Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları hansı hallarda tətbiq edilir?

posted in: Vergi, Xəbər | 0

VergiSual: Vergi Məcəlləsinin 159.7. maddəsinin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.

Mən fiziki şəxsəm və 2018 ci ildə sadələşdirilmiş ödəyiciyəm. Mal alıb satıram. Dekabr sonu könüllü ərizə verirəm ki, məni 01 yanvar 2019 cu il tarixdən ƏDV ödəyicisi edin. Bilmək istərdim mən ƏDV ödəyicisi olduqdan sonra anbarımda sadələşdirilmiş dövrdə əldə etdiyim malları satıramsa mən bu mallara görə ƏDV hesablamalıyam? Yuxarıda göstərdiyim maddəni tətbiq edə bilərəmmi?


Təsisçi vəfat edərsə MMC-ni necə ləğv etmək olar?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları əlavə dəyər vergisinin ödəyicilərinə aid edilir. ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 175.1-ci maddəsində ƏDV-nin əvəzləşdirilməsi qaydası və şərtləri göstərilmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsində qeyd edilən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-nin əvəzləşdirilməsi hüququnun olmaması və ya əvəzləşdirilməsinə qismən yol verilməsi Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələri ilə müəyyən edilir.

ƏDV-nin əvəzləşdirilməsi hüququ olmayan əməliyyatlar üzrə, yəni Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələrində göstərilən əməliyyatlar üzrə alınmış mallar təqdim edilərkən Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları tətbiq edilir. Həmçinin bildiririk ki, Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 1 yanvar 2019-cu il tarixdən ƏDV qeydiyyatına alındıqdan sonra apardığınız əməliyyatlar ümumi qaydada ƏDV-yə cəlb olunur.

Bax: Vergi Məcəlləsinin 156.1-ci, 159.7-ci , 175-ci maddəsi, 30 noyabr 2018-ci il tarixli, 1356-VQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“ASAN İMZA”-nı hansı mobil qurğular dəstəkləmir?

posted in: Xəbər | 0

ASAN İMZAAsan İmza (Mobile imza) xidməti köhnə mobil telefonlarda o cümlədən qwerty klaviatura tipli mobil telefonlarda çalışmaya bilər, məsələn:

  • BlackBerry Priv Black, Blackberry Passport Silver Edition, Blackberry Passport Black, Blackberry Classic Q20 Black, BlackBerry Bold 9790 Pink və s.
    Onu da qeyd edək ki, Asan İmza (Mobile imza) xidməti Blackberry-nin başqa modellərində də normal işləməyə bilər.
  • Qumo Push 220 QWERTY, HTC T7272 Touch Pro, HTC P4350 Herald və s.
  • Nokia 1280, 1800, 3110, 5110, 6110, 6150, N900
  • Motorola F3
  • Sony Ericsson P900
Asan İmza (Mobil imza) xidmətlərindən istifadə etmək üçün mobil telefon GSM Phase 2+ support dəstəyinə malik olmalıdır.

“Asan İmza”nın istifadəsində 7 əsas təhlükəsizlik qaydası

Mənbə: asanimza.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bank Respublika gənclər üçün Qış Təcrübə Proqramına start verir

Təcrübə ProqramıBank Respublika ASC istedadlı və motivasiyalı 4-cü kurs tələbələri və yeni məzunlar üçün Qış Təcrübə Proqramı elan edir.

Biz Sizə Bankın müxtəlif sahələrində bacarıq, biliyin artırılmasına və karyera qurmasına yönəlik innovativ və sosial məqsədlər daşıyan karyera proqramı təklif edirik.

Bank Respublika olaraq Sizə nə vəd edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf
  • etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • “Bank Respublika”-nın peşəkar komandasının bir üzvü olmaq imkanı.

Peşəkar komandamıza qoşulmaq üçün Sizdən tələb olunur;

    • Universitetin 4-cü kurs tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə üzrə təhsil arzuolunandır);
    • Azərbaycan dili (əla), İngilis və Rus dilləri arzuolunandır;
    • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
    • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
    • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Uyğun namizədlərdən öz CV formalarını hr@bankrespublika.az / info@finstaff.az ünvanına mövzu hissəsində Qış təcrübə proqramı yazmaqla göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 18.01.2019

Mənbə: www.bankrespublika.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1 ildən az iş təcrübəsi olan Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: “Performance Center Co” MMC (Chevrolet Azərbaycan)

    • Şəhər: Bakı
    • Yaş: 21 – 28 yaş
    • Təhsil: Ali
    • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Fatimə xanım

İş barədə məlumat

– Satış və satış əməliyyatları ilə bağlı prosedurlar barədə

– Xərc maddələrinin funksional bölgüsü barədə məlumatlı olmaq

– Mühasibat əməliyyatlarının sənədləşdirilməsi

– Mal/xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması

– Avto-servis sahəsində tətbiq olunan uçot haqda məlumatın olması

– İş günləri: həftədə 6 gün

– İş saatı: 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Ali iqtisadi təhsil

– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)

– 1C 8.3 proqramı ilə işləmək bacarığı

– Fərdi və kollektivdə işləmə qabiliyyəti

– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı

Qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV) hr@performance-center.az / info@finstaff.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.