» » » İcarəyə götürülmüş əsas vəsaitlərin təmir xərclərini nə zaman gəlirdən çıxa bilərik?

İcarəyə götürülmüş əsas vəsaitlərin təmir xərclərini nə zaman gəlirdən çıxa bilərik?

posted in: Xəbər | 0
birbank biznes

təmir xərcləriSual: Hüquqi şəxs, yəni icarəçi öz fəaliyyətini həyata keçirmək üçün icarəyə verəndən rəsmi müqavilə əsasında bina icarəyə götürmüşdür. İcarəyə götürülmüş bina icarəçinin balansında deyildir. Hüquqi şəxs-icarəçi öz spesifik fəaliyyəti ilə əlaqədar binada təmir xərcləri çəkməli olur. Bu zaman icarəçi təmir xərclərini öz xərclərinə sala bilərmi? Zəhmət olmasa, Vergi Məcəlləsi ilə əsaslandırardınız.

Cavab: Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə təmir xərclərinin icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlərin icarəçinin balansına götürüldüyü hallarda yol verilir. Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya təmir xərci icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Bax: Vergi Məcəlləsinin 108-ci və 115-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun