Gəlir vergisinin olmadığı 7 ştat

posted in: Məqalə, Vergi, Xəbər | 0

Ştatlar sakinlərdən gəlir vergisini təhsil və səhiyyə xidmətlərini maliyyələşdirmək, bələdiyyə infrastrukturunu saxlamaq üçün toplayırlar. Ştatların gəlirlərinin böyük hissəsi fiziki şəxslərdən tutulan gəlir vergisi, eləcə də satışdan və biznes-vergilərdən əldə olunan vəsaitlərdən formalaşır. Buna baxmayaraq, Amerikanın bəzi ştatlarında gəlir vergisi tutulmur. Gəlir vergisi olmayan ştatları sizlərin diqqətinə çatdırırıq.

Alyaska

Alyaskada fərdi gəlir vergisi və ya satışdan vergi yoxdur. Ştatın əldə etdiyi gəlirlərin böyük əksəriyyəti Trans-Alyaska boru xətləri sistemi ilə ixrac edilən neftdən daxil olur.

Neft qiymətləri yüksək olduqda, ştat gəlirlərdən artıq qalan vəsaitləri Alyaska daimi fonduna köçürür. Lakin, son zamanlar neft qiymətləri düşməkdə davam edir və ştatda artıq gəlir vergisinin tətbiq olunması üzərində düşünürlər.

Florida

Gəlir vergisinin olmaması, ilboyu mülayim iqlimi, yüksək iş perspektivləri Floridanı ora köçənlər üçün çox cəlbedici bir ştata çevirib. Bu ştatda digər vergilər, məsələn, satışdan – 6% vergi tutulur.


Hansı halda Mikro sahibkarlar dividend gəlirlərindən mütləq vergi ödəməlidir?

Nevada

Nevadada gəlir vergisinin olmamasını satışdan tutulan vergi – 6,85% (Sözügedən vergi üzrə dərəcəyə görə ABŞ-da 13-cü yer) kompensasiya edir. Növbəti ildən ştatın hakimiyyət orqanları satışdan olan vergi stavkasını qaldırmaq niyyətindədirlər.

Cənubi Dakota

Cənubi Dakota – az əhalisi olan ştatlardan biridir. Burada gəlir vergisi yoxdur, eləcə də satışdan ödənilən vergi stavkası 4,55 təşkil edir. Buna baxmayaraq, iş yerləri ilə bağlı vəziyyət bu ştatda yaxşı deyil, minimum əməkhaqqı isə burada bir saat üçün cəmi 8,65 dollar təşkil edir.

Texas

Texas sakinləri də gəlir vergisi ödəmirlər, lakin daşınmaz əmlakla əlaqəli mənfəətə görə  6,4% stavkası ilə vergi ödəyirlər ki, bu da ölkədə ən yüksək vergi tariflərindən biri hesab olunur. Bundan əlavə, bir saat üçün minimum əməkhaqqı bu ştatda 7,25 dollar təşkil edir.

Vaşinqton

Vaşinqtonda gəlir vergisi yoxdur, lakin, satışdan olan vergi 6,5% təşkil edir. Bir saat üçün minimum maaşlar burada 11 dollar təşkil edir.

Vayominq

Vayominqdə fərdi gəlir vergisi və biznesə görə mənfəət vergisi yoxdur, bu həmin şatatı bizmesmenlər üçün cəlbedici edir. Bundan əlavə, satışdan tutulan vergi də 4% təşkil edir. Vayominq də başlıca gəlirlərini neft hasilatından əldə edir və bu da gəlir vergisini kompensasiya edir.

2022-ci il üçün Tennesi ştatının gəlir vergisi olmayan səkkizinci ştat ola biləcəyini vəd edirlər.

Gəlir vergisi olmayan ştatda yaşamaq cəlbedici ideya kimi görünə bilər. Amma, unutmaq lazım deyil ki, ştatın lazım olan vəsaitləri əldə etməsindən ötrü sizlərdən digər vergilərin – məsələn, satışdan və ya daşınmaz əmlaka görə – tutulacağı da bir gerçəklikdir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təhsil müəssisələri hansı vergilərdən azaddır?

posted in: Vergi, Xəbər | 0

Sual: Özəl məktəblər mənfəət vergisinə cəlb olunurmu? Cəlb olunursa gələcəkdə bununla bağlı hər hansı güzəşt nəzərdə tutulurmu?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti vergidən azaddır (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla). Əlavə olaraq, ödənişli təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla) ƏDV-dən azaddır.

Vergi Məcəlləsinin təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin dəyəri əmlak vergisindən azaddır.


Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

Bax: Vergi Məcəlləsinin 164.1.13-cü199.4.4-cü maddələri, 30 noyabr 2018-ci il tarixli, 1356-VQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasib vəzifəsi üzrə vakansiya

posted in: İş elanı, muhasibat, Xəbər | 0

vakansiyaVakansiya: Mühasib

Şirkət: “Kristal Abşeron” MTK

Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

– Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
– Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
– 1C yüksək səviyyədə bilmək
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq


Tələbələr və yeni məzunlar üçün Gilan Holding’də Təcrübə Proqramı

Vəzifələr

– İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
– Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
– Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
– Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
– Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək


1300 manat məvaciblə Mühasib tələb olunur

İş şəraiti

– İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək

Əlaqələndirici şəxs: Samir Hacıyev
Elektron ünvan: samir.haciyev@kristalabsheron.az

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yanvarın 21-i iş olacaqmı?

posted in: Xəbər | 0

20 Yanvar

Azərbaycanda 20 Yanvar – Ümumxalq Hüzn Gününün bu il həftənin bazar gününə təsadüf etməsi yanvarın 21-də iş gününün olub-olmayacağı sualını doğurub.

Yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.

Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Buna görə də yanvarın 20-nin həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq, növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 21-si iş günü hesab ediləcək.

Qeyd edək ki, bu il 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilməyəcək.

Bununla yanaşı, bu il 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınacaq.

Mənbə: fed.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.