Fiziki şəxs Bankda hesab açarkən VÖEN-nin notarial təsdiqi məcburidir?
Sual: Bankda fiziki şəxs üçün VÖEN-lə hesablaşma hesabı açmaq üçün bankdan VÖEN-in notariusdan kopiyasının təsdiqini istəyirlər. Bu nə dərəcədə düzdür? Belə ki, şəhadətnamə-dublikatında VÖEN-də olan göstəricilər göstərilib.
Cavab: Bildiririk ki, bank hesablarının açılması üçün tələb edilən sənədlərin siyahısı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyənləşdirilir. Qeyd olunanan Qaydalarda fərdi sahibkarlar tərəfindən bank hesablarının açılması üçün tələb edilən sənədlərin siyahısında VÖEN-in notariat qaydasında təsdiq edilmiş surətinin müvafiq ərizə formasına əlavə edilməsi nəzərdə tutulmamışdır.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Bax: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 3-cü hissəsi.
Mənbə: taxes.gov.az
“Performance Center Co” MMC-nin Babək filialına “Mühasib” vəzifəsinə vakansiya elan edilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC kənar audit xidmətinin satın alınması məqsədi ilə açıq tender elan edib.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu