Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

büdcə təsnifatıAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 346
Bakı şəhəri, 7 avqust 2018-ci il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1009-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli 3884 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 iyun tarixli 257 nömrəli və 13 iyul tarixli 294 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 1.4.2.2.7.0-cı yarımbənddə “ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin,” sözləri “ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici ilə bağlı apellyasiya şurasına müraciət edilməsi,” sözləri ilə əvəz edilsin
  2. 1.4.2.2.7.3-cü yarımbənddə “İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin,” sözləri “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici ilə bağlı apellyasiya şurasına müraciət edilməsi,” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                            Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırİşəgötürən: Azerbaijan Poultry Company

Vəzifə: Mühasib

İş barəsində məlumat

  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması
  • Nəğd pul və bank ödəmələrinə nəzarət edilməsi
  • Mühasibatlığın ilkin sənədlərini yoxlanılmasına müvafiq qovluqlara yerləşdirilməsinə köməklik göstərilməsi
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsinə köməklik göstərilməsi
  • Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasına köməklik göstərilməsi
  • Gündəlik, həftəlik ,aylıq,rüblük analitik hesabatların hazırlanmasıvə rəhbərliyə təqdim edilməsi.
  • Ödənişləri nəzarətdə saxlamaq .
  • Mühasibat 1C proqramını bilmək və hesabatların 1C də aparılması
  • Debitor və kreditor hesablaşmalarının aparılması
  • Hər ayın 1 dən 15 nə kimi debitorlarla üzləşmə aparılması və üzləşmə aktlarının hazırlanması.
  • Ayda 2 dəfə müştəri qalıqlarının sıfırlanmasında iştirak etmək.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İxtisasa olan tələblər, biliklər və bacarıqlar:              

– Müvafiq ali təhsil

– Müvafiq sahədə ən azı  3 illik iş təcrübəsi

– Beynəlxalq və Milli mühasibatlığı bilmək

– Azərbaycan dili sərbəst bilmək, İngilis və rus dillərini bilmək üstünlükdür.

– MS Office (Word, Excel, Power Point ) və 1C proqramını yüksək səviyyədə bilmək

– Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;

– Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;

– Problemləri həll etmək bacarığıba malik olmaq;

– Verilmiş tapşırıqları vaxtında icra etmək;

İş şəraiti:

– iş rejimi – həftədə 5 tam gün və yarım gün

– iş saatları – 09.00-17.00-a kimi (I-V günlər) 10:00 -16:00-a kimi (VI günlər);

Əmək haqqı: 1000 AZN net.

Maraqlananlar CV-lərini mövzu bölməsində mütləq “Mühasib” ifadəsi qeyd edərək cv@apc.azinfo@finstaff.az email ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

6 xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

xarici şirkət“CHEMONİCS İNTERNATİONAL İNC.” şirkətini Azərbaycan Respulikasındakı filialı (VÖEN: 1303677671) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 8, mənzil 105 ünvanına bildirə bilərlər.

Böyük Britaniyanın “BEYKER VƏ MAKENZİ Sİ-AY-ES LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1700150451) Şirkətin 28 iyun 2018-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini, ləğv etmə prosesinə başladığını və bununla əlaqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının  təsviyyəsini elan edir. Kreditorlar tələblərini iki ay ərzində  Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirə bilərlər.

“Nippon Koel UK Co., LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN: 1302525561) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 235A, mənzil 5 ünvanına bildirə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“SAMFA İNŞAAT DEKORASYON PEYZAJ SANAYİ VE TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respulikasındakı filialı (VÖEN: 1402388421) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 30  ünvanına bildirə bilərlər.

“SİMBERG PARTNERS LİMİTED” şirkətinin Azərbaycan Respulikasındakı filialı (VÖEN: 1003470151) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, ev 377, bağ evi ünvanına bildirə bilərlər.

“AYGÜN ALÜMİNYUM SƏNAYE VƏ TİCARET ANONİM ŞİRKƏTİ” – nin Azərbaycan Respulikasındakı filialı (VÖEN: 1401739881) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gömrük yığımlarının məbləğində dəyişikliklərlə bağlı qərara aydınlıq gətirilib

posted in: Xəbər | 0

Gömrük yığımlarının məbləğiDövlət Gömrük Komitəsi (DGK) gömrük yığımlarının məbləğində dəyişikliklərlə bağlı qərara aydınlıq gətirib.

DGK-dan verilən məlumata görə, dünən bəzi kütləvi informasiya vasitələrində Nazirlər Kabinetinin 06 avqust 2018-ci il tarixli 344 nömrəli qərarı şərh edilərək bu qərarın ölkədə qiymət artımına səbəb olacağı barədə əsassız fikirlər səsləndirilib:

“Dövlət Gömrük Komitəsi ilk olaraq bildirir ki, söhbət gömrük rüsumlarından deyil, gömrük yığımlarından gedir. Gömrük Məcəlləsinin 231-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarı ilə gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımları müəyyən edilir. Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar, bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar daxildir”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 6 avqust 2018-ci il tarixli 344 nömrəli qərarı 30 gündən sonra qüvvəyə minəcək: “Belə ki, bu qaydalara əsasən, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımlarının tərkib hissəsi olan malların gömrük rəsmiləşdirilməsinə və müşayiətinə görə gömrük yığımlarında bəzi dəyişikliklər edilib. Eyni zamanda qeyd etmək lazımdır ki, qərar layihəsi hazırlanarkən idxal-ixrac əməliyyatları aparan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınıb. Belə ki, 2017-ci il üzrə aparılan təhlillərə əsasən, bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 45 faizinin gömrük dəyəri 50 min manatadək olub. Bu da malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının yeni məbləğləri ilə müqayisədə min manatadək olan hissədə 5 manat, 10 min manatadək olan hissədə 10 manat və 50 min manatadək olan hissədə 20 manat əlavə deməkdir. Eyni zamanda 50 min manatdan 100 min manatadək gömrük dəyəri olan malların gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların yeni məbləğləri 100 manat, 100 min manatdan 500 min manatadək olan hissədə isə 25 manat artıb. Xatırladaq ki, 2017-ci ilin göstəricilərində bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 90 faizdən çoxu gömrük dəyəri 500 min manatadək olub. Belə olan halda, bu dəyişikliklər daxili bazarda heç bir qiymət artımı ilə nəticələnə bilməz”.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.