Sual: Bankda fiziki şəxs üçün VÖEN-lə hesablaşma hesabı açmaq üçün bankdan VÖEN-in notariusdan kopiyasının təsdiqini istəyirlər. Bu nə dərəcədə düzdür? Belə ki, şəhadətnamə-dublikatında VÖEN-də olan göstəricilər göstərilib.
Cavab: Bildiririk ki, bank hesablarının açılması üçün tələb edilən sənədlərin siyahısı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyənləşdirilir. Qeyd olunanan Qaydalarda fərdi sahibkarlar tərəfindən bank hesablarının açılması üçün tələb edilən sənədlərin siyahısında VÖEN-in notariat qaydasında təsdiq edilmiş surətinin müvafiq ərizə formasına əlavə edilməsi nəzərdə tutulmamışdır.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Bax: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 3-cü hissəsi.
Mənbə: taxes.gov.az