“Performance Center Co” MMC-nin Babək filialına “Mühasib” vəzifəsinə vakansiya elan edilir.
Vəzifə təlimatları:
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
– Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
– Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Vəzifə ilə bağlı tələblər:
– Ali iqtisadi təhsil;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
– 1C 8.1, 1C 8.2, 1C 8.3 proqramları ilə işləmək bacarığı;
– Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi; (Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük
veriləcək
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
– Fərdi və kollektivdə işləmə qabiliyyəti
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Əlavə məlumat:
– İş günləri: həftədə 6 gün
– İş saatı: 09:00-18:00
– Əmək haqqı: 600-800 ₼
– AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə.
Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV) hr@performance-center.az / info@finstaff.az
elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Mənbə: jobsearch.az