Xidmətin adı: İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə”
– idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması (1.2.2. nömrəli xidmət) zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər
– “VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– VM-nin 34-cü maddəsi
– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi:
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri
İcra müddəti:
-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü
– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər:
– İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (e-qutuya göndərilir)
– VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda)
Elektronlaşdırma səviyyəsi:
Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb
(bax 2.1.3-e nömrəli xidmətə)
Mənbə: taxes.gov.az
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.