Xidmətin adı: Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin qeydiyyata alınması
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
- “Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri haqqında arayış”
- mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədlər
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
- VM-nin 203.2-ci maddəsi
- Vergilər nazirinin 27.02.2015-ci il tarixli 1517040100275500 nömrəli əmri
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD- nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi:
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri
İcra müddəti: 2 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər:
- Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin qeydiyyata alınması haqqında bildiriş(e-qutuya göndərilir)
Mənbə: taxes.gov.az