800 manat maaşla Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
Mühasib tələb olunurMühasib (Sumqayıt)
Vəzifə öhdəlikləri:

– Şirkətin vergi və mühasibat uçotunun aparılması;
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
– Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi xərclərinin hesablanması;
– Mal-materialların uçotunun aparılması;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq maliyyə hesabatlarının hazırlanması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi.

Tələblər

– Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
– Yaş həddi: 25-40 yaş
– Azərbaycan, rus və ingilis dili biliyi
– Əmək məcəlləsi və vergi məcəlləsi ilə tanış olmalı
– MS Office və 1C proqramları üzrə biliklər
– Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
– 1C (8.3) proqramında işləmək bacarığı
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil olmalı
– Fərdi və komandada işləmək bacarığı
– Dəqiq və sürətli işləmək bacarığı
– Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir

İş şəraiti:

– İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
– İstirahət günü: şənbə, bazar günləri
– İş yeri Sumqayıt şəhərində yerləşir
– Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
– İşçi korporativ nömrə və naharla təmin edilir
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
– İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Əmək haqqı: 600-800 AZN

Maraqlananlar öz şəkilli CV formalarını hrdcvacancy17@gmail.com / info@finstaff.az ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən məbləği nəzərə alınmalıdırmı?

posted in: Vergi, Xəbər | 0

Sual: İşçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən gəlir vergisi hesablanan zaman ölkə üzrə yaşayış minimumu nəzərə alınmalıdırmı?

Cavab: Bildiririk ki, işçiyə istifadə edilməmiş məzuniyyət günləri üçün əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli nəzərə alınmır, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə verildiyi ayın əmək haqqı ilə birlikdə hesablanan zaman ölkə üzrə yaşayış minimumunun 1 misli vergitutulan gəlirdən çıxılır.

Bax: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci, 102.1.6-cı və 150-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

600 manat maaşla Mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
Mühasib köməkçisi axtarılırİşəgötürən: AZStarNet
Vəzifə: Mühasib Köməkçisi
İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
– İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
– Əmək haqqı 500-600

Namizədə tələblər

– Ali təhsil
– Mühasibat və vergi qanunvericiliyi sahəsində nəzəri biliklər
– Ofis proqramları ilə işləyə bilmək
– 1C proqramında iş təcrübəsi
– Məsuliyyətli, diqqətli

Göstərilən tələblərə cavab verən kişi namizədlər öz şəkilli CV-lərini yegane.abdullazade@azstarnet.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasib köməkçisi” şəklində göstərilməsi xahiş edilir.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
mühasib üzrə vakansiyaİşəgötürən: Kercom MMC
Tələblər: 
  • Ali iqtisadi təhsil (Maliyyə, mühasibatlıq uçotu və ya iqtisadiyyat ixtisası üzrə)
  • 20-35 yaş həddi,
  • İxtisası üzrə ən azı 1 il iş təcrübəsi,
  • Qüvvədə olan qanunvericilik və digər hüquqi aktlar haqqında məlumatlı olmalı
  • Günəş mühasibatlıq proqramında işləmək bacarığına üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
  • Müəssisənin mühasibat əməliyyatlarını icra etmək,
  • Dövlət büdcəsinə ödənişləri, sosial sığorta ayırmaları, kreditorlara ödənişləri həyata keçirmək,
  • Qaimələri, xərc sənədləri, alış fakturalarını proqrama (Günəş) işləmək,
  • Kreditor və debitorlarla üzləşmələri həyata keçirtmək,
  • Müəssisənin fəaliyyəti ilə bağlı maliyyə hesabatlarını hazırlamaq.
  • Digər cari işlər.

Namizədlər CV-ni hr@mrbee.az / info@finstaff.az ünvanına mövzu hissəsində “Muhasib” qeyd edərək göndərsinlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.