“Azərkosmos” Auditor axtarır

posted in: Audit, Xəbər | 0

Auditor“Azərkosmos” ASC 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun olaraq müstəqil auditi xidmətinin satınalınması məqsədi ilə açıq tender elan edib və bu sahədə xidmət göstərən şirkətləri tenderdə iştiraka dəvət edir.

“Report” bu barədə rəsmi qəzetə istinadən xəbər verir.

Tenderdə iştirak haqqı 170 manatdır.

Satınalınan xidmət 2018-2020-ci illəri əhatə etməlidir. Müqaviləni imzalayacaq qalib şirkət xidmətin göstərilməsinə müqavilə imzalandığı gündən başlayaraq 1 iş günü ərzində başlamalıdır.

Tender təklifi noyabrın 28-i Bakı vaxtı ilə saat 18.00-a qədər “Azərkosmos”yə (ünvan: Bakı, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5) təqdim edilməlidir. Tender proseduru noyabrın 29-u saat 11.00-da “Azərkosmos”un böyük iclas zalında başlayacaq.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Peşəkar mühasib sertifikatının əldə olunması müddəti müəyyən olundu

posted in: Xəbər | 0
Peşəkar mühasib sertifikatının əldə olunmasıAZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 464
Bakı şəhəri, 25 oktyabr 2018-ci il

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının  müəyyən edilməsi haqqında

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı aşağıdakı kimi müəyyən edilsin:

1. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidəedilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri – 2021-ci il 30 dekabradək;

2. iri sahibkarlıq subyektlərinin baş mühasibləri – 2022-ci il 30 dekabradək;

3. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri – 2022-ci il 30 dekabradək; 

4. qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri – 2022-ci il 30 dekabradək;

5. büdcə təşkilatları üzrə:

5.1. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri – 2021-ci il 30 dekabradək;

5.2. yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri – 2022-ci il 30 dekabradək.

Azərbaycan Respublikasının

Baş naziri                          Novruz Məmmədov 

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərşəkər LLC region üzrə Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibMühasib (Yevlax/Şəmkir)

İşəgötürən: Azərşəkər LLC 

Vəzifə öhdəlikləri:

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat hesabatlarında əks etdirilməsi
– Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparılması və nəzarət edilməsi
– Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatların aparılması
– Bank hesablaşmaları üzrə əməliyyatların aparılması
– Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparılması
– Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsinin təşkili

Bax: İstehsal müəssisəsi mühasib köməkçisi axtarır

Namizədə tələlər:

– Mühasibat sahəsində ən az 1 il iş təcrübəsi
– Mühasibat və ya maliyyə ixtisasında ali təhsil
– Vergi uçotu üzrə biliklər arzuolunandır
– Mühasibat uçotu üzrə beynəlxalq sertifikatlar üstünlükdür
– Office proqramları ilə işləmə bacarığı
– 1C (8.3) proqram təminatında işləmək bacarığı üstünlükdür
– Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzuolunandır

Əlavə məlumat:

İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
İş yeri: Şəmkir r. və Yevlax r.

Maraqlanan şəxslər öz CV formalarını “Mühasib (Yevlax/Şəmkir)” başlığı ilə hr@azsf.az / info@finstaff.az elektron poçt ünvanına göndərə bilər.

Bax: jobsearch.az

Bax: 3000 manat məvaciblə Maliyyə Meneceri tələb olunur


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İdxal-ixrac əməliyyatları üzrə məlumat mübadiləsi

posted in: Xəbər | 0

idxal-ixrac əməliyyatlarıVergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən idxal-ixrac əməliyyatları üzrə birgə nəzarət mexanizminin tətbiqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.

Bax: Elektron xidmət növlərindən biri ləğv edilib

Tədbirdə çıxış edən Vergilər Nazirliyinin Tədris Mərkəzinin «İqtisadiyyat və menecment» kafedrasının müdiri İmran Qarayev bildirib ki, dünya iqtisadiyyatının qloballaşması, mal və xidmətlərin, maliyyə resurslarının sərbəst axını, maliyyə və vergi cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi, bəzi ziddiyyətli məqamların aradan qaldırılması vergi və gömrük orqanları arasında koordinasiyanın genişləndirilməsini və idxal-ixrac əməliyyatlarına birgə nəzarəti zəruri edir.

Qeyd olunub ki, dövlət başçısının imzaladığı «İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» sərəncama əsasən, bir sıra idxal-ixrac əməliyyatları üzrə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi nəzərdə tutulub. Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamentində bu tapşırıqların yerinə yetirilməsi məqsədilə işçi qrup yaradılıb və iş planı tərtib edilib. Hər iki dövlət qurumu tərəfindən birgə yaradılan Vahid Risk Platformasının əsas komponentlərindən biri xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsinin təmin olunmasıdır. Bu məqsədlə beynəlxalq təcrübədə vergi və gömrük orqanları arasında geniş istifadə olunan xarici ticarət statistikası metodologiyası, informasiya mübadiləsini tənzimləyən qanunvericilik aktlarının müəyyənləşdirilməsi, informasiya mübadiləsinin mexanizmləri və həyata keçirilməsi üsullarının təhlili üzrə araşdırmalar davam etdirilir.

Bax: Hansı ixtisas sahibləri Vergilər Nazirliyində işləyə bilər?

Tədris Mərkəzinin «Vergi qanunvericiliyi və təsərrüfat hüququ» kafedrasının müəllimi Orxan Balayevin sözlərinə görə, beynəlxalq təcrübədə vergi və gömrük orqanları arasında nəzarətin əsas mexanizmlərindən biri birgə koordinasiyalı şəkildə informasiya mübadiləsinin təşkilidir. Hər iki tərəf idxal və ixrac, valyuta bəyannamələri, transfer və gömrük qiymətləndirilməsi, daxili, birbaşa və dolayı vergilər, riskli vergi ödəyiciləri haqqında, informasiyanın təhlili barədə bir-birini məlumatlandırır. İnformasiya mübadiləsi sorğu, avtomatik ötürülən məlumatlar, təhlil, sistemli informasiya bazasına qarşılıqlı giriş imkanları, istifadə olunmuş məlumat bazası və analitik informasiya yolu ilə həyata keçirilir. Beynəlxalq təcrübədə vergi və gömrük administrasiyaları arasında informasiya mübadiləsinin ən səmərəli modelləri hesab edilən Serbiya, Rusiya Federasiyası, Cənubi Koreya, Birləşmiş Krallıq, Finlandiya, ABŞ, İspaniya və Avropa İttifaqının Gömrük İttifaqına daxil olan ölkələrin təcrübəsi nəzərdən keçirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan üçün ən uyğun model İspaniya təcrübəsi hesab edilir. Ölkəmizin vergi və gömrük orqanları birgə məlumatlandırma sistemini yaratmaqla potensial risklərin identifikasiyası, təhlil, audit, nəzarət, transfer qiymətləndirilməsi və digər sahələrdə güclü əməkdaşlıq quracaq.

Mənbə: vergiler.az

Həmçinin bax: İcarəyə götürülmüş əsas vəsaitlərin təmir xərclərini nə zaman gəlirdən çıxa bilərik?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.