Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçir

posted in: Xəbər | 0

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi üçün açıq tender elan edib.

Tnderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar təkliflərini iyunun 8-nə qədər İdarəyə təqdim edə bilərlər.

Təkliflərə iyunun 8-də, saat 15:00-da qeyd olunan qurumda baxılacaq.

Mənbə: report.az

Xaricə çıxış məhdudiyyətini necə öyrənmək olar?

Xaricə çıxış məhdudiyyətini necə öyrənmək olar?

posted in: Xəbər | 0

Ölkə xaricinə getməklə bağlı məhdudiyyətimin olub-olmamasını necə yoxlaya bilərəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ölkədən çıxışa qadağanın olub-olmaması haqda məlumatı əldə etmək üçün İnternet Vergi İdarəsi saytında yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır.

Aşağıda qeyd olunan link vasitəsilə qeyd olunan elektron xidmətdən istifadə edə bilərsiniz:

https://new.e-taxes.gov.az/etaxes/services/temporary-banned

Mənbə: vergiler.az

İxtisar müavinətinə vergi və sosial ödəniş tətbiq edilirmi?

İxtisar müavinətinə vergi və sosial ödəniş tətbiq edilirmi?

posted in: Xəbər | 0

Ştat ixtisarı ilə əlaqədar işçiyə ödənilən müavinətdən vergi və icbari tibbi sığorta haqqı tutulurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən bağlanılmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

* işçinin əmək stajı bir ilədək olduqda – azı iki təqvim həftəsi;

* bir ildən beş ilədək olduqda – azı dörd təqvim həftəsi;

* beş ildən on ilədək olduqda – azı altı təqvim həftəsi;

* on ildən çox olduqda – azı doqquz təqvim həftəsi.

Əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

* bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

* bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında;

* beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

* on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq qaydada ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Həmçinin, ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə, işçilərə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatlar məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb edilmir.

Mənbə: vergiler.az

İşçi başqa işçini əvəz etdikdə əməkhaqqısına əlavə müəyyən edilib verilir

Qeyri-rəsmi məşğulluğun fəsadları: işçi və işəgötürən nələr itirir?

posted in: Xəbər | 0

Vətəndaşların qeyri-rəsmi məşğulluğu həm onların sosial təminatına, həm də dövlət büdcəsinin yığımlarına mənfi təsir edir. Bu fikri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov səsləndirib. Onun sözlərinə görə, qeyri-formal məşğulluğun azaldılması istiqamətində atılan addımlar müsbət nəticələr verib:

“Son illərdə görülən sistemli tədbirlər nəticəsində Azərbaycanda qeyri-formal əmək bazarının hüdudları məhdudlaşıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş vergi güzəştləri, eləcə də sosial yığımların işəgötürənlə işçilər arasında fərqli bölgüsü, həmçinin, Əmək və Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə gördüyü tədbirlər bəhrəsini verir. Ancaq hələ də vətəndaşların bir qismi qeyri-rəsmi formada işləməkdə davam edir. Məsələn, ölkədə yüzlərlə qeyri-formal əmək kollektivi var ki, ev təmiri və tikintisi ilə məşğuldur. Fərdi evlər tikir, həyətlərdə gündəlik tələb olunan işləri görür və s. Bunlarda qayda belədir ki, bir nəfər iş icraçısı 4-5 nəfər fəhləni bir yerə toplayıb həmin işləri görürlər. Burada nə əmək kollektivi var, nə bir hüquqi və ya fiziki şəxs kimi qeydiyyat var. Heç bir formada vergi uçotuna durmadan işçiləri də işə cəlb edirlər. Təbii ki, onlarla heç bir müqavilə də yoxdur”.

Kənd təsərrüfatı və ticarət sektorunda da qeyri-formal məşğulluğun mövcud olduğunu deyən S.Məmmədov bəzi özünüməşğul insanların da vergi uçotuna durmadan işlədiklərini qeyd edib. O, qeyri-rəsmi məşğulluğun həm vətəndaşlara, həm də dövlətə çox zərərli olduğunu vurğulayıb: “Bunun zərəri həm işləyən şəxsə aiddir, həm dövlətə. Onlar vergi və sosial yığımlardan kənarda qalırlar. Eyni zamanda, bəzən işəgötürənlər özləri də belə şəxsləri əmək müqaviləsi bağlamadan işə götürür, sonra onun əziyyətini çəkməli olurlar. Çoxsaylı mübahisələr ortaya çıxır. İşçilərin itirdikləri əsasən odur ki, onlar asılı vəziyyətdədirlər. Günlərin bir günü onlara deyəndə ki, sabahdan işə gəlmə, başqa söz deyə bilmirlər. İkincisi, əməkhaqlarının nə vaxt ödəniləcəyi, nə qədər ödəniləcəyi bəlli deyil. Bəzən 3 ay, 5 ay işlədirlər, heç pulunu da vermirlər, çıxıb gedir. Bütün bunlar həmin vətəndaşlara ciddi ziyan vurur”.

S.Məmmədov əlavə edib ki, qeyri-rəsmi işləyən işçilər bir çox sosial təminatlardan məhrum olurlar. Onların sosial yığımları olmadığından hər hansı sığorta hadisəsi baş verəndə heç bir təminat əldə edə bilmirlər: “Onlar istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından sığortalanmayıblar. Sabah istehsalatda işçi xəsarət alanda onu sübut etmək çox çətin olur, əksər hallarda isə mümkün olmur. Ən əsası, pensiya təminatı ilə bağlıdır. Qeyri-rəsmi işlədiyi müddətdə vətəndaşın fərdi hesabında sosial sığorta haqları toplanmadığından pensiyaya çıxmaq ərəfəsində baxır ki, nə yığım kapitalı var, nə də sığorta stajı. Bir sözlə, qeyri-formal işləmək işçilər üçün həm sosial, həm də digər hüquqlarının təminatı baxımından çox ziyanlı, zərərlidir. Eyni zamanda, dövlət büdcəsinə ödənilməli olan sosial yığımlar və vergi yığımı həyata keçirilmədiyindən iqtisadi zərərləri də danılmazdır”.

Dünyada qeyri-formal əmək bazarının tam ləğv olunmasının mümkün olmadığını deyən S.Məmmədov onun həcmi 10 faizdən yuxarı olduqda artıq ciddi sosial problem sayıldığını bildirib. S.Məmmədov dövlət qurumlarının qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində müxtəlif tədbirlərini müsbət qiymətləndirərək, bu tədbirlərin davam etdirilməsini vacib sayır.

Mənbə: vergiler.az

Azərbaycanda bu il vətəndaşlara qaytarılan ƏDV məbləği

1 18 19 20 21 22 23 24 2. 406