Auditorlar Palatası şirkət rəhbərlərinə müraciət edib

posted in: Audit, Xəbər | 0

Auditorlar PalatasıAuditorlar Palatası iqtisadi subyektləri müstəqil auditor cəlb etməyə çağırıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq bəzi iqtisadi subyektlər 2018-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidir.

Belə ki, ictimai əhəmiyyətli qurumlar, MMC-lər, səhmdar cəmiyyətləri, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə yaradılmış səhmdar cəmiyyətləri, o cümlədən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC (“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti), “Azərbaycan Sənaye Korporasiyası” ASC, İpoteka və Kredit Zəmanət Fondu, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları fondlar və birjalar, qiymətli kağızların emitentləri, büdcədənkənar fondlar, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər), təbii inhisar fəaliyyəti subyektləri, publik hüquqi şəxslər, o cümlədən Dövlət İmtahan Mərkəzi, Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Gənclər Fondu, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Diasporuna Dəstək Fondu, Maliyyə Monitorinqi Xidməti, Əqli Mülkiyyət Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Dənizkənarı Bulvar İdarəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası, siyasi partiyalar, bələdiyyələr və bələdiyyə müəssisələri, və kənd təsərrüfatı kooperativləri 2018-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidir.

Auditorlar Palatası bəyan edib ki, bu istiqamətdə hər bir sorğunu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır. Bildirilib ki, iqtisadi subyektlər auditor seçimində müstəqildirlər.

Mənbə: report.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ötən il göstərdiyimiz xidmətin dəyəri bu il ödənilərsə, gəlir yoxsa sadələşdirilmiş vergi ödəməliyik?

posted in: Vergi, Xəbər | 0

sadələşdirilmiş vergiMəsləhət xidmətləri göstərən və sadələşdirilmiş vergi ödəyicisi olan fərdi sahibkar 2018-ci ilin dekabr ayında həmin tarixədək göstərilmiş xidmətlərə görə müştərisinə elektron qaimə-faktura göndərmişdir. Müştəri, maliyyə durumunun çətin olmasını əsas göstərərək ödənişi 2019-cu ilin yanvar ayında edə biləcəyini bildirmişdir. AR Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sözügedən sadələşdirilmiş vergi ödəyicisi 1 yanvar 2019-cu il tarixindən etibarən gəlir vergisinin ödəyicisi olur.

Sual: Həmin xidmət haqqı 2019-cu ilin yanvar ayında ödənildikdə, sadələşdirilmiş ya gəlir vergisinə cəlb ediləcək?

Qeyd: 195 xidmətindən bu suala cavab olaraq bildirildi ki, elekton qaimə-faktura 2019-cu ilə qədər göndərildiyindən və xidmətlərin göstərildiyi dövr də 2019-cu ilə qədər olduğundan, sadələşdirilmiş vergi-yə cəlb olunacaq.

Bu vergi ödəyiciləri üçün amortizasiya norması nə qədərdir?

Cavab: Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olan sahibkar üçün vergitutma obyekti təqdim olunmuş mallara, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə əldə olunan hasilat, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmidir. Sorğunuzda vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə təqdim olunan xidmətə görə əldə etdiyi gəlirlərə görə xidmətin təqdim olunduğu dövrdə qüvvədə olan vergi dərəcəsi ilə ( Bakı şəhərində 4%, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 %) vergi ödəyəcək.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasib və HR-lar üçün Ödənişli Təcrübə Proqramı

posted in: Maliyyə, muhasibat, Xəbər | 0

Ödənişli TəcrübəŞirkət:  A+CO MMC
Vəzifə: TƏCRÜBƏ PROQRAMI

İş qrafiki: 6 günlük
Əmək haqqı: İlk bir ay ödənişsiz, 2-3 ay 145 AZN (3 ayın sonunda seçilən namizədlər işlə təmin olunacaq)

A+CO MMC (Xırdalan Şərab) bakalavr və magistr pilləsinin yeni bitirən məzunlar üçün yeni Ödənişli Təcrübə proqramı elan edir.

Təcrübə Proqramına aşağıda qeyd edilən sahələr üzrə qəbul edilir.

1. İnsan Resursları (xanım namizədlər)
2. Maliyyə və mühasibatlıq (xanım namizədlər)

Digər tələblər

1. Göstərilən vəzifə üzrə ixtisas
2. İşinə məsuliyyətli
3. Verilən tapşırıqların vaxtında icrası
4. Stresə davamlı
5. Aktiv və sosial

Müraciət üçün elshan.valizade@aplusco.az / info@finstaff.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə (yuxarıda göstərilən sahələri əlavə etməklə)  seçdiyiniz sahəni qeyd etməyiniz tövsiyyə olunur.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu vergi ödəyiciləri üçün amortizasiya norması nə qədərdir?

posted in: Vergi, Xəbər | 0

amortizasiyaNəqliyyat vasitələrinə görə illik amortizasiya norması

ƏDV qeydiyyatında olmayan və illik dövriyyəsi 200.000 manatadək olan mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərən hüquqi şəxsin balansındakı nəqliyyat vasitələrinə görə illik amortizasiya normasının yuxarı həddi nə qədərdir?


Əlavə iş yerində əmək haqqından gəlir vergisi necə hesablanmalıdır?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsalı tətbiq etməklə gəlirdən çıxırlar.

Beləliklə, bu kateqoriya vergi ödəyicisi balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasına (25 faizə) 2 əmsalı tətbiq etməklə (25% x 2 = 50%) daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.

Əsas: Vergi Məcəlləsi, 114.3-1-ci maddə

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.