Mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri göstərən şəxslərin güzəşt hüququ

posted in: Xəbər | 0

“X” MMC-də mühasib işləyirəm. 2025-ci ildən mühasibatlıq sahəsində gəlir vergisindən 75 faiz güzəştlə bağlı Vergi Məcəlləsində dəyişiklik edildiyini öyrəndikdən sonra işdən azad olunmaqla həmin MMC-yə fərdi qaydada öz VÖEN-im əsasında xidmət göstərmək qərarına gəldim. Bu zaman mənim mühasibatlıq sahəsində gəlirlərimə güzəşt tətbiq ediləcəkmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri ilə məşğul olan və həmin fəaliyyətdən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
O da bildirilib ki, Vergi Məcəlləsinə 2025-ci il yanvarın 1-dən əlavə edilmiş 102.9-cu maddəyə əsasən, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.

Qeyd olunanlara əsasən, mühasibatlıq sahəsində muzdlu işçi kimi çalışdığı iş yerində əmək müqaviləsinə xitam verilməklə eyni xidmətləri fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci və 102.9-cu maddələri

Mənbə: vergiler.az

Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?

Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinə dair Qaydalar təsdiqlənib

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin Qərarına əsasən, “Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə “Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib.

Qərarla İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, aidiyyəti dövlət orqanları ilə birlikdə Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin yaradılması və tətbiqi istiqamətində tədbirlər görsün.

Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları Dövlət İnvestisiya Proqramına daxil edilən layihələr üzrə hesabatlılığı, monitorinq prosedurlarını, nəticələrin qiymətləndirilməsini, eləcə də Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin monitorinq istiqaməti üzrə fəaliyyətlərini müəyyən edir. Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi investisiya layihələrinin icrasına dair hesabatın monitorinqi və investisiya layihələrinin yerində monitorinqi şəklində İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Mənbə: vergiler.az

75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?

İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

Bu dəfə idman müəllimlərinin və onların xidmət göstərdiyi zalların gəlirlərinin vergiyə cəlb olunması qaydasını təqdim edirik. Mövzunu “Business Service Centre” şirkətinin mikro və kiçik sahibkarlıq subyektləri üzrə xidmət şöbəsinin rəhbəri Nahid İbrahim şərh edir.

İdman məşqçilərinin və idman zallarının gəlirlərinin vergiyə cəlb olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir və müxtəlif formalarda vergiyə cəlb olunur. Bu, onların fəaliyyət formasından – yəni, fərdi sahibkar və ya hüquqi şəxs (MMC, klub və s.) kimi qeydiyyatdan keçmələrindən asılıdır. İllik dövriyyəsi 200.000 manatdan az olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər. Bunların sırasında fərdi sahibkar kimi fəaliyyət ən çox yayılmış formadır.

Misal 1

Tutaq ki, bir fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisidir və məşqçi kimi ayda 3.000 manat gəlir əldə edir:

İllik dövriyyə: 3.000 × 12 = 36.000 manat;

Sadələşdirilmiş vergi (2%): 36.000 × 2% = 720 manat (illik vergi məbləği).

Misal 2

Tutaq ki, idman zalı təsis edilib və MMC kimi fəaliyyət göstərir və illik dövriyyəsi 150.000 manat olub. Onun vergi öhdəliyi mənfəət vergisi ödəyicisidir. Bu halda MMC-nin ödəyəcəyi illik vergi məbləği belə hesablanacaq:

İllik dövriyyə: 150.000 manat;

İllik xərclər: 100.000 manat (işçi maaşları, kommunal, icarə);

Mənfəət: 50.000 manat.

Verginin hesablanması: 50.000 × 20% = 10.000 manat (illik vergi məbləği).

Sadələşdirilmiş verginin ödəyicisi olan fərdi sahibkar qeyd etdiyimiz sahə üzrə aktiv fəaliyyət göstərirsə, aşağıda qeyd olunan əlavə ödənişləri, Vergi Məcəlləsinə uyğun olaraq, dövlət büdcəsinə təyin olunan vaxt üzrə ödəməlidir. “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, fərdi sahibkarlar öz fəaliyyət sahələri üzrə 2026-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqqını aşağıdakı dərəcələrlə hesablayıb ödəməlidirlər:

Minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
  • digər şəhərlərdə 80 faizi;
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
  • kənd yerlərində 50 faizi miqdarında.

Misal 3

Tutaq ki, fərdi sahibkar Sumqayıt şəhərində idman təlimçisi kimi məşğul olur. Bu halda onun qeyd edilən sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 90 manat olacaq:

(400 x 25%) x 90% = 90 manat.

Həmin fərdi sahibkarın fəaliyyəti üzrə ödəməli olduğu aylıq icbari tibbi sığorta haqqı isə 16 manat təşkil edəcək:

400 x 4% = 16 manat.

Mənbə: vergiler.az

“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Analitik Ekspertiza Mərkəzi auditor seçib

posted in: Xəbər | 0

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Financial Reporting Center” MMC-dir.

Qalib şirkətə 3 469 manat ödəniləcək.

Xatırladaq ki, ötən il bu sorğunun qalibi “Azfinance And Consulting” MMC olub, şirkətə 4 000 manat ödənilib.

Mənbə: report.az

Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?

1 149 150 151 152 153 154 155 2. 386