Daha çox8
Daha çox8

Vergi üzrə mühasib tələb olunur

posted in: muhasibat, Vergi, Xəbər | 0

mühasibVəzifə: Vergi üzrə mühasib

İşəgötürən: Gilan Holding

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Dillər: Səviyyə

Azərbaycan: Ana dili

İngilis: Orta

Rus: Orta


Telegram qrupumuza üzv olun

Öhdəliklər:

  • Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanmasına köməklik göstərmək;
  • Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatlarının tərtib olunmasında köməklik göstərmək;
  • Nəğd pul və bank ödəmələrinə nəzarət etmək;
  • Müqavilələrin, İnvoice-ların hazırlanmasında köməklik göstərmək;
  • Vergi saytında “online” E-qaimələrin, EVHF kəsilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək;
  • Mühasibatlığın ilkin sənədlərinin yoxlanılmasına və müvafiq qovluqlara yerləşdirilməsinə köməklik göstərmək;
  • Daxili mühasibatlıq sistemində pul köçürmələrinin idarə edilməsinə köməklik göstərmək;
  • Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasına köməklik göstərmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək;
  • Mühasibin digər tapşırıqlarını yerinə yetirmək.

 Tələblər:

  • Mühasibatlıq/Maliyyə/Vergi üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Müvafiq sahədə ən az 2 illik iş təcrübəsi;
  • İngilis və azərbaycan dillərinin mükəmməl biliyi;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Mükəmməl ünsiyyət bacarıqları və komandada işləmək bacarığı.

Müraciət linki: https://hr.gilanholding.com/v/4944#

Email: info@gilanholding.com

Əlaqə: +994 12 310 30 30

Mənbə: gilanholding.com

Elanin bitmə tarixi: 31-01-2019


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Azərbaycanda nə qədər vergi ödəyicisi var?

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicisi2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, vergi orqanlarında dövlət qeydiyyatına və uçota alınan vergi ödəyicilərinin sayı 970.340-a çatıb. 2018-ci il ərzində uçota alınmış 35.729 təsərrüfat subyektinin (obyektinin) sayı 2017-ci illə müqayisədə 12,4 faiz çox olub. Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin verdiyi məlumata əsasən, 2018-ci il ərzində ümumilikdə dövlət qeydiyyatına və uçota alınmış vergi ödəyicilərinin sayı 87.630 olub. Onlardan 12.369-u hüquqi, 75.261-i isə fiziki şəxsdir.

Qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı ilə həmin dövrdə fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayı arasındakı fərq 23.993-dür. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2017-ci ilə nisbətən 25,7 faiz artıb. İl ərzində dövlət qeydiyyatından keçmiş 11.927 kommersiya hüquqi şəxsin 70 faizə yaxını elektron qaydada qeydiyyatdan keçib. Ötən il uçota alınmış vergi ödəyicilərinin 50,4 faizi regionların payına düşüb.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyi sabah hesabatların hazırlanması üzrə köməklik göstərəcək

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicilərinə xidmət mərkəzlərinin şənbə günü üçün iş rejimi.

Hörmətli vergi ödəyiciləri!

Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzləri həftənin şənbə günü, 12 yanvar 2019-cu il tarixdə, saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcəkdir. Həmin gün xidmət mərkəzlərində yalnız “Məcburi dövlət sosial sığortası üzrə” və “İşsizlik sığortası üzrə” rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı köməklik göstəriləcəkdir.

Vergi ödəyicilərinə xidmət mərkəzləri barədə Məlumat

Sayı

Aid olduğu vergi orqanı

Xidmət mərkəzi olan şəhər (rayon)

Ünvanı

Xidmət mərkəzlərinin iş saatları

1

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti

Bakı Bakı şəhəri,  Nərimanov rayonu,  A.Neymətulla küçəsi 44 – N.Nərimanov adına metro stansiyasının yaxınlığı. İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)
2 Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti  Bakı Bakı şəhəri,  Heydər Əliyev pros., 105. İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)
3

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti

Nəsimi

Bakı şəhəri, Mirəli Qaşqay 56 –

 Gənclik metro s.  38, 17, 33 ; Milli bankın yaxınlığından 88 №–li avtobus xətləri

İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

4

Sabunçu

Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov pros., ev 276, tel: 195 – Neftçilər metro s.  78 №–li avtobus xətti

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

5

Qaradağ

Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi 10A, tel: 445-81-34 –

Binə t/m. 124 №–, Sədərək t/m. 174 №–
Bakı Beynəlxal Avtovağzalından 130, qəsəbədaxili 111 №–li avtobus xətləri

İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)
6 Binəqədi Bakı şəhəri, Ziya Bünyadov prospekti, 15, tel.: 195 – 

85,  199,  20,  67,  94,  211,  3,  33,  26  №–li avtobus xətləri

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

7

 2 saylı Ərazi Vergilər Departamenti

Sumqayıt

Sumqayıt şəhəri, 2 saylı ƏVD-nin inzibati binası, AZ5001, Sumqayıt şəhəri, 44-cü məhəllə, Quliyev küçəsi, bina 2, tel: (018) 642-44-10

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)
8

Sumqayıt

Sumqayıt şəhəri, 4-cü mkrn, ATS-lə üzbəüz, 2 saylı ƏVD-yə yaxın ərazidə, tel: (18) 642-29-00

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

9

Xırdalan

Mədəniyyət evinin yanı, H.Əliyev pr. 251, tel: (12) 342-17-22

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

10

Siyəzən

H.Əliyev küçəsi, 135A, tel: (023) 304-30-34

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

11

 3 saylı Ərazi Vergilər İdarəsi

 Quba

3 saylı ƏVİ-nin inzibati binası, AZ4000, Quba şəhəri, Yeni körpü 1, tel: (02333) 5-19-76, (02333) 5-46-72

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

12

Xaçmaz

Heydər Əliyev pr., tel: (023) 325-08-09

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

13

Şabran

H.Əliyev prospekti 121, Xalq bankın filialının yanında, tel: (023) 353-28-32

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

14

Qusar

Füzuli küçəsi, tel: (023) 385-39-46

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

15

4 saylı Ərazi Vergilər İdarəsi

Şamaxı

4 saylı ƏVİ-nin inzibati binası, AZ5600, Şamaxı şəhəri, Bakı-Qazax şosesi, 118-ci km, tel: (02026) 5-11-53, (02026) 5-17-01, (02026) 5-15-22

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

16

Ağsu

M.Ə. Rəsulzadə küçəsi, tel: (020) 225-50-39/225-51-37

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

17

Qobustan

Yeni yaşayış massivi, Bakı-Qazax şossesinin 89-cu km, tel: (020) 245-27-06

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

18

5 saylı Ərazi Vergilər İdarəsi

Şirvan

5 saylı ƏVİ-nin inzibati binası,, AZ1800, Şirvan ş., G.Şıxbala oğlu küç. 14, tel: (02121) 6-00-30

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

19

Salyan

Heydər Əliyev prospekti, tel: (021) 255-14-10

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

20

Sabirabad

İ.İsgəndərov küçəsi, tel: (021) 235-93-21

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

21

Hacıqabul

İ.Qayıbov küçəsi 15, tel: (021) 204-35-83

İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

22

Saatlı

Q.Qarayev küç.5, tel: (021) 285-39-99

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

23

Neftçala

H.Əliyev prospekti 35, tel: (021) 263-40-11

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

24

6 saylı Ərazi Vergilər İdarəsi

Lənkəran

6 saylı ƏVİ-nin inzibati binası, AZ4200, Lənkəran ş., Z.Əliyeva küçəsi 97 a, tel: (02525) 4-03-05

İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

25

Cəlilabad

Heydər Əliyev pr., tel: (025) 243-56-04

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

26

Masallı

Füzuli küçəsi, tel: (025) 215-42-26

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

27

Biləsuvar

H.Əliyev prospekti, tel: (025) 295-02-96

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

28

Astara

H.Əliyev küçəsi, 34 tel: (025) 225-14-47

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

29

Lerik

H.Əliyev küçəsi,  tel: (025) 274 45 86

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

30

Yardımlı

H.Əliyev prospekti, tel: (025) 206 14 35

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

31

8 saylı Ərazi Vergilər İdarəsi

Beyləqan

 8 saylı ƏVİ-nin inzibati binası, AZ1200, Beyləqan ş., SMD-42 qəsəbəsi, tel: (02122) 5-25-52

İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

32

İmişli

İmişli şəhəri, 20 yanvar küçəsi, tel: (021) 246-62-27

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)
33

Ağcabədi

Ağcabədi rayonu, Üzeyir Hacıbəyli küçəsi

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

34

9 saylı Ərazi Vergilər İdarəsi

Göyçay

9 saylı ƏVİ-nin inzibati binası, AZ2300, Göyçay ş., Əli Kərim küçəsi 112 “A”, tel: (02027) 4-60-17

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

35

Ağdaş

M.Şeyxzadə küçəsi, tel: (020) 235-52-64

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

36

Kürdəmir

Babək küçəsi, tel: (020) 255-20-31

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

37

Ucar

Ucar rayonu, H.Əliyev prospekti, döngə 2

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)
38 Zərdab Zərdab rayonu, H.Əliyev prospekti   İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

39

10 saylı Ərazi Vergilər İdarəsi

Qəbələ

10 saylı ƏVİ-nin inzibati binası, AZ3600, Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 1, tel:  (02420) 5-05-68,(02420) 5-05-69

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)
40

İsmayıllı

Heydər Əliyev pr.,  tel: (020) 285-11-14

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

41

11 saylı Ərazi Vergilər Departamenti

Yevlax

11 saylı ƏVD-nin inzibati binası, Z6600, Yevlax şəhəri, Nizami küçəsi 14, tel: (02233) 6-00-30, (02233) 6-34-22

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

42

Şəki

M.Ş. Həmidov küçəsi, tel: (024) 244-33-35

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

43

Mingəçevir

Səməd Vurğun küç,  tel: (024) 274-68-73

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

44

Bərdə

Aydın Məmmədov küçəsi, tel: (020) 205-36-99

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

45

Tərtər

Ş.Qurbanov küç., tel: (022) 236-35-99

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

46

12 saylı Ərazi Vergilər Departamenti

Gəncə

12 saylı ƏVD-nin inzibati binası, AZ2001, Gəncə ş., H.Əliyev prospekti 87, tel: (022) 256-16-49

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

47

Gəncə

Yeni Gəncə qəsəbəsi, Mehmandarov küç., tel: (022) 264-08-22

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

48

Goranboy

H.Əliyev pr.16cı kv, tel: (022) 245-34-99

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

49

 Naftalan

Ş.Qurbanov küçəsi, Maliyyə şöbəsinin binasının yanında, tel: (022) 352-24-52

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

50

13 saylı Ərazi Vergilər İdarəsi

 Zaqatala

13 saylı ƏVİ-nin inzibati binası, AZ6200, Zaqatala rayonu, Nizami küçəsi 1, tel: (02422) 5-26-93

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

51

Balakən

Ə.Ansuxski küçəsi, tel: (024) 295-20-57

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

52

Qax

H.Əliyev pr., tel: (024) 255-52-30

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

53

14 saylı Ərazi Vergilər İdarəsi

  Şəmkir

14 saylı ƏVİ-nin inzibati binası, AZ5700, Şəmkir ş., H.Əliyev pr. 5, tel: (02230) 5-31-02, (02230) 5-30-13

 İş günləri saat 09:00-dan 18:00-dək
(fasiləsiz)

54

Qazax

S. Arixov küçəsi,  tel: (022) 295-09-57

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

55

Gədəbəy

20 yanvar küçəsi, Kapital bankın filialının yanında, tel: (022) 326-36-57

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

56

Ağstafa

Qarabağ məhəlləsi, R.Əsədov küçəsi, tel: (022) 225-35-90

  İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

57

Tovuz

Abulbəyli kəndi, Nizami klubunun yanında, tel: (022) 315-73-69

 İş günləri saat 09:00-dan 14:00-dək (fasiləsiz)

 

Mənbə: taxes.gov.az


Telegram qrupumuza üzv olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyi və SOCAR-ın birgə məlumatı

posted in: Vergi, Xəbər | 0

SOCARAzərbaycan Respublikasının Vergilər Nazirliyi və SOCAR-ın birgə məlumatı

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı xarakter daşıyan və nəticə etibarilə dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi məlumatlar yayılmaqdadır.

Xatırlatmaq istərdik ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biri olmaqla həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə də Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir. Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir.


Vergilər Nazirliyi Mühasibləri müsabiqə yolu ilə işə dəvət edir

Bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir. Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır.

Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə əsassız və uydurmadır. Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər.

KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur. Bu baxımdan media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər.

Mənbə: taxes.gov.az


Vergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib

Telegram qrupumuza üzv olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
error: Content is protected !!