Borc pulun müqavilə əsasında verilməsinə dair yeni prosedur müəyyənləşib

posted in: Xəbər | 0

Borc pulPul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə bank tərəfindən müəyyən edilmiş xidmət haqqını vəsaiti qəbul edəcək şəxs və ya onun nümayəndəsi ödəməlidir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

POS-terminalla ödəmə zamanı NKA çekinin verilməsi dövriyyəni ikiqat artırır?

posted in: Xəbər | 0

NKASual: Hotel fəaliyyəti zamanı müştərilər yalnız xarici vətəndaşlardan ibarət olduğu üçün ödənişlər nağd şəkildə deyil, yalnız plastik kartla POS terminal vasitəsi ilə ödənilir. Müştəri nağd deyil Pos terminal vasitəsi ilə köçürmə edən zaman eyni məbləğə NKA çeki də verilməlidirmi? Əgər eyni məbləğə NKA çeki də verilməlidirsə eyni dövriyyənin 2 qat hesablanacağı barədə gələcəkdə vergi orqanı tərəfindən irad bildirilərmi? Xahış edirəm gələcəkdə bu halları nəzərə alaraq bizə rəsmi cavab verəsiniz.

Cavab: İstehlakçının hüquqununun təmin olunması məqsədi ilə xidmətin dəyəri nağdsız qaydada POS-terminal vasitəsi ilə ödənildikdə vergi ödəyicisi tərəfindən alıcıya məbləğin ödənildiyini təsdiqləyən POS-terminal çıxarışı ilə yanaşı Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd olunan göstəriciləri özündə əks etdirən NKA çekləri də təqdim edilməlidir. Vergitutma məqsədləri üçün eyni məbləğin həm POS-terminala, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.

Bax: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci və 58.7-ci maddələri, Azərbaycan Respulikasının 19.09.1995-ci il tarixli, 1113 nömrəli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ölkədaxili ezamiyyə normaları dəyişdi

posted in: Xəbər | 0

Ölkədaxili ezamiyyəEzamiyyət xərclərinin normaları artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişikliklər edib.

Beləliklə, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdan 65 manata qaldırılıb.

İndiyə qədər daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilib. Dəyişikliyə əsasən, bu vəsait 15 manata qaldırılıb.

Nazirlər Kabinetinin Qərarı bu şəkildədir:

 Bakı şəhəri, 20 iyun 2018-ci il
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “65,0” rəqəmləri “90,0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə və “45,0” rəqəmləri “65,0” rəqəmləri ilə əvəz edilsin;
1.2. 6-cı hissədə “10,0” rəqəmləri “15,0” rəqəmləri ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının  Baş naziri
Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Buta Group Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırİşəgötürən: Buta Group

Vəzifə: Mühasib

  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Aynur xanım
  • Telefon: (012) 499-85-45
  • Əmək haqqı: 500-800 AZN
İş barədə məlumat

– Dövlət orqanlarına Aylıq, rüblük hesabatlarının göndərilməsinə köməklik göstərmək
– Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Həftədə 5 iş günü, 2 gün istirahət
– İş qrafiki 5 gün, saat 09:00-dan 18:00-dək
– Əmək haqqı müsahibə əsasında razılaşdırılır
– İş yeri: Bridge Plaza

Namizədə tələblər

– Müvafiq sahədə ali təhsil
– Müvafiq təcrübə (minimum iki illik)
– Logo Unity Mühasibat Proqramında işləmə bacarığı
– Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
– İstehsalat sahəsi üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.