Polşa barədə 25 maraqlı fakt

posted in: Məqalə, Xəbər | 0

Polşa Polşa özünün orta əsrlər arxitekturası və yəhudu irsi ilə məşhurdur. Ölkə onilliklər boyu çətin dövrlərdən keçib, hazırda isə Avropanın ən sürətli böyüyən iqtisadiyyatlarından biri hesab olunur.

  • Ərazisinə görə Polşa dünyada 69-cu yeri, Avropada isə 9-cu yeri tutur.
  • “Polşa” sözü “polanie” qəbiləsinin adından götürülüb, “açıq sahədə yaşayan adamlar” mənasını verir.
  • 60 milyon polyakın 35 faizi (21 milyon nəfər) xaricdə yaşayır. ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Braziliya və Argentinada polyak dilində danışan böyük icmalar yaşayır.
  • Polşa özünün 17 Nobel mükafatı alan insanları ilə (bu Yaponiya, Çin, Hindistan və Avstraliyanın birlikdə əldə etdiyi mükafatlardan çoxdur), o cümlədən dörd sülh mükafatı və beş ədəbiyyat sahəsində, fəxr edə bilər. Polşada anadan olmuş Mariya Küri (Mariya Skladovskaya) iki müxtəlif elm sahəsində yeganə Nobel mükafatı almış və Sorbonna universitetinin ilk qadın professorudur.
  • Polşa astronomu Nikolay Kopernik Yerin dünyanın mərkəzi olmadığını söyləyən ilk alimdir.
  • Polşa etnik cəhətdən yekcinsdir, ölkə ərazisində yalnız kiçik milli azlıqlar yaşayır: ukraynalılar, beloruslar, slovaklar, litvalılar və almanlar.
  • Slavyandillilər arasında polyak dili öz sayına görə ruslardan sonra ikinci yerdə durur.
  • Polşa nəhəng kəhraba ixracatçısıdır. Hələ qədim dövrdən ölkə öz kəhrəbası ilə məşhur olub, hansı ki, 1000 il ərzində Kəhraba dəniz yolu ilə Baltik dənizindən Adriatik dənizi sahillərinə daşınıb. Polşanın şimalında yerləşən Qdansk şəhəri yantar alış-verişi üçün əla yer hesab olunur.
  • İkinci dünya müharibəsinə qədər Polşa Avropa yəhudiliyinin mərkəzi hesab olunub, ölkədə 3,3 milyon yəhudi yaşayırdı. Holokost soyqırımı zamanı 450 min nəfərdən çox polyak yəhudiləri ölümdən xilas edib. 6135 polyaka İsrail hökuməti dünya xalqlarının əxlaqi insanları (Righteous among the Nations) fəxri adını verib ki, bu da bu ada layiq görülənlərin arasında ən çoxsaylı millət hesab olunur.
  • Almanlar tərəfindən işğal edilmiş Polşa yeganə ərazi idi ki, burada yəhudilərə istənilən köməyi göstərən şəxsi ölüm cəzası gözləyirdi. Yəhudilərə kömək etdiyinə görə 50 minə yaxın polyak faşistlər tərəfindən edam edilib.
  • Polşa “piroqları” – ölkə hüdudlarından kənarda ən məşhur polyak yeməyi hesab olunur.
  • Polşada pivə çox vaxt moruq və ya qarağat meyvəsi şirəsi ilə birlikdə verilir, hansı ki, onu saman çöpü ilə içmək adətdir. Soyuq vaxtlarda isə isti pivə verilir ki, onu da mixək və ya darçınla, eləcə də balla şirinləşdirilmiş şəkildə qəbul edirlər.
  • Polşa “Avropanın araq kəməri”nə daxildir. Ölkədə araq istehsalının tarixi 500 ildən çoxdur. İlk polyak arağı XI əsrdə əldə olunub. Bu içki gorzalks adlandırılırdı və ondan dərman kimi istifadə olunurdu.
  • Papa İoan II Pavel (Karol Voitila) yeganə Papa-polyakdır. Onun papa taxtında olması vaxtı ikinci ən uzunmüddətli dövr hesab edilir. Polşada və Mərkəzi və Şərqi avropada sosializmin çöküşünün sürətləndirilməində onun böyük rolu olduğu bildirilir.
  • Katolisizm Polşada o qədər populyardır ki, ölkədə hətta Papaya həsr olunmuş televiziya kanalı fəaliyət göstərir.
  • Polyaklar digər millətlərə nisbətdə hamıdan çox “Dünyanın ən güclü adamı” titulunu qazanıblar. Polyak Mariusz Pudzianowski bu yarışların beşqat çempionudur.
  • Polşada dünyanın neolit dövrünə (e.ə.3500-1200ci illər) aid ən yaxşı qorunub saxlanılmış çaxmaq daşı alətləri tapılıb. Bu Avropanın ən qiymətli arxeoloji abidələrindən biri hesab olunur.
  • Dünyanın ən köhnə duz şaxtası – Veliçke XIII əsrdə inşa olunub. Bu duz şaxtasının dərinliyi 57 metrdən 198 metrə qədərdir, onun koridorlarının ümumi uzunluğu isə 200 km-ə çatır. 1978-ci ildən bu duz şaxtası YUNESKO-nun Ümumdünya abidələri sırasına daxil edilib.
  • Polyaklar yaxşı təhsillidirlər: gənclərin 90 faizi ən azından orta təhsillidir. Polyakların 50 faizi isə elmi dərəcəyə malikdirlər.
  • Vrotslavdakı Piwnica Swidnicka restoranı Avropanın ən qədim restoranıdır. O, 1275-ci ildən fəaliyyət göstərir.
  • Polşada indiyə kimi qadınların əlini öpmək kimi bir adət yaşamaqdadır.
  • 1976-cı ildə yazılmış “Zebu Polska Byla Polska” (Żeby Polska była Polską) Polşada ən populyar mahnı hesab olunur, o, kommunist rejiminə qarşı bir himn rolunu oynayıb. 1982-ci ildə Ronald Reyqan öz çıxışını “Let Poland Be Poland” adlandırmışdı, kraliça II Yelizaveta isə Polşa parlamentində çıxış edərkən, həmin mahnıdan sitatlar gətirmişdi.
  • Varşavada Vinni Puxun şərəfinə küçə var – Kubusia Puchatka Street. Küçənin uzunluğu 149 metrdir.
  • Polyakların çoxu özlərinə ad qoyulduğu günü ad günlərindən daha təmtəraqlı keçirirlər.
  • Polşada yeni il axşamı “Evdə tənha” filminə baxmaq milad bayramı ənənələrindən biri kimi qəbul edilib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

500 manat məvaciblə 1C operator tələb olunur

posted in: 1C, İş elanı, Xəbər | 0

1C operator tələb olunurİşəgötürən: FoodEx

Vəzifə: 1C Operator

Şirkət istehlak mallarının distributorluğu ilə məşğuldur. Müxtəlif növ qida və qeyri qida mallarının idxalını və dağıtımını həyata keçirir.

Tələblər:

• Minimal yaş həddi 23
• FMCG satışı və dağıtım sahəsində minimum 1 illik iş təcrübəsi
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti
• Kompüterdən istifadə, ofis programları, 1C və digər mühasibatlıq proqramları biliyi
• İşgüzar və məsuliyyətli

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Öhdəliklər

• Satış sənədlərinin işlənməsi
• Satış prosesinə proqram təminatı üzərindən nəzarət
• Satış təmsilcilərinin işinə proqram təminatı üzərindən nəzarət
• Yeni satış təmsilcilərinə sahə satış programının təlimi
• Aktiv müştəri bazasına proqram təminatı üzərindən nəzarət
• Ziyarət anketlərinin proqram təminatı üzərindənən yoxlanması
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların hazırlanması.

İş Şərtləri

• Ayliq sabit maaş 400-500 AZN
• Rabitə xərclərinin şirkət tərəfdən ödənilir.
• 6 günlük iş günü
• İş saatları 09:00 – 18:00
• 1 saatliq nahar fasiləsi
• İş yeri şəhərin mərkəzində yerləşir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “1C Operatoru” mövzusu altında hr@foodex.az  / info@finstaff.az elekton ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 35 minə yaxın şəxsin pensiyası artırılıb

posted in: Xəbər | 0

pensiyaYaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş və hazırda da işləyən 35 minə yaxın şəxsin pensiyası orta hesabla 137,5 manat artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Əmək pensiyaları haqqında” qanununun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunan şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun əmək pensiyasının məbləği yenidən hesablanır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bildirilib ki, həmin şəxsin fərdi uçot sistemindəki fərdi şəxsi hesabında həmin 6 ildə ödənilən sosial sığorta haqqı müqabilində toplanan pensiya kapitalı 72-yə (yəni 6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bununla əlaqədar ötən ilin 1 iyul tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən əmək pensiyaçısı kimi 35 minə yaxın şəxs müraciət edib. Onların əmək pensiyasının qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq artırılması təmin olunub.

Yenidən hesablanma nəticəsində həmin vətəndaşların pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb.

Mənbə: report.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-rezident tərəfindən daimi nümayəndəliklə bağlı olmayan əmlakın təqdim edilməsi hansı əməliyyatlara aiddir?

posted in: Xəbər | 0

əmlakın təqdim edilməsiSual: Öyrənmək istərdim ki, Vergilər Məcəlləsinin 104.4-cü maddəsində qeyd olunmuş qeyri-rezidentin hüquqi şəxsin daimi nümayəndəliklə bağlı olmayan tərəfindən əmlakın təqdim edilməsi hallara hansı əməliyyatlar aiddir. Vergilər Məcəlləsinin 13.2.21-ci maddəsində qeyd olunmuş əmlak anlayış qədər geniş anlayışdır. Bu halda qeyri-rezident hüquqi şəxs 104.4-cü maddəsinə istinadla iştirak payının təqdim edilməsi əmlakın təqdim edilməsi kimi qiymətləndirərək yaranan gəlirlərdən xərcləri nəzərə alınmaqla vergi tutululmasını tələb edə bilər mi? 149.6-ci maddəsində göstərilmiş prosedurdan keçməyərək?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin məqsədləri üçün “əmlak” dedikdə hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri nəzərdə tutulur.
Bununla yanaşı Vergi Məcəlləsinin 104.4-cü maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. Göründüyü kimi maddənin müddəaları Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəyə münasibətdə tətbiq olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinin müddəalarına əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.
Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, o cümlədən bu Məcəllənin 13.2.16.2-ci, 13.2.16.10-cu (Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir istisna olmaqla), 13.2.16.12-ci (Azərbaycan Respublikasındakı daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlir istisna olmaqla) və 13.2.16.14-cü maddələrində göstərilən xidmətlərdən alınan gəlir və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur.
Ödəmə mənbəyində vergi tutulması mümkün olmayan hallarda qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq gəlir (mənfəət) vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Bax: Vergi Məcəlləsinin 13.2.16.2-ci, 13.2.16.6-cı, 13.2.16.10-cu, 13.2.16.12-ci, 13.2.16.14-cü, 104.4-cü və 125.1.5-cimaddələri.

Mənbə: taxes.gov.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.