Daha çox8
Daha çox8

Bu bəyannamə artıq Vergi Məcəlləsindəki dəyişikliklərə uyğunlaşdırılıb

posted in: Vergi, Xəbər | 0

bəyannaməƏDV bəyannaməsi və əlavəsi Vergi Məcəlləsindəki dəyişikliklərə uyğunlaşdırılıb.

Vergilər nazirinin əmri ilə “Əlavə dəyər vergisinin bəyannaməsi”nə və ona 5 nömrəli əlavə

) və onların tərtib edilməsi qaydalarına dəyişikliklər edilib. Dəyişikliyə əsasən, ƏDV bəyannaməsinin 5№-li əlavəsi Vergi Məcəlləsinin 164-cü və bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin ƏDV-dən azad əməliyyatları olduqda tərtib və təqdim edilir. Vergi ödəyicilərinə əlavənin tərtib edilməsi qaydaları ilə tanış olmaq, eyni zamanda tərtibat zamanı müvafiq işarə və simvollardan istifadə etməmək şərti ilə bütün yazı damalarını yalnız böyük çap hərfləri ilə doldurmaq tövsiyə olunur. Əlavə kağız formada doldurularkən qara və ya göy rəngli diyircəkli qələmlə tərtib edilməsi mütləq şərt kimi müəyyən olunub. Əlavə doldurularkən qaralamalara və düzəlişlərə yol verilmir.


ƏDV-nin qaytarılması üçün bu sənədlər tələb edilir

Dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcəkdir.

Mənbə: vergiler.az


Telegram qrupumuza üzv olun
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ƏDV-nin qaytarılması üçün bu sənədlər tələb edilir

posted in: Vergi, Xəbər | 0

ƏDV-nin qaytarılmasıƏDV-nin qaytarılması üçün vergi ödəyiciləri məlumat qoşmalarını təqdim etməlidirlər

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim olunmasını həyata keçirən şəxslərin 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ ləğv edilib.

Bununla əlaqədar sahibkarlıq subyektlərinin tabeliyində qalan malların təqdim olunması zamanı ƏDV-nin malların satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanması məqsədilə həmin mallar barədə məlumatların təqdim edilməsinə ehtiyac yaranıb. Bu ehtiyacdan irəli gələrək sahibkarlar məlumat formasına əlavə olunmuş qoşmanı yanvarın 15-dək vergi orqanına təqdim etməlidirlər. Həmin qoşmalardakı məlumatları vergi ödəyicisi bir dəfə təqdim edir və məlumatlarda təqdim olunduğu tarixdən 3 iş günü müddətində düzəlişlər edilməsi mümkündür.


Bu vergi bəyannaməsinin formasına dəyişiklik edilib

Məlumat formasına əsasən, sahibkarın tabeliyində qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanacaq. Sahibkarların təqdim etdikləri məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab olunur. Həmin mallara münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrində nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq olunmur. Məlumat formasına əlavə edilmiş qoşmadakı məlumatlar elektron kargüzarlıq vasitəsilə elektron sənəd formasında təqdim olunmalıdır.

Mənbə: vergiler.az


Vergi ödəyiciləri bu ünvan üzrə uçota alınacaq

Telegram qrupumuza üzv olun
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu vergi bəyannaməsinin formasına dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

vergi bəyannaməsiMuzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn vergi bəyаnnаməsinin formasında dəyişiklik edilib.

Vergilər nazirinin əmri ilə muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn verginin bəyаnnаməsinin və əlavələrin tərtib еdilməsi qaydaları  ( yüklə –

təsdiqlənib. Qaydalara əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsi Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən tərtib edilməlidir.Bəyannamə Azərbaycan ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər tərəfindən tərtib olunmalıdır. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər istisna olmaqla, digər sektora aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulur. Vergi tutulan aylıq gəlirin məbləği verginin dərəcəsi 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən isə vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı qaydaya uyğun tutulur:

– vergi tutulan aylıq gəlirin məbləği 8.000 manatadək olduqda 0 faiz;
– 8000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faiz hesablanır.


ƏDV ilə bağlı Vergi Məcəlləsində olan dəyişikliklər

ƏDV-nin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Bəyannamə ƏDV-nin və ya sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər tərəfindən illik məlumatlar əks etdirilməklə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edilməlidir və bu bəyannamə məlumat xarakteri daşıyır.

Muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn vergi bəyаnnаməsinə əlаvələrin tərtibi

Bəyаnnаmənin 1 №-li əlаvəsi Vеrgi Məcəlləsinin 98-ci mаddəsinə əsаsən Аzərbаycаn ərаzisində muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn vеrginin ödəyicisi sаyılаn vergi ödəyiciləri tərəfindən tərtib olunmalıdırMuzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə 2 №-li əlavə isə Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən ölkə ərazisində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi sayılan əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən tərtib edilir və illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə birlikdə təqdim edilir.

Telegram qrupumuza üzv olun

Əlаvənin “Ödənişi аpаrаn şəхs hаqqındа məlumаt” аdlаnаn bölməsində bu əlаvənin аid оlduğu hеsаbаt dövründə muzdlu işlə əlаqədаr işəgötürən vergi ödənişi аpаrаn şəхslər bаrədə ümumi məlumаtlаr qеyd оlunur. Bölmənin “İşəgötürən və yа аgеntin аdı” аdlı sətri üzrə xanalarında muzdlu işlə əlаqədаr işəgötürən vergi ödəyicisinin аdı qеyd оlunur. Bu, fiziki şəхs оlduqdа аdı, sоyаdı və аtаsının аdı, hüquqi şəхs оlduqdа isə tаm аdı qеyd edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə 3 №-li əlavə, Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər tərəfindən tərtib olunur və bəyannamə ilə birlikdə vergi orqanına təqdim edilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi ödəyiciləri bu ünvan üzrə uçota alınacaq

posted in: muhasibat, Vergi, Xəbər | 0

vergi ödəyiciləriVergi ödəyiciləri iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə uçota alınacaq

İqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox istifadə edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir.

İqtisadçı ekspert Anar Bayramov vergi ödəyicisinin yenidən uçotu ilə bağlı iki yeniliyi vurğulayıb: “İlk yenilik odur ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Məsələn, Lənkəranda qeydiyyatda olan vergi ödəyicisinin Bakı şəhərində təsərrüfat subyekti (obyekti) olduğu halda, vergi orqanı həmin şəxsi Bakı şəhərində təsərrüfat subyekti (obyekti) üzrə qeydiyyata alacaq.


Bu ailələrə yeni vergi güzəşti tətbiq edilib

İkinci yenilik isə iqtisadi maraqlar mərkəzi ilə bağlıdır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda, həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Məsələn, Lənkəranda qeydiyyatda olan vergi ödəyicisinin həm Bakı, həm də Gəncə şəhərində təsərrüfat subyektləri (obyektləri) olduğu halda, vergi orqanı həmin vergi ödəyicisini hansı regionda gəliri çoxdursa, həmin region üzrə yenidən uçota alacaq”. Ekspert qeyd edib ki, bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir. Mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyiciləri dedikdə, əsasən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr nəzərdə tutulur.

Yeni üsulun tətbiqi əvvəllər uçot yerini müxtəlif bəhanələrlə dəyişən vergi ödəyiciləri-nin belə əməllərinin qarşısını almağa imkan verəcəkdir.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərdə vergi ödəyicilərinin uçota alınmasının kifayət qədər səmərəli bir forması olacaqdır: “Bu üsulun tətbiqi əvvəllər uçot yerini müxtəlif bəhanələrlə dəyişən vergi ödəyicilərinin belə əməllərinin qarşısını almağa imkan verəcəkdir. Bəlli məsələdir ki, əsas fəaliyyət yerindən uzaqda vergi ödəyicisi kimi uçota durmaqda məqsəd vergidən yayınmaqdır. Bunun başqa izahı yoxdur. Məsələn, böyük fəaliyyət meydanından kənarda kiçik bir bərbərxana açmaqla orada vergi uçotuna dayanıb əsas fəaliyyət müəssisələrini bu yolla vergi nəzarətindən kənarda saxlamaq mümkün idi. Yeni qaydalar bütün bu “üsulların” qarşısına sədd çəkəcək. Bir neçə yerdə fəaliyyəti olan vergi ödəyicisi üçün vergi ödəmək yerli vergi orqanları tərəfindən qanunun tələblərinə müvafiq qaydada seçiləcək”.

Mənbə: vergiler.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
error: Content is protected !!