Mal-material uçotu üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mal-material uçotuBaku BusMMC  “ Mal-material uçotu üzrə mühasib ” vakansiyası üzrə işçi qəbulunu elan edir.

Tələblər:

– İqtisadiyyat və maliyyə sahəsində ali təhsil
– Minimum 3 il müvafiq sahədə iş təcrübəsi
– Kompüterdə sərbəst işləmək bacarığı
– Yaş həddi 25-35;
– Cinsi- Kişi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifələr:

– 1C (8.2) proqramında işləmə bacarığı
– Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında
mühasibat uçotunda əks etdirilməsini təmin etmək ;
– Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq
– Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
– Hesabat ayı bitdikdə nəqliyyat vasitələri üzrə yürüş məsafələrinin, yanacaq paylama cədvəllərinin yerində yoxlanılması və əsas xammal-materiallar üzrə faktiki miqdarın qeydiyyata alınması və sonradan təqdim olunan hesabatla tutuşdurulması;
– Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
– Hesabat ayı bitdikdən sonra 3 gün müddətində material anbarı, hazır məhsul anbarı və yanacaq anbarı üzrə hesabatın və müvafiq təsdiqedici sənədlərin (GPS məlumatı, YD şirkətinin plastik kartlar üzrə hesabatı) alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması;
– Hesabat ayı bitdikdən sonra 3 gün müddətində digər bölmə (şöbə) üzrə ( istehsal, nəqliyyat, marketinq və s.) mal-materialların hesabatının, lazımı ilkin sənədlərin (silinmə akti, quraşdırma aktı və s.) alınması;
– Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
– Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
– Sahəyə hər ay gedib malların qalıqlarına nəzarət edilməsi

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  cv@bakubus.az / info@finstaff.az elektron ünvanına Subject/Mövzu hissəsində “Mal-material uçotu üzrə mühasib”qeyd etməklə göndərə bilərsiniz.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

posted in: Xəbər | 0

lisenziyaMaliyyə Bazarlarına Nəzarət Palatası avqustun 10-14-də sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər üçün attestasiya keçirəcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər və sığortaçıda rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 18 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

 

şirkət ləğv edildi

  • “İSTEHSALAT XİDMƏTİ MƏRKƏZİ BAZASI DNQ-4” ASC (VÖEN: 9900050441) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 10  ünvanına bildirə bilərlər.
  • “EYƏLAYNS MENECMENT SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 2000049321) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 6A ünvanına bildirə bilərlər.
  • “İNTERNATİONAL REGAL CONSULTİNG” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1201929271) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsi, ev 6 ünvanına bildirə bilərlər.
  • “HUNTER“ MMC (VÖEN: 2004791451) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, S.Orucov küç., bina 17C, mənzil 583 ünvanına bildirə bilərlər.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • “CYCLE.AZ” MMC (VÖEN: 1403933441) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri,Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 26A, mənzil 111 ünvanına bildirə bilərlər.
  • “İNTER LOGİSTİC-2016” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1503078191) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 23A ünvanına bildirə bilərlər.
  • “İNTERAKTİV” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1401443661)  ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9, mənzil 2 ünvanına bildirə bilərlər.
  • “POZİTİV” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1401443791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “QLOBAL QARDEN” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1501424841) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 28/188, mənzil 61 ünvanına bildirə bilərlər.
  • “FOREİGN TRAVEL” MMC (VÖEN: 1503933451) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 48  ünvanına bildirə bilərlər.
  • “AĞAOĞLU İNŞAAT” MMC (VÖEN: 2902845381) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Sumqayıt şəhəri, məhəllə 26, ev 4/10, mənzil 14 ünvanına bildirə bilərlər.
  • “POLAD AİLƏ KƏNDLİ FERMER TƏSƏRRÜFATI” (VÖEN: 2600516621) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Lənkəran rayonu, Lənkəran şəhəri, H.Əsgərov ünvanına bildirə bilərlər.
  • “BORSA” MMC (VÖEN: 1402388421) ləğv olunduğunu elan edir.Kreditorlar  iki ay ərzində tələblərini Sumqayıt şəhəri, məhəllə 2, ev 9/14, mənzil 29 ünvanına bildirə bilərlər.
  • “AVES-AQRO” QSC (VÖEN: 1004241401) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 163, mənzil 48 ünvanına bildirə bilərlər.
  • “GƏNCƏ SÜD İNVEST” MMC (VÖEN: 1502466691) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, mənzil 107 ünvanına bildirə bilərlər.
  • “RAZİM 1981” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 4600365071) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 67, mənzil 53 ünvanına bildirə bilərlər.
  • “MİRVARİ TEXTİLE CLEANİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1402016711) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri,Nəsimi rayonu, Sarabski küçəsi, ev 41, mənzil 54 ünvanına bildirə bilərlər.
  • “AESTHETİCMED” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1402016711) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri,Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi hesabatlarını hazırlamadan əvvəl BTP-nin 3.7.8 versiyasını yükləməyi unutmayın

posted in: Xəbər | 0

BTPBTP – Bəyannamə Tərtibatı Proqramının yeni versiyasında aşağıdadakı yeniliklər edilmişdir.

BTP-Bəyannamə Tərtibatı Proqramı Versiya 3.7.8 Yeniliklər :

  1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 iyun 2018-ci il tarixli 1817040100368600 nömrəli “Bir sıra bəyannamələrin, hesabatın, onların əlavələrinin və tərtib edilməsi qaydalarının yenidən təsdiq edilməsi barədə” Əmrinə əsasən dəyişiklik edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin, “Əmlak vergisinin bəyannaməsi”nin, “Əmlak vergisinin bəyannaməsinə Əlavə”nin forması və“Əlavə dəyər vergisinin bəyannaməsi”nin 3, 4 və 5 №-li Əlavələrinin yeni formalarının yaradılması.
  2. Dövlət rüsumu haqqında” hesabatın Əlavə 1-də yeni 1125-ci sətir kodunun əlavə edilməsi və həmin sətrə maddələr əlavə edilməsi; 1103-cü kodlu sətirdə yeni 14.1-1, 14.3-1 və 14.3-2 maddələr əlavə edilməsi.
  3. Aksiz vergisinin bəyannaməsinin” 403.1-ci “siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar)” və 403.2-ci “tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri” sətirləri üzrə aksiz dərəcələrinə dəyişiklik
Bu linkə daxil olaraq proqramı yükləyə bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.