“İcra haqqında” qanunda aşkar edilmiş kolliziya barədə

posted in: Xəbər | 0

kolliziya“İcra haqqında” qanunda aşkar edilmiş kolliziya barədə


Məlum olduğu kimi “İcra haqqında” Azərbaycan Respublikası qanununun 17.1.8-ci maddəsinə görə iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

Halbuki bu normanın tətbiqi zamanı kolliziya ilə qarşılaşmaq mümkündür.

Ona görə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə görə Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qüvvəyə minir.

Məcəllənin 419.3-cü maddəsinə görə isə qərar işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 ay müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.

“İcra haqqında” qanunun 13.1.1-ci maddəsinə görə isə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri – bir ay ərzində icraya yönəlməlidir. Qanunun 13.2.1-ci maddəsinə görə 13.1-ci maddədə müəyyən olunmuş müddətlər icra sənədlərinin (məhkəmə əmrləri istisna olmaqla) icraya yönəldilməsi zamanı – məhkəmə qərarının qanuni qüvvəyə mindiyi yaxud onun icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan hesablanır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Göründüyü kimi Ali Məhkəmənin qərarı qəbul edildiyi vaxtdan qüvvəyə mindiyi üçün 1 ay ərzində icraya yönəldilmiş olur.

Vətəndaşa (məhkəmədə tərəf) isə bu qərar qəbul edildikdən sonra 1 ay müddətində sifarişli məktubla göndərilir ki, bu məktubun praktikada 1 aydan bir xeyli müddət sonra çatması hallarına da rast gəlinir.

“İcra haqqında” qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.3-cü maddəyə görə isə icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin qərarda könüllü icra ilə əlaqədar müddət qeyd edilir. Əks təqdirdə həmin 10 günədək müddət təyin edilmiş olduğu və icra sənədini könüllü icra olunmadığı halda məcburi icra tədbirləri tətbiq edilir.

Bu hal isə vətəndaşın konstitusion hüquqlarının pozulmasını mübahisələndirmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə icazə vermir.

Ona görə ki, qüvvəyə minmiş Ali Məhkəmənin qərarı vətəndaşa təqribən 2 ay ərzində çatsa da, icra sənədi əsasında artıq 1 ay 4 gün ərzində icraat başlanmış olur və vətəndaşa könüllü icra barədə bildiriş çatmış sayılır.

Vətəndaş isə Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək hüququndan istifadə edə bilmir.

Buna səbəb odur ki, “İcra haqqında” qanunun 17.1.8-ci maddəsi yalnız məhkəmə aktından verilən şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasını göstərmişdir.

Vətəndaşın məhkəmə aktından şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün əvvəla sırf məhkəmə aktı ilə tanış olmasına zərurət vardır.

Bu isə yalnız məhkəmə aktının qəbul olduğu vaxtdan 1 ay sonra, təqribən könüllü icra bildirişi ilə eyni vaxtda mümkün olacaqdır.

Vətəndaş məhkəmə aktı ilə tanış olduqdan dərhal sonra könüllü icra müddətində Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmiş olsa da, həmin şikayət Konstitusiya Məhkəməsində konstitusiya işləri üzrə kontitusiya məhkəmə icraatına qəbul edilməsi üçün “Kontitusiya Məhkəməsi haqqında” qanunun 52.1-ci maddəsinə görə məhkəməyə daxil olduğu vaxtdan 30 gün müddət ərzində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır və iclasda qərardad qəbul edilir. Həmin qanunun 52.2-ci maddəsinə görə isə sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverənə (ərizəçiyə) göndərilir.

Göründüyü kimi vətəndaşın “İcra haqqında” qanunun 17.1.8-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması barədə müraciət etməsi üçün müəyyən edilmiş müddət düzgün tənzimlənmədiyindən şəxsin məhrumiyyətlərə məruz qalması ilə nəticələnir.

Vətəndaş könüllü icra müddətində Konstitusiya Məhkəməsinə müvafiq məhkəmə aktından şikayətlə müraciət etsə də, həmin şikayətin icraata qəbul edilməsi üçün təqribi olaraq 1 ay 1 həftə müddət lazımdır.

Bu halda isə vətəndaş icra sənədini könüllü icra etməmiş sayılacaq, onun barəsində “İcra haqqında” qanunun 43-cü maddəsində göstərilən məcburi icra tədbirləri tətbiq ediləcək, həmçinin qanunun 78.1-ci maddəsində göstərilmiş 7% məbləğində icra ödənişi də vətəndaşdan tutulacaqdır.

Göründüyü kimi bu halların hər biri vətəndaşın konstitusion hüquqlarının pozulması ilə nəticələnməkdədir. Göstərilənləri nəzərə alaraq qanunvericilikdə aşağıdakı məzmunda dəyişikliklərin edilməsinin zəruri olduğunu bildirmək istərdim.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“İcra haqqında” qanun

Yeni redaksiyada

Maddə 17.1.8. iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

Əvvəlki redaksiyada

Maddə 17.1.8. iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

Milli Məclis tərəfindən müraciətimə cavab olaraq bu təklifin mütləq nəzərə alınacağı bildirilmişdir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

400 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

 

Mühasib

  • İşəgötürən: “Refinance Kİ” MMC
  • Şəhər: Bakı
  • Yaş: 22 – 33 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Günay
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
İş barədə məlumat
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Bank, kassa əməliyyatlarının uçotu
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– İş qrafiki: saat 09:00-dan 18:00-dək , şənbə günləri saat 10:00-dan 15:00-dək
Namizədə tələblər
– Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
– Səlist danışıq qabiliyyəti, Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq
– Yüksək qavrama və öyrənmə qabiliyyəti
– İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Təmənnasız verilən mallar necə sənədləşdirilir?

posted in: Vergi, Xəbər | 0

Sual: Belə bir məsələdə məsləhətiniz lazımdır: müəssisə müqavilə bağlayır və müqavilənin şərtlərinə əsasən alınan hər 100 ədəd məhsula görə 10 ədəd təmənnasız təqdim edir (reklam məqsədləri ilə və s). Bu halda sənədləşmənin necə aparılması daha məqsədəuyğun olar? Elektron qaimədə həmin təmənnasız verilən məhsullar 0 qiymət ilə göstərilməlidir ? Məlumat üçün: satılacaq məhsul ƏDV-dən azaddır. Vergi uçotu baxımından bu əməliyyat hesabatda necə əks olunmalıdır?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Cavab: Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsinin əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik müəyyənləşdirir. Vergi qanunvericiliyinə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-fakturada, o cümlədən də malın (işin, xidmətin) adı, ölçü vahidi, miqdarı, həcmi və buraxılış qiyməti göstərilir. Bu baxımdan da, malları təqdim edən şəxs elektron qaimə-fakturada malın satış qiymətini qeyd etməlidir. Göndərilmiş mallar üzrə ödənişlərin aparılması və həmin malların dəyərinin mədaxil edilməsi zamanı isə müqavilənin şərtləri əsas götürülməklə malların alıcısı tərəfindən təmənnasız alınmış malların dəyərini nəzərə almalıdır.

Bax: Mülki Məcəllənin 2.2-ci, 6-cı və 390-cı maddələri, Vergi Məcəlləsinin 16.1.11-6-ci və 71-1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: www.taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Lizinqə verilmək üçün idxal olunan malların satışından daxil olan vəsait hansı qaydada vergiyə cəlb edilir?

posted in: Uncategorized, Xəbər | 0

LizinqSual: Lizinqə verilmək üçün idxal olunan malların satışından daxil olan vəsait hansı qaydada vergiyə cəlb edilir?

Cavab: Vergi ödəyicisi tərəfindən lizinqə vermək məqsədilə idxal olunan malın satışından əldə olunan vəsait onun vergi tutulan gəlirlərinə, həmin malın dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir. Maliyyə lizinqi müqaviləsi üzrə ssuda ödəmələri lizinqə verən şəxsin faiz gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb olunur.

Müəllif: Dilqəm Göyüşov / Vergilər üzrə mütəxəssis


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.