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 16.1.8.3-cü və 16.1.9-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.37-ci bəndi, Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04 aprel 2016-cı il tarixli Q-09 №–li Qərarı.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.