Daha çox8
Daha çox8

Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri müəyyənləşib

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi”ni təsdiqləyib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:

  • “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,25 %-i;
  • “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0,75 %-i;
  • “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,5 %-i.
  • digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.

Qərar bu il iyunun 1-dən qüvvəyə minir.

Mənbə: report.az

İkiqat vergitutma ilə bağlı mühüm məqamlar

İkiqat vergitutma ilə bağlı mühüm məqamlar

posted in: Xəbər | 0

Bəzi hallarda ikiqat vergitutmanın qarşısını almaq məqsədilə qeyri-rezident vergi ödəyicilərindən təsdiqedici sənədlər tələb olunur. Bu məsələlər beynəlxalq sazişlərin tələbləri ilə tənzimlənir. Bəs DTA-05 təqdim edən qeyri-rezidentdən qeydiyyatda olduğu ölkədə ödədiyi vergilər barədə sənədin tələb edilməsi nə ilə bağlıdır? Suala vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirib.

X.Feyzullayevin sözlərinə görə, ikiqat vergitutmanın qarşısının alınmasında məqsəd vergidən yayınma hallarının aradan qaldırılması, vergi yükünün azaldılması və vergi öhdəliklərinin müəyyənləşdirilməsidir: “İkiqat vergitutmaların aradan qaldırılması haqqında beynəlxalq sazişlərin inzibatçılıq qaydaları mövcuddur. Həmin məsələlər bu qaydalarla tənzimlənir. Qaydalarda qeyd olunur ki, əgər qeyri-rezident vergi ödəyicisi əvvəllər DTA-04 forması ilə müraciət edib Azərbaycanda ödənilmiş vergilərin təsdiq edilməsi ilə əlaqədar arayış alıbsa və sonradan həmin vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 forması ilə Azərbaycanda ödənilmiş vergilərin geri qaytarılmasını tələb edirsə, bu zaman bizim vergi orqanları haqlı olaraq həmin qeyri-rezidentdən əvvəl alınmış arayışla əlaqədar məlumatlar tələb edir”.

X.Feyzullayev bunun səbəbini də izah edib. Bildirib ki, ikiqat vergitutmaların məqsədi, əsasən, vergi öhdəliklərinin müəyyənləşdirilməsidir: “Əgər bir şəxs qeyri-rezident kimi Azərbaycanda ödədiyi vergiləri təsdiq etdirirsə, bu o deməkdir ki, potensial olaraq öz ölkəsində həmin vergiləri azaltdırmaq hüququ əldə edir. Ona görə də qeyri-rezident Azəbaycanda ödədiyi vergilərin geri qaytarılması üçün müraciət etdikdə artıq vergi orqanlarında həmin vergi ödəyicisinın vergidən yayınmaya yol verməsi ilə bağlı şübhələr yarana bilər. Həm təsdiq arayışı alıb öz ölkəsində vergiləri azaltdırır, eyni zamanda həmin vergiləri Azərbaycanda geri qaytarmaqla bağlı müraciət edir. Bu, potensial olaraq vergidən yayınmadır. Ona görə də vergi orqanları haqlı olaraq burada əlavə arayış tələb edə bilər ki, qeyri-rezident öz ölkəsindən belə bir sənəd gətirsin”.

Mənbə: vergiler.az

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

posted in: Xəbər | 0

Bu il aprelin 1-nə Azərbaycanda 1 696 283 vergi ödəyicisi olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5,1 % çoxdur.

Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,9 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,2 % artıb.

Bu il martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,8 % çox – 206 986 vahid təşkil edib.

Martda 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,3 %-i yerli investisiyalı, 8,7 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,9 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,2 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 %-i MMC formasında yaradılıb.

Mənbə: report.az

Atalıq məzuniyyətinin müddəti və hesablanması qaydası

Atalıq məzuniyyətinin müddəti və hesablanması qaydası

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əvvəlki redaksiyasında verilən 130-cu maddəsinə əsasən, işçinin xahişi ilə həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilirdi. Son dəyişikliklərdən sonra Məcəllənin 125-ci maddəsində qeyd edilib ki, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. 

Əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova yeniliyin təcrübədə tətbiqi və atalıq məzuniyyətinə görə ödənişin hesablanması zamanı yaranan suallara aydınlıq gətirir.

Əmək Məcəlləsinin 125-ci maddəsindən də aydın olduğu kimi, 14 təqvim gününün biri mütləq şəkildə uşağın doğuş zamanına təsadüf etməlidir, yəni uşaq doğulduqdan sonra və ya uşağın doğulmasına qədər 14 gün məzuniyyət verilməsi təyin edilməyib.

Atalıq məzuniyyətinin hesablanması isə Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən həyata keçirilir. İşçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı bu qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Yuxarıda göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən sonuncu bir günlük əməkhaqqından az olduğu halda, sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.

Orta əməkhaqqı müəyyən edilərkən Əmək Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, Əmək Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri də məzuniyyətin sonuncu əməkhaqqı ilə müqayisə olunmasıdır. Məcəllənin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əməkhaqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Sonuncu əməkhaqqı dedikdə, işçinin məzuniyyətə getdiyi ayda əmək müqaviləsində qeyd edilən maaşı nəzərdə tutulur.

İndi isə atalıq məzuniyyətinin hesablanmasına aid nümunəyə baxaq:

Misal 1

Tutaq ki, işçi 15 fevral 2026-cı il tarixdən 14 təqvim günü atalıq məzuniyyətindən istifadə edir. Onun əmək müqaviləsində qeyd edilən maaşı 1.500 manatdır və 5 günlük iş rejimi ilə çalışır.

Yanvar 2026 – aylıq gəliri 1.700 manat (aylıq iş günü – 19 gün);
Dekabr 2025 – aylıq gəliri 1.600 manat (aylıq iş günü – 22 günü).

Bu zaman hesablama belə olacaq:

(1.700 + 1.600) : (19 + 22) = 3.300 : 41 = 80,49 manat (orta günlük qazanc);
80,49 x 10 = 804,9 manat (10 gün 15-28 fevraldakı iş günün sayıdır).

Hesablamamıza əsasən, atalıq məzuniyyətinə görə ödənişin məbləği tutulmalarsız 804,9 manat edir.
Bu halda işçinin fevral ayı üzrə gəliri 1.554,9 manat təşkil edir:

(1.500 : 20) x 10 = 750 manat (işlədiyi günə görə qazancı);
750 + 804,9 = 1.554,9 manat.

İndi isə fevral ayında işlədiyi halda, işçinin qazancının nə qədər olacağına baxaq:

1.500 : 20 = 75 manat (orta günlük qazancı).

Nümunəyə baxdıqda görürük ki, işçinin atalıq məzuniyyətində orta günlük qazancı daha üstündür, bu halda hesablanan orta günlük qazancı əsas götürürük. Əgər atalıq məzuniyyətində orta günlük qazanc (işləsəydi) həmin ayda orta günlük qazancdan aşağı olarsa, normal orta günlük qazanc əsas götürüləcək.

Mənbə: vergiler.az

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

1 17 18 19 20 21 22 23 2. 391
error: Content is protected !!