Hesablama Palatası I yarımildə 34 nəzarət tədbiri barədə qərar qəbul edib

posted in: Xəbər | 0

Bu ilin I yarısında Hesablama Palatasının Kollegiyası ümumilikdə 34 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi barədə qərar qəbul edib.

Bu barədə Palataya istinadən xəbər verilir. Bildirilib ki, bu tədbirlərdən ikisi məxfilik rejimində aparılıb.

Hesabat dövründə nəzarət tədbirləri 16 mərkəzi icra hakimiyyəti orqanını, 6 publik hüquqi şəxsi, 4 dövlət mülkiyyətində və yaxud dövlətin payı olan müəssisəni, 2 büdcədənkənar dövlət fondunu, 1 məqsədli büdcə fondunu, 8 mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində və yanında fəaliyyət göstərən qurumları və digər təşkilati-hüquqi formaya malik subyektləri əhatə edib. Nəzarət obyektlərindən 11-də isə ilk dəfə audit aparılıb.

Hesabat dövründə audit portfelində uyğunluq auditləri üstünlük təşkil edib. Bununla yanaşı, Kollegiya 6 ayda 3 səmərəlilik auditinin aparılması barədə qərar qəbul edib. Bu auditlər təhsil sisteminin informasiyalaşdırılması sahəsində fəaliyyətin, bitkiçilik sektorunda dövlət dəstəyi mexanizmlərinin (subsidiya və güzəştlərin) və bir ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyi və nəticəliliyi üzrə həyata keçirilib.

Mənbə report.az

Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?

Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?

posted in: Xəbər | 0

Sahibkar pərakəndə geyim satışı ilə məşğuldur. Lakin bazarla uyğunlaşa bilmədiyinə görə, zərərlə işləyir. Bu səbəbdən də anbarında qalan malı maya dəyərinə başqa sahibkara satır. Belə halda sahibkar satış zamanı maya dəyərinə, yoxsa malların bazar dəyərinə görə gəlir vergisinə cəlb olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır.

Qeyd olunub ki, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti tətbiq olunur.

Əlavə olaraq bