Turizm şirkəti mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Turizm şirkətiTurizm şirkəti mühasib axtarır


İşəgötürən: In Travel Az

Vakansiya:  Mühasib

Vəzifə öhdəlikləri:

– Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı-vaxtında təqdim edilməsini təmin etmək
– Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək
– Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasını təmin etmək
– Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi
– İdarəçilik üçün zəruri olan digər hesabatların hazırlanması
– Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması
– Bütün satış və satınalma xərclərinin təstiq edilməsi
– Gundəlik daxil olunan otel ve başqa xidmətlərin hesabatlarının dəqiq aparılması və nəzarəti
– Müəssisənin xərclərinin və gəlirlərinin kassa kitabında uçotunun təşkil etmək
– Bank koçürmələrinin aparılması;
– Debitor və kreditor hesabatlarının aparılması
– Mənfəət və zərər hesabatlarının aparılması

Bax: Ticarət mərkəzinə Mühasib köməkçisi tələb olunur

Təhsil/Təcrübə:

– Ali təhsil;
– Yüksək səviyyədə Azərbaycan dilini, İngilis və Rus dillərinin  bilməsi
– Analoji sahədə azı 3 ildən 5 ilədək  iş təcrübəsi olmalı
– Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
– Kompyuter bilikləri –  MS office, Word, Excel, 1C

Bax: Maliyyə üzrə Ödənişlə təcrübəçi tələb olunur

Əlavə məlumatlar:

– Əmək haqqı razılaşma əsasında;
– 6 günlük iş həftəsi; 9:00 – 19:00 dək. Şənbə günü 10:00 – 18:00

– Telefon: (012) 505 15 41 / 511 15 41

Maraqlananlar  CV-ni mövzu yerinə Mühasib qeyd edərək,  hr.in.travel@gmail.com / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Həmçinin bax: Azərşəkər LLC region üzrə Mühasib axtarır


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hansı hallarda cəzalana bilərik? (Sanksiyalar və həlləri)

posted in: Xəbər | 0

SanksiyalarHansı hallarda cəzalana bilərik? (Sanksiyalar və həlləri)


Cəmiyyətdaxili münasibətlərdə sərhədlər mövcud olduğu üçün bu sərhədləri pozmağa görə də daima cəzalar nəzərdə tutulmuşdur. Bu yazıda sırf hansı hərəkət və ya hərəkətsizliyə görə nəzərdə tutulmuş cəzaların olması barədə məlumat vermək istədik. Həmçinin yazı çərçivəsində cəzaların həlli yollarını da izah etməyə çalışacağıq.

1-ci hissəni oxumaq üçün bu keçidə daxil olun.
  • Hər bir sürücünün bildiyi başlıca qayda hər il icbari qaydada idarə etdiyi avtonəqliyyat vasitəsi ilə bağlı mülki məsuliyyətini sığortalamaqdır. Avtonəqliyyat vasitəsi sahibləri bilməlidir ki, icbari qaydada mülki məsuliyyətlərini sığorta etdirmədikdə onları aşağıdakı kimi cərimə gözləyir.
– fiziki şəxslər 50 AZN, vəzifəli şəxslər 100 AZN, hüquqi şəxslər isə 300 AZN məbləğində
Cərimə 20 gün müddətində qüvvədədir. Bu isə o deməkdir ki, 20 gündən sonra yenə həmin şəxs icbari qaydada avtonəqliyyat vasitəsi üzrə mülki məsuliyyətlətini sığortalatmadıqda, eyni cəriməyə məruz qalacaq.
Bax: Cərimə və sanksiyalar gəlirdən çıxıla bilər?
  • Hər kəs bilir ki, vergiləri və digər məcburi ödəmələri ödəmək öhdəliyinə riayət olunmadıqda, müvafiq qaydada sanksiyalar nəzərdə tutulmuşdur.
Belə ki, 20 min AZN-dək məbləğdə vergi, işsizlikdən sığorta və məcburi sosial sığorta ödənişlərini ödəmədikdə
– şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30-70 faizinədək məbləğdə cərimə edilir.
Bu halda əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.
20 min AZN-dən yuxarı və 100 min AZN-dən az məbləğdə müvafiq ödənişləri ödəməkdən yayınmağa görə şəxs
– cinayət nəticəsində vurulmuş ziyanın 2-4 mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
100 min AZN-dən 500 min AZN-dək məbləğdə həmin ödənişləri ödəməkdən yayınmağa görə şəxs
– cinayət nəticəsində vurulmuş ziyanın 3-5 mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3-5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
500 min AZN-dən yuxarı məbləğdəki ödənişləri ödəməkdən yayınmağa görə isə şəxs
– üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4-5 mislinədək miqdarda cərimə və ya 5-7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Onu da qeyd etmək lazımdır ki, bu əməlləri törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə şəxs məsuliyyətdən azad edilir.
Bax: İşçilərin rəsmiyyətə salınmamasına görə bizi hansı cəzalar gözləyir?
  • Soyuq günlərdə bəzi “işbaz”-ların əməllərinin digər şəxslərə zərər verməsinin qarşısını almaq üçün qanunvericiliyin aşağıdakı formada cərimələri də mövcuddur.
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə fiziki şəxslər 800-1000 AZN-dək məbləğdə, vəzifəli şəxslər 3-5 min AZN-dək məbləğdə cərimə edilir.
  • Havaların soyuması, küçələrin su və palçıqlı olması piyadaların üzərinə qəsdən su və palçıq sıçradılmasına gətirməsin deyə avtonəqliyyat vasitəsi sahibləri üçün aşağıdakı kimi cərimə nəzərdə tutulmuşdur.

