Elektron xidmət növlərindən biri ləğv edilib

posted in: Xəbər | 0

Elektron xidmətAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 463
Bakı şəhəri, 24 oktyabr 2018-ci il

“Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci. 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Bax: Hansı ixtisas sahibləri Vergilər Nazirliyində işləyə bilər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 304 nömrəli və 17 avqust tarixli 355 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Elektron xidmət növlərinin Siyahısı”nın 1.3-cü bəndi (Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu) ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş naziri               Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.

Ezamiyyə xərcləri barədə bilmədiklərimiz

posted in: Vergi, Xəbər | 0

Ezamiyyə xərcləriMüəssisə tərəfindən çöl şəraitində çalışan və işi gediş-gəliş xarakteri daşıyan işçilərə ödənilən əlavə vəsait işçinin vergi tutulan gəlirlərinə aid edilirmi?

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin idarə direktoru Əvəz Quliyev bildirib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 102.1.14.1-ci maddəsinə görə, iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.

Bax: Hansı ixtisas sahibləri Vergilər Nazirliyində işləyə bilər?

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 30 yanvar 2012-ci il tarixdə normativ-hüquqi aktların dövlət reyestrində qeydiyyata alınmış «İşçilərin ezamiyyə Qaydaları»nın 1-ci bəndinə uyğun olaraq, dövlət orqanının, müəssisə, idarə və təşkilat rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyə sayılır. Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi isə ezamiyyə hesab olunmur.

Həmçinin bax: İcarəyə götürülmüş əsas vəsaitlərin təmir xərclərini nə zaman gəlirdən çıxa bilərik?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli «Ezamiyyə xərclərinin normaları haqqında» qərarının 4-cü bəndinə görə, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlərlə bağlı xərclər daxildir. Bu qərarın 6-cı bəndinə əsasən, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilirdi. Nazirlər Kabinetinin 1 iyul 2018-ci ildən qüvvəyə minən qərarına əsasən Azərbaycanda ezamiyyə xərclərinin normaları artırılıb. «Ezamiyyə xərclərinin normaları haqqında» Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarında dəyişikliyə uyğun olaraq, ölkə ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdan 65 manata qədər artırılıb. Bununla yanaşı, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxt) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə verilən əlavə vəsait hər gün üçün 10 manatdan 15 manata qaldırılıb.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.

İstehsal müəssisəsi mühasib köməkçisi axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib köməkçisiVakansiya : Mühasib köməkçisi

Şirkətin adı: Fəxrəddin-K MMC

İş yeri (şəhər): Xırdalan şəhəri
Əmək haqqı: Razılaşma yolu ilə
Son tarix : 2018-11-25
Telefon +99412 342 6700
E-poçt: mail@fbrick.com / info@finstaff.az

Şirkət barədə məlumat  : İstehsal müəssisəsi (kərpic zavod)

İş barədə məlumat

– Aylıq istehsalat və satış hesabatlarının hazırlanması

– Gündəlik və aylıq anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
– Nağd pulun hərəkəti haqqında hesabatların hazırlanması
– Elektron Vergi Hesab Fakturalarının hazırlanması və Elektron Qaimələrin yazılması
– Aylıq daxili maliyyə hesabatların hazırlanması
– İş qrafiki: 6 gün, saat 09:00-dan 18:00-dək
– İstirahət günü: Bazar günü

Bax: 3000 manat məvaciblə Maliyyə Meneceri tələb olunur

Tələblər

– 22-30 yaş arası
– Ali təhsil
– Mühasibatlıqda iş təcrübəsi
– Mühasibat uçotu, Vergi qanunvericiliyi,Əmək qanunvericiliyi,
– Microsoft office proqramları üzrə dərin biliklər
– Elektron hökümət portalı, İnternet Vergi İdarəsi, onlayn kargüzarlıqda işləmə bacarığı olmalı

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“İdarəetmə uçotu” üzrə təlimlər təşkil edilir

posted in: Audit, Xəbər | 0

İdarəetmə uçotuAzərbaycan Respublikasının Auditorlar Palatası “İdarəetmə uçotu” üzrə təlimlər təşkil edir

Azərbaycan Respublikasının Auditorlar Palatası rəhbər işçilər, fərdi sahibkarlar,  mühasibatlıq və maliyyə mütəxəssisləri üçün faydalı olacaq “İdarəetmə uçotu” təlimlərinə başlamışdır. “İdarəetmə uçotu” təliminin keçirilməsində əsas məqsəd müəssisələrdə fəaliyyətin planlaşdırması və ona nəzarət edilməsi üçün lazım olan mühasibatlıq üsulları barədə bilikləri mütəxəssislərə ötürməkdir. Təlimlər ACCA-nın üzvü, “Davud Mamedov” MMC-nin direktor-auditoru Davud Məmmədov tərəfindən tədris ediləcəkdir.

Təlimin proqramı aşağıdakı kimidir:

– İdarəetmə məlumatların mahiyyəti, mənbələri və məqsədi;

– İdarəetəmə uçotunun üsulları;

– Büdcələmə;

– Standart maya dəyəri;

– Nəticələrin qiymətləndirilməsi.

Sizin 13-29 noyabr 2018-ci il tarixlərində saat 1600 – 1800-da Auditorlar Palatası tərəfindən təşkil ediləcək “İdarəetmə uçotu” üzrə xüsusiləşdirilmiş təlimdə iştirakınızdan məmnun olardıq. Təlimin proqramı ilə keçiddən tanış ola bilərsiniz.

Bax: “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

Təlim və bütün materiallar Azərbaycan dilində təqdim olunur. Təlimin standart müddəti 12 saatdır. Həftə ərzində 2 gün (II və IV günlər) olmaqla ödənişli əsaslarla keçiriləcəkdir. Təlimlərdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqələndirici şəxs: Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdir müavini    Aytən Seyidəliyeva (ayten.mirzeyeva@gmail.com).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 055-866-44-29.

Qeydiyyat üçün son tarix: 2018-ci il 08 noyabr.

Mənbə: audit.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.