Lizinqlə bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik

posted in: Xəbər | 0

LizinqLizinq ilə bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik yanvarın 1-dən qüvvəyə minib

Qanunvericiliyə əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bundan əlavə, maliyyə lizinqinin obyekti qismində əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlaklar iştirak edir.


ƏDV-nin qaytarılması üçün bu sənədlər tələb edilir

Qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələrək, sahibkarların lizinqlə bağlı təqdim etdikləri məlumat formalarının qoşmalarına da müvafiq məlumatların daxil edilməsi zərurəti yaranıb. Vergilər Nazirliyi vergi ödəyicilərinə lizinq ilə bağlı zəruri məlumatları həmin qoşmalarda nəzərə alınmaq barədə müraciət edib.

2019-cu il yanvarın 1-dək bağlanmış və predmeti əsas vəsait olmayan maliyyə lizinqi müqavilələri barədə məlumatlar məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq yanvarın 15-dək vergi orqanına təqdim olunmalıdır. Qoşmadakı məlumatların elektron kargüzarlıq vasitəsilə elektron sənəd formasında təqdim edilməsi məqsədəuyğun sayılır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək tövsiyə olunur.

Mənbə: vergiler.az


ƏDV ilə bağlı Vergi Məcəlləsində olan dəyişikliklər

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

Şirkət: Azinterval MMC

Şəhər : Bakı, Badamdar
Yaş: 20-28 yaş
Cins: Qadın
Təhsil: Ali
İş təcrübəsi: 1il

İş barədə məlumat:

Elektron qaimələrin yazılması

Anbar uçotunun aparılması və.s


Baş mühasib tələb olunur


Namizədə tələblər:
1C, excel bilənlərə üstünlük verilir

İş saatı: 09:00-18:00

Əmək haqqı 400 AZN-dən başlayaraq

Əlaqə: 012 502 41 34: 070 255 17 16

Mail: azinterval13@yahoo.com / info@finstaff.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu bəyannamənin tərtib olunması qaydasında dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

dəyişiklikMənfəət vergisi bəyannaməsinin tərtib olunması qaydasında dəyişiklik edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla mövcud bəyannamələr, onların əlavələri və tərtib olunması qaydaları da yenilənib

Bu yenilik vergi sahəsində aparılan islahatlardan irəli gələn məsələlərin həlli, güzəşt və azadolmaların uçotunun dəqiq aparılması, vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədi daşıyır. Мənfəət vergisinin bəyannaməsinin tərtib edilməsinin yeni qaydasına əsasən, bəyannamə mənfəət vergisinin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda fəaliyyətləri ilə bağlı göstəricilər əks etdirilməklə tərtib olunmalıdır. Bəyannamədə Vergi Məcəlləsinin 103-cü maddəsinə və “İxrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Qanunun 3.2.1. və 3.2.2.-ci maddələri nəzərə alınmalıdır. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünüidarəetmə orqanları bu bəyannaməni yalnız sahibkarlıq fəaliyyətindən gəlir əldə etdikləri təqdirdə təqdim edirlər.


Vergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib

Vergi ödəyicilərinə bəyannamənin “Qeyd” yerində bəyannamə formasının tərtib edilməsi qaydaları ilə tanış olmaq, eyni zamanda tərtibat zamanı tələb edilən şərtləri nəzərə almaq tövsiyə olunur.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib

posted in: Vergi, Xəbər | 0

ElektronVergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib.

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb.

Bu, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış daha bir addımdır. Yeni elektron xidmət İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) portalı üzərindən göstərilir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması vergi ödəyicilərinin işini xeyli asanlaşdıracaq. Bu yenilik vergi ödəyicilərinə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə” və “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” (DTA-05 forması) ərizə formalarını elektron qaydada tərtib etmək və təsdiqləmək imkanı yaradır.


Bu vergi bəyannaməsinin formasına dəyişiklik edilib

Xatırladaq ki, dövlət başçısının 2 iyun 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması nəzərdə tutulur.

Nazirlər Kabinetinin 30 aprel 2018-ci il tarixli 190 nömrəli Qərarı ilə “Elektron xidmət növlərinin Siyahısı”na “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması məqsədilə müraciətin təqdim edilməsi” məzmununda bənd əlavə edilmişdi. Yeni xidmət bu qərara uyğun olaraq vergi ödəyicilərinin istifadəsinə verilib.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.