Vəfat etmiş şəxsin vergi öhdəliklərini kim yerinə yetirməlidir?

posted in: Xəbər | 0

Vəfat edən şəxsin vergi öhdəlikləriVəfat edən şəxsin vergi öhdəlikləri


VM-in 77.4.3-cü maddəsində qeyd edilir ki, “Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir”.

VM-in 81.1-ci maddəsində isə qeyd edilir ki, “Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər”.

Bax: Dəfn üçün müavinətin təyin edilməsi və verilməsi

Sual: varis vəfat etmiş şəxsin bütün vergilər üzrə borclarını, yoxsa yalnız əmlak vergisi üzrə borcunu ödəməlidir? Əgər yalnız əmlak vergisini ödəməlidirsə, bəs niyə torpaq vergisini ödəməməlidir? Əgər bütün vergiləri ödəməlidirsə, onda niyə 77.4.3-cü maddədə əmlak vergisi yazılıb?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 77.4.3-cü maddəsi vəfat etmiş şəxsin varisinə miras qalan əmlakla bağlı vergi öhdəliyini tənzimləyir. Vergi Məcəlləsinin 81.1-ci maddəsinə əsasən vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Bu səbəbdən də, vəfat etmiş şəxsin sahibkarlıq fəaliyyəti nəticəsində vergi borcu yarandıqda Vergi Məcəlləsinin 81.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi öhdəliyi vərəsə tərəfindən vergi orqanlarında uçota alınmaqla yerinə yetirilməlidir.

Qeyd olunan məsələ ilə əlaqədar daha geniş məlumatın alınması üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 77.4.3-cü və 81.1-ci maddələri

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ticarət mərkəzinə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifənin adı: Mühasib köməkçisi 

İşəgötürən: “SAMİRAMİS” firması

Namizədə  tələblər :

1. Ali iqtisadi təhsili olanlara üstünlük verilir
2. Riyazi hesablamaları yaxşı bilməli
3. Microsoft office proqramı üzrə dərin biliklərə sahib olmalıdır( Excell proqramı üzrə daha yüksək biliyə sahib olmalıdır)
4. Yaş məhdudiyyəti 20-40 yaş aralığı
5. Sahə üzrə iş təcrübəsi 2  ildən artıq
6. Bank və kassa əməliyyatlarını bilməli
7. Əmək məcəlləsinə uyğun sənədləşmə
8. İş qrafiki: Həftə içi 5 gün (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
9. İş yeri şəhərin mərkəzindədir

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən  mövzu  yerində “Mühasib köməkçisi“  qeyd edərək öz CV-lərini mükəmməl şəkildə  sadrasa@gmail.com / info@finstaff.az  email ünvanına  göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az

Həmçinin bax: Azərşəkər LLC region üzrə Mühasib axtarır


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.