2019-cu ildə cari vergi ödəmələri necə hesablanacaq?

posted in: Vergi, Xəbər | 0

cari vergi ödəmələri2019-cu ildə cari vergi ödəmələri necə hesablanacaq?

Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş dəyişiklikdən sonra aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər, eləcə də kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməzlər. 2019-cu il yanvarın 1-dən bu kateqoriyadan olan hüquqi şəxslər mənfəət, fiziki şəxslər isə gəlir vergisi ödəməlidirlər. Həmin şəxslər mənfəət və gəlir vergisi bəyannaməsini və vergi məbləğini Vergi Məcəlləsinin 149-cu maddəsinə əsasən 2019-cu il bitdikdən sonra növbəti ilin (2020-ci ilin) mart ayının 31-nə kimi ödəməlidirlər. Bu vergilərin ödənilməsi müddəti maksimum 15 ay olduğundan Vergi Məcəlləsinin 151-ci maddəsi ödəyicidən ödənilməli olan məbləğin avans olaraq ödənilməsini tələb edir. Bu əməliyyat Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəməsi adlanır.


Əlavə iş yeri üçün gəlir vergisi güzəşti tətbiq edilir?

Bəs cari vergi ödəməsi necə hesablanır?

İqtisadçı Emin Səttarov cari vergi ödəməsini misallarla izah edir: “Təsəvvür edin ki, A MMC-nin I rüb, yəni yanvar, fevral və mart ayları ərzində ümumilikdə 10.000 manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 8.000 manat gəlirdən çıxılan xərc çəkib. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən cari vergi məbləği belə hesablanır:

1. 10.000-8.000=2.000 manat (mənfəət)
2. 2.000*20%=400 manat (mənfəət vergisi)
3. 400*75%=300 (mənfəət vergisi üzrə cari vergi ödəməsi) Vergi Məcəlləsi cari vergi ödəməsinin 75 faiz ödənilməsini tələb edir.
4. 300-75%=75 manat (mikro sahibkarlıq subyekti olduğu üçün cari vergi ödəmisinə 75 faiz azadolma tətbiq edilib).

A MMC-nin II rüb, yəni aprel, may və iyun ayları ərzində ümumilikdə 15.000 manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 7.000 manat gəlirdən çıxılan xərc çəkib. Cari vergi məbləğinin hesablanması zamanı Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə xüsusi diqqət edilməlidir.

Həmin maddədə “artan yekun” ifadəsi qeyd olunub. Yəni ödəyici hər rüb üzrə gəlir və xərclərini toplamaqla cari vergi hesablanması barədə arayışı təqdim etdikdən sonra vergi orqanı əvvəlki rübdə hesablanmış vergi məbləğini çıxaraq aradakı fərqi şəxsi vərəqəyə işləyir. Vergi Məcəlləsinin 151.5.1. maddəsinə görə, əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.

Telegram qrupumuza üzv olun

II rüb üzrə cari vergi ödəməsinin hesablanması

1. (10.000+15.000)-(8.000+7.000)=10.000 manat (mənfəət)
2. 10.000*20%=2.000 manat (mənfəət vergisi)
3. 2.000*75%=1.500 manat (mənfəət vergisi üzrə cari vergi ödəməsi). Vergi ödəyicisi 1.500 manat bəyan etməsinə baxmayaraq vergi orqanı şəxsi vərəqədə 1.500-300=1.200 manat göstərəcək.

2019-cu ildən Vergi Məcəlləsinə əlavə olunmuş 102.1.30 və 106.1.20 maddələrinə əsasən, vergi ödəyicisi cari vergi ödəməsini hesablayarkən artan yekunla hesablanmış gəlirin (dövriyyənin) məbləği 200.000 manatı keçmirsə, cari vergi məbləğinə 75 faiz azadolma tətbiq edə bilər. Başqa sözlə, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların gəlirinin 75 faizi; mikrosahibkarlıq subyekti olan hüquqi şəxslərin isə mənfəətinin 75 faizi vergidən azad edilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

20 adda malın idxal gömrük rüsumlarında dəyişiklik edilib

posted in: Xəbər | 0

idxalAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 4
Bakı şəhəri, 10 yanvar 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


11 adda aksizli malın aksiz dərəcələrində dəyişikliklər edilib

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 noyabr tarixli 476 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2202 10 000 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2202 10 000 – şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və

qazlı sular da daxil olmaqla, sular:

2202 10 000 1 – – şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular  

l

1 litr,

0,3 ABŞ

dolları

2202 10 000 9 – – şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz

energetik içkilər

 

l

1 litr,

0,3 ABŞ

dolları

1.2. 2202 99 190 1 alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

2202 99 190 2 – – – – – meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər l 15 (15.12.2019-

cu il tarixinədək 15 %, lakin 1 litri

0,7 ABŞ

dollarından az olmamaq şərtilə)

 

1.3. 2208 90 690 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2208 90 690 – – – – – digər alkoqollu içkilər:
2208 90 690 1 – – – – – – alkoqollu energetik içkilər l 1 litr, 2,0 ABŞ dolları
2208 90 690 9 – – – – – – digərləri l 1 litr, 2,0 ABŞ dolları

 

1.4. 2208 90 780 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2208 90 780 – – – – digər alkoqollu içkilər:
2208 90 780 1 – – – – – alkoqollu energetik içkilər l 1 litr, 2,0 ABŞ dolları
2208 90 780 9 – – – – – digərləri l 1 litr, 2,0 ABŞ dolları

 

1.5. 2402 10 000 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2402 10 000 – tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və

siqarillalar:

2402 10 000 2 – – siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1000

əd

1000 ədəd,

0,5 ABŞ

dolları

2402 10 000 9 – – siqarillalar 1000

əd

1000 ədəd,

0,5 ABŞ

dolları

 

1.6. 2402 90 000 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2402 90 000 – digərləri:
2402 90 000 2 – – tərkibində tütün əvəzləyicisi olan siqarlar 1000

əd

1000 ədəd,

0,5 ABŞ

dolları

2402 90 000 3 – – tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000

əd

1000 ədəd,

0,5 ABŞ

dolları

2402 90 000 9 – – tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000

əd

1000 ədəd,

0,5 ABŞ

dolları

 

1.7. “2403 99 900 0” alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2403 99 900 – – – digərləri:
2403 99 900 1 – – – – elektron siqaretlər üçün

maye

1kq,

1 ABŞ dolları

2403 99 900 9 – – – – digərləri

1kq,

1 ABŞ dolları

 

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri             Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əlavə iş yeri üçün gəlir vergisi güzəşti tətbiq edilir?

posted in: Vergi, Xəbər | 0

Sual: Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qeyri-neft sektorunda çalışan işçilərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərin məbləği 8000 manatadək olduqda gəlir vergisi sıfır dərəcə ilə hesablanır. Dəqiqləşdirmək istəyirik ki, 2 yerdə – əsas və əlavə iş yerində ümumilikdə 900 manat əmək haqqı alan işçiyə də bu güzəşt tətbiq edilirmi?

Cavab: Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.


11 adda aksizli malın aksiz dərəcələrində dəyişikliklər edilib

Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan əmək haqqlarının hər ikisi qeyri-neft və qeyri-dövlət sektorundan olduğu halda gəlir verigsindən azaddır.

Bax: Vergi Məcəlləsinin 101.1-1-ci və 101.1-2-ci maddələri.

Mənbə: taxes.gov.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

11 adda aksizli malın aksiz dərəcələrində dəyişikliklər edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 5
Bakı şəhəri, 10 yanvar 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. “2203 00” alt yarımmövqeyindən əvvəl aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

2202 10 000 9 şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş

alkoqolsuz energetik içkilər

1 litr üçün

3,0 manat

2202 99 190 2 meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün

3,0 manat

1.2. “2208 90 110 0–2208 90 780 0” alt yarımmövqelərinə aid sətrin “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları” sütununda “2208 90  110  0  –  2208 90 780 0” rəqəmləri “2208  90  110  0  –  2208  90  780  9  (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” rəqəmləri və sözləri ilə əvəz olunsun və həmin sətirdən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

2208 90 690 1 tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün

2,0 manat

2208 90 780 1 tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün

2,0 manat

1.3. 2402 10 000 0 alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 10 000 2 tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün

1,0 manat

2402 10 000 9 tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün

20,0 manat

1.4. “2402 20” alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 20 tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün

28,0 manat

1.5. 2402 90 000 0 alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 90 000 2 tərkibində     tütün     əvəzləyicisi     olan siqarlar 1 ədəd üçün

1,0 manat

2402 90 000 3 tərkibində     tütün     əvəzləyicisi     olan siqarillalar 1000 ədəd üçün

20,0 manat

2402 90 000 9 tərkibində     tütün     əvəzləyicisi     olan siqaretlər 1000 ədəd üçün

28,0 manat

1.6. “2402 90 000 0” alt yarımmövqeyindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

2403 99 900 1 elektron siqaretlər üçün maye

1 litr üçün

20,0 manat

 

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.