Lizinq almaq istəyənlər vergi uçotuna dayanmalıdır

posted in: Vergi, Xəbər | 0

lizinq almaqLizinq almaq üçün sahibkar kimi uçotda durmaq tələb olunur.

2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi bankların fiziki şəxslərə lizinq vermək imkanlarını məhdudlaşdırıb. Məcəllənin 140.1-ci maddəsinə edilən dəyişikliyə görə, banklar fiziki şəxslərə lizinq verə bilməz. Lizinq hüquqi və fərdi sahibkarlara veriləcək.


Lizinqlə bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik

Dəyişikliyin mahiyyətini şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bundan sonra maliyyəni yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ala bilərlər: “Yəni sahibkar kimi uçotda durmayan adi vətəndaş lizinq götürə bilməz. Əvvəllər belə bir qadağa yox idi. Elə buna görə də mobil telefondan tutmuş şəxsi məqsədlər üçün avtomobil almaq istəyənlər də lizinqə üz tuturdular. Lizinq xidmətləri xüsusilə 2014-cü ildə genişlənməyə başladı. Həmin dövrdə Mərkəzi Bank bank və bank filiallarından kənarda, o cümlədən pərakəndə ticarət obyektlərində kredit verməyi qadağan etdi. Nəticədə istehlak kreditlərinin bir hissəsi lizinqə çevrildi. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, lizinq, bir növ, məişətdən biznes sektoruna çevriləcək. Bu, təbiidir. Çünki lizinqin mahiyyəti biznesi dəstəkləmək, istehsal vasitələrini almağa pulu olmayan sahibkarlara bu vasitələri əldə etməyə imkan verməkdir. Dəyişiklik lizinq bazarının kiçilməsinə, lizinq şirkətlərinin azalmasına gətirib çıxaracaq, həmçinin istehlak kreditləşməsini artıracaq”.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Son kurs tələbələr, magistrlar və məzunlar üçün Təcrübə Proqramı

TəcrübəSchwaTech şirkəti son kurs bakalavr, magistr tələbələrini və məzunları Təcrübə Proqramına dəvət edir!

1 mart – 1 iyun tarixlərinda baş tutacaq olan Təcrübə Proqramı-na sonuncu kurs bakalavr, magistr tələbələri və məzun olmuş şəxslər müraciət edə bilərlər.

Proqrama müraciət hal-hazırda təhsil aldığınız ixtisas adlarına uyğun olaraq hazırlanmış və ixtisasınızın bir çox sahələrini əhatə edir.

1.Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
2. Mexatronika və robototexnika mühəndisliyi
3. Elektrik mühəndisliyi
4. Kompüter mühəndisliyi
5. Kompüter elmləri
6. Marketinq
7. Mühasibat uçotu və audit

Barattson şirkəti Milli mühasibləri sertifikatla təltif ediblər

posted in: muhasibat, Xəbər | 0

BarattsonBarattson şirkəti Auditorlar Palatası ilə birgə Milli mühasibləri sertifikatla təltif ediblər.

Barattson şirkəti və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Mühasibat uçotu üzrə Milli Sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Barattson şirkətinin rəhbəri Elşən Rəhimov, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzov, Milli Sertifikat imtahanını uğurla keçən, eyni zamanda Barattson şirkətinin maliyyə və mühasibatlıq sahəsində təşkil etdiyi təlimləri müvəffəqiyyətlə bitirən namizədlər və media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Milli Sertifikat imtahanını uğurla bitirən namizədləri təltif etmək, bu sahəyə olan diqqət və marağı artırmaqdan ibarət olub.

Tədbiri giriş sözü ilə açan Barattson şirkətinin rəhbəri Elşən Rəhimov mühasibatlıq sahəsinə marağın artırılması və bu sahənin yüksək dinamika ilə inkişafı barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Barattson şirkətində təşkil olunan hazırlıq kurslarında ACCA tədris standartlarının uğurla tətbiqi və yüksək ixtisaslı maliyyəçilərin hazırlanması barədə danışıb. Milli Sertifikat imtahanının əhəmiyyəti barədə çıxış edən cənab Elşən Rəhimov imtahanı uğurla keçən namizədləri təbrik edib.

Daha sonra Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Cənab Vahid Novruzov qeyd edib ki, Barattson şirkəti və Auditorlar Palatası arasında imzalanmış Andlaşma Memorandumuna  əsasən iki qurum tərəfindən mühasib və auditorların peşəkarlıq səviyyəsinin  artırılmasına əlverişli şərait yaratmaq və birgə fəaliyyət nəticəsində Azərbaycan mühasiblərinin beynəlxalq sertifikasiyasını təmin etmək  üçün mühüm addımlar atılır. Barattson və Auditorlar Palatasının təhsil sahəsindəki birgə fəaliyyətindən məmnunluğunu dilə gətirərək, bundan sonra da birgə əməkdaşlıqların davam edəcəyini bildirib. Bu sahəyə olan Dövlət dəstəyindən söz açan cənab sədr imtahanda yüksək nəticə göstərən namizədləri təbrik edib və onlara uğurlar arzulayıb.

Tədbirin gedişatında Milli Sertifikat imtahanını uğurla keçən namizədlər səhnəyə dəvət olunub və sertifikatla təltif olunublar. Qeyd edilib ki ki, bu il təşkil olunan Milli Serifikat imtahanında 35 namizəd iştirak etmiş, 22 namizəd imtahanı uğurla keçmişdir.

Tədbir də həmçinin Barattson şirkəti tərəfindən maliyyə və mühasibatlıq sahəsində təşkil olunan təlim kurslarını uğurla bitirən 18 namizəd də sertifikatla təltif olunublar.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Məlumat üçün qeyd edək ki, dünya miqyasında tanınan ACCA kvalifikasiyasının Azərbaycanda ən çox yayılmış F3 Mühasibat Uçotu fənnini beynəlxalq standartlara uyğun Azərbaycan dilində yalnız Barattson şirkəti tədris edir. Fənnin tədrisi ilə yanaşı, Milli Mühasibatlıq imtahanı Azərbaycanda yalnız Barattson şirkəti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə həyata keçirilir.Bu imtahanı uğurla keçən namizədlər Barattson şirkəti və Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiqlənən Milli Sertifikatla təltif olunurlar.

 

 


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sahibkarlar üçün təlim keçiriləcək

posted in: Xəbər | 0

Sahibkarlarİxracatçı sahibkarlar üçün təlim təşkil olunacaq.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yanvarın 22-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ixracatçı sahibkarlar üçün “Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda təlim keçiriləcək.

İİTKM-nin mətbuat xidmətindən bildirilib ki, təlim maarifləndirici xarakter daşıyaraq ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək. Tədbir çərçivəsində sahibkarların müasir dövrdə idarəçilik problemləri, idarəetmə sisteminin qurulması, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyəti istiqamətləri, şirkət sahiblərinin əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında məlumat veriləcək. Peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayev öz təcrübəsini bölüşəcək.


Auditorlar Palatası daxili audit kursu keçirəcək

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin sahibkarlıq düşüncə tərzinin təşviqi və korporativ idarəetmə standartlarının tətbiqi yanaşmasını rəhbər tutaraq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi cari ildə də mütəmadi olaraq sözügedən istiqamətlərdə işlər görəcək.

Qeyd edək ki, mərkəz Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.

Mənbə: azertag.az