11 adda aksizli malın aksiz dərəcələrində dəyişikliklər edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 5
Bakı şəhəri, 10 yanvar 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. “2203 00” alt yarımmövqeyindən əvvəl aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

2202 10 000 9 şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş

alkoqolsuz energetik içkilər

1 litr üçün

3,0 manat

2202 99 190 2 meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün

3,0 manat

1.2. “2208 90 110 0–2208 90 780 0” alt yarımmövqelərinə aid sətrin “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları” sütununda “2208 90  110  0  –  2208 90 780 0” rəqəmləri “2208  90  110  0  –  2208  90  780  9  (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” rəqəmləri və sözləri ilə əvəz olunsun və həmin sətirdən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

2208 90 690 1 tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün

2,0 manat

2208 90 780 1 tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün

2,0 manat

1.3. 2402 10 000 0 alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 10 000 2 tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün

1,0 manat

2402 10 000 9 tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün

20,0 manat

1.4. “2402 20” alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 20 tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün

28,0 manat

1.5. 2402 90 000 0 alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 90 000 2 tərkibində     tütün     əvəzləyicisi     olan siqarlar 1 ədəd üçün

1,0 manat

2402 90 000 3 tərkibində     tütün     əvəzləyicisi     olan siqarillalar 1000 ədəd üçün

20,0 manat

2402 90 000 9 tərkibində     tütün     əvəzləyicisi     olan siqaretlər 1000 ədəd üçün

28,0 manat

1.6. “2402 90 000 0” alt yarımmövqeyindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

2403 99 900 1 elektron siqaretlər üçün maye

1 litr üçün

20,0 manat

 

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sirab ASC vakansiya elan edir

vakansiyaVakansiya: Maliyyə mütəxəssisi

İşəgötürən: Sirab ASC

Namizədə tələblər:

– Ali təhsil
– Minimum 1 il iş təcrübəsi
– Yaş həddi 20-35
– Yaradıcı
– Analitik-informasiya və strateji düşünmə qabiliyyəti
– Riyazi biliklər
– Excel bilikləri
– Məntiq
– Mühasibatlıq üzrə biliklər


Baş mühasib tələb olunur

İş barədə məlumat

• Debitor və kreditor borclarına nəzarət;
• Qarşılıqlı üzləşmə aktlarının vaxtında tərtibatı və debitorlara təqdim olunması
• Təhlilin nəticələri haqqında müvafiq bölmə rəhbər(lər)inə operativ hesabatın təqdim olunması

İş qrafiki – Həftənin 5 günü saat 09:00-18:00. İstirahət günü Şənbə və Bazar günü
İş yeri – Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A
Əmək haqqı  – Danışıq zamanı müəyyənləşdiriləcək.

Uyğun namizədlərdən cvlərini mövzu yerinə “analitik” yazmaqla cv@sirab.az / info@finstaff.az mail ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az


 Telegram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu ölkədə vergi amnistiyası qüvvəyə minib

posted in: Vergi, Xəbər | 0

vergi amnistiyasıQazaxıstanda vergi amnistiyası qüvvəyə minib.

90 mindən artıq kiçik və orta müəssisə bu güzəştdən faydalanacaq.

Prezident Nursultan Nazarbayev keçən ilin oktyabr ayında ölkə vətəndaşlarına “Qazaxıstanlıların rifah halının yüksəldilməsi: gəlirlərinin və həyatın keyfiyyətinin yüksəldilməsi” ilə bağlı müraciətində səlahiyyətli dövlət orqanlarına kiçik və orta biznes subyektləri üçün vergi amnistiyası tətbiq edilməsi barədə tapşırıq vermişdi.

Söhbət əsas vergi borcunu ödəyən vergi ödəyicilərinə hesablanmış faiz və cərimələrdən gedirdi. Bundan əlavə, 2018-ci ilin oktyabr ayına qədər borcu olan kiçik və orta sahibkarlar öz borclarını 2019-cu ilin sonuna qədər ödəyəcəkləri halda, onlara hesablanmış faiz və cərimələrin də silinməsi nəzərdə tutulur.


Bu bəyannamənin tərtib olunması qaydaları təsdiqlənib

Bu güzəştlər aşağıda göstərilən vergi ödəyicilərinə tətbiq edilmir:

  • monitorinqə düşən iri vergi ödəyiciləri;
  • mədən istifadəçiləri (yeraltı suların və müalicə palçığının hasilatçıları istisna olmaqla);
  • aksiz vergisi tətbiq olunan məhsul istehsalçıları;
  • sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər.

Bu meyarlar nəzərə alınmaqla 90.077 təsərrüfat subyektinin vergi amnistiyasından faydalanacağı gözlənilir. 2018-ci ilin oktyabr ayına onların vergi borcu 340,6 milyard tenge (100 tenge=0,450 manat), hesablanmış faizlər 122,9 milyard tenge, cərimələr isə 7,3 milyard tenge təşkil edirdi.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu bəyannamənin tərtib olunması qaydaları təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

bəyannamənin tərtib olunmasıVergilər nazirinin əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsinin tərtib olunması qaydaları”na əsasən, bəyannamə Vergi Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən tərtib edilərək hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir.

Bəyannamədə vergi ödəyicisi haqqında ümumi məlumat əks etdirilməlidir. Vergi Məcəlləsinin 101-ci maddəsinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq muzdlu işlə bağlı aylıq gəlirlərdən verginin hesablanması həmin şəxsləri işə götürən vergi ödəyicisinin fəaliyyət sahəsindən asılı olaraq ayrı-ayrı formada aparılır. Verginin hesablanması Məcəllənin 220.1-ci və 220.1-1-ci maddəsinə əsasən aparılmalıdır.


Mənfəət vergisi bəyannaməsinin tərtib olunması qaydasında dəyişiklik edilib.

Ödəyicilərə tövsiyə olunur ki, muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması haqqında məlumat bölməsində “Əmək müqavilələri üzrə işçilərin “İş icazəsi verilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı” sütununda iş icazəsi verilmiş, lakin əmək müqaviləsi bağlanmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də sayı, gəlirləri və digər göstəriciləri qeyd edilsin. Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumatlarda isə müvafiq göstəricilərin nəzərə alınması zəruridir.


Azərbaycanda nə qədər vergi ödəyicisi var?

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.