Mühasib (Sumqayıt)
Vəzifə öhdəlikləri:
– Şirkətin vergi və mühasibat uçotunun aparılması;
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
– Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi xərclərinin hesablanması;
– Mal-materialların uçotunun aparılması;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq maliyyə hesabatlarının hazırlanması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi.
Tələblər
– Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
– Yaş həddi: 25-40 yaş
– Azərbaycan, rus və ingilis dili biliyi
– Əmək məcəlləsi və vergi məcəlləsi ilə tanış olmalı
– MS Office və 1C proqramları üzrə biliklər
– Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
– 1C (8.3) proqramında işləmək bacarığı
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil olmalı
– Fərdi və komandada işləmək bacarığı
– Dəqiq və sürətli işləmək bacarığı
– Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir
İş şəraiti:
– İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
– İstirahət günü: şənbə, bazar günləri
– İş yeri Sumqayıt şəhərində yerləşir
– Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
– İşçi korporativ nömrə və naharla təmin edilir
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
– İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır
Əmək haqqı: 600-800 AZN
Maraqlananlar öz şəkilli CV formalarını hrdcvacancy17@gmail.com / info@finstaff.az ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.
Mənbə: jobsearch.az