Vergi Məcəlləsində Lizinq üzrə edilmiş dəyişikliklər barədə MƏLUMAT

posted in: Xəbər | 0

LizinqVergi Məcəlləsində edilmiş dəyişikliklər barədə MƏLUMAT FORMASI (Lizinq)

Hörmətli vergi ödəyicisi!

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən 1 yanvar 2019-cu il tarixdən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Eyni zamanda maliyyə lizinqinin obyekti qismində əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlaklar iştirak edir.

Bununla əlaqədar olaraq 1 yanvar 2019-cu il tarixədək bağlanmış və predmeti əsas vəsait olmayan maliyyə lizinqi müqavilələri barədə məlumatların məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq 15 yanvar 2019-cu il tarixdən gec olmayaraq vergi orqanına təqdim edilməsi Sizə bildirilir.


Məcburi dövlət sosial sığorta ayırmaları və işsizlikdən sığorta üzrə köçürüləcək hesablar müəyyən edilib

2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri barədə məlumat formasını qeydiyyatda olduğunuz vergi orqanına təqdim etdiyiniz təqdirdə həmin müqavilələr üzrə həyata keçirilən əməliyyatlara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan redaksiyası tətbiq edilir.

Bu məlumat formasına əlavə edilmiş qoşmadakı məlumatlar elektron kargüzarlıq vasitəsi ilə elektron sənəd formasında təqdim olunmalıdır.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib (Mühasib köməkçisi)

İşəgötürən: Ləzzət AA MMC

    • Şəhər: Bakı
    • Yaş: 30 – 40 yaş
    • Təhsil: Ali
    • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Emil bəy

İş barədə məlumat

– Mühasibatlıq işlərinin həyata keçirilməsi
– Elektron qaimə fakturaların göndərilməsi
– Vergi hesab fakturaların göndərilməsi
– Gələn qaimələrin təsdiqi
– Hesabat vergi, ədv, aylıq
– Hesabat DSMF, rüblük
– Hesabat statistika, aylıq
– Hesabat məşğulluq, rüblük
– Yeni işçinin qeydiyyatı (ərizə,əmr,müqavilə)
– İşçinin sığorta olunması
– İşçinin sistemdə qeydiyyatı bildirişi
– Satış dövriyyəsi, aylıq
– Bank ödənişlərinin işlənməsi, aylıq
– Qarşıya qoyulmuş tapşırıqların tam yerinə yetirilməsi
– İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək
– Nahar şirkət tərəfindən verilir.
– Müəssisə Buzovna qəsəbəsində yerləşir.


 1 ildən az iş təcrübəsi olan Mühasib axtarılır

Namizədə tələblər

– Qadın (orta yaş)
– Ciddi və məsuliyyətli
– Ali təhsilli
– Mühasibatlıq təcrübəsi

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xarab olmuş malların silinməsindən hansı halda vergi öhdəliyi yaranır?

posted in: Vergi, Xəbər | 0

malSual: Anbarda olan mal qalığından xarab olmuş malların silinməsindən sonra vergi öhdəliyi yaranırmı? Yaranırsa hansılardır?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi ərzaq mallarını ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır. Yararsız ərzaq mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır. Sadələşdirilmiş vergi ödəyicisi üçün vergitutma obyektini hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara görə əldə edilmiş ümumi hasilat, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi təşkil etdiyindən, yararsız mallarının uçotdan silinməsi zamanı sadələşdirilmiş vergi hesablanmır.

Bax: Vergi Məcəlləsinin 108-ci, 130-cu 159.5-ci, 161.3-cü və 218.4.3-cü maddələri

Mənbə: taxes.gov.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Məcburi dövlət sosial sığorta ayırmaları və işsizlikdən sığorta üzrə köçürüləcək hesablar müəyyən edilib

posted in: Vergi, Xəbər | 0

rekvizitlərDövlət Xəzinədarlığı orqanlarında işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar muəyyən edilib. Bu barədə Vergilər nazirliyinin saytında məlumat verilib. Belə ki Bakı şəhərində və Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində qeydiyyatda olanlar üçün rekvizitlər aşağıdakı kimi olacaq:

Məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar

Adı:  DSMF BHŞİİ

Kodu:  980395

VÖEN-i : 1600351421

Hesablaşma hesabı: AZ35CTRE00000000000007018508

 

Bankın adı: DXA

Bankın VÖEN-i: 1401555071

Bankın Kodu: 210005

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

SWIFT: CTREAZ22

 

İşsizlikdən sığorta ayırmaları köçürüləcək hesablar

Adı:  DSMF BHŞİİ

Kodu:  980395

VÖEN-i : 1600351421

Hesablaşma hesabı: AZ42CTRE00000000000007018576

Büdcə hesabının nömrəsi xüsusi hesab: AZ15CTRE00000000000007018577

 

Bankın adı: DXA

Bankın VÖEN-i: 1401555071

Bankın Kodu: 210005

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

SWIFT: CTREAZ22

Digərləri üçün rekvizitləri isə aşağıdakı fayllardan yükləyə bilərsiniz

Yüklə: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.