İşdən çıxarılma bildirişində yenilik

posted in: Xəbər | 0

İşdən çıxarılmaMüəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilən, yəni işini itirən şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna elektron qaydada sms bildiriş göndəriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir. Belə hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərin sistem tərəfindən dərhal qeydiyyata alınması və onlara işsizlikdən sığorta ödənişi almaq hüquqlarının olub-olmamasını müəyyən etmək üçün məşğulluq orqanına müraciət etməli olduqları barədə e-qaydada məlumat göndərilməsi üçün hazırda nazirlikdə müvafiq texniki hazırlıq işləri aparılır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Məqsəd müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüquqları barədə məlumatlandırılması, onların bu hüquqlardan dolğun şəkildə faydalana bilmələrinin təmin edilməsidir.

Xatırladaq ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var. Yəni azı 3 il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi) ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir.

Vergi organlarına keçirilən imtahanda uğur qazananların diqqətinə

posted in: Vergi, Xəbər | 0

Vergi organlarına keçirilən imtahanVergilər Nazirliyinin 1 dekabr 2017-ci il və 30 aprel 2018-ci il tarixli elanları əsasında dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqə üzrə uğur qazanmış namizədlər tərəfindən təqdim olunmalı sənədlərin siyahısı

Vergilər Nazirliyinin 1 dekabr 2017-ci il və 30 aprel 2018-ci il tarixli elanları əsasında dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqə üzrə uğur qazanmış namizədlər Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın 11-ci bəndinə müvafiq olaraq aşağıda qeyd olunan sənədləri 13-17 avqust 2018-ci il tarixlərdə Vergilər Nazirliyinin inzibati binasına təhvil verilməsini təmin etməlidirlər:

– Şəxsiyyət vəsiqəsinin surəti;

– Tərcümeyi-hal (blank Vergilər Nazirliyi tərəfindən verilir);

– Kadrların şəxsi uçot vərəqəsi (blank Vergilər Nazirliyi tərəfindən verilir);

– 4×6 ölçüdə 2 ədəd, 9×12 ölçüdə 1 ədəd ağ fonda kağız daşıyıcıda və 3×4 elektron daşıyıcıda (kişilər kostyumda və qalstukda) fotoşəkil;

– Ali təhsil barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada notarifikasiya olunmalıdır);

– Əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeyd olması şərti ilə) və ya əmək fəaliyyətinin olmadığı haqqında arayış;

– Yaşadığı yerin poliklinkasından sağlamlıq barədə arayış;

– Narkoloji dispanserindən qeydiyyatda olub-olmama barədə arayış;

– Yaşadığı ünvan və ailə tərkibi barədə arayış;

– Nikah və ya boşanma haqqında şəhadətnamənin, uşaqların doğum haqqında şəhadətnamələrin surətləri;

– Hərbi biletin qeyd aparılmış bütün vərəqlərinin surəti.

Qeyd: Kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi-hal blankını 13 avqust 2018-ci il tarixdən etibarən nazirliyin inzibati binasından götürə bilərlər.

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi orqanlarına daxil olan müraciətlərin sayı azalıb

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarıBu ilin iyul ayı ərzində vergi orqanlarına 7 min 803 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz azdır.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, müraciətlərin 86,9 faizi ərizə, 13 faizi şikayət, 0,2 faizi isə təklif xarakterli olub.

Baxılmış müraciətlərdən 71,9 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub, 25,1 faizi barədə müvafiq izahatlar verilib, 1,1 faizi əsassız sayılıb, 1,08 faizi baxılmamış saxlanılıb, 0,6 faizi aidiyyəti üzrə göndərilib, 0,1 faizi ilə bağlı icraata xitam verilib, 19,5 faizi isə icradadır.

Müsbət həll olunmuş müraciətlərin 45,2 faizi müxtəlif arayışların alınması, 29,3 faizi kameral vergi yoxlamaları, 12,0 faizi vergi borcları, qalanları isə digər məsələləri əhatə edib.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mobil cihazlar üçün vergilər necə ödənilir?

posted in: Vergi, Xəbər | 0
Mobil cihazVergi və gömrük rüsumlarının ödənilməsi

Ölkə ərazisinə mobil cihazların idxalı zamanı vergi və gömrük rüsumları hansı qaydada ödənilməlidir?

«Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun   3.4.1-ci maddəsinin müddəalarına əsasən, bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq, vergilərin və gömrük rüsumlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Həmin Qanunun 3.1-ci maddəsində qeyd olunub ki, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri, ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız qaydada həyata keçirilən hesablaşmalara aiddir.

Həmçinin bax: “Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri” barədə Qərarda dəyişiklik edildi

Qeyd olunanlara əsasən:

Malların idxalı zamanı vergi ödəyiciləri tərəfindən vergilərin, gömrük rüsumları və yığımlarının ödənişi «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş qaydada (bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.), ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə və ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə aparılan hesablaşmalar) həyata keçirilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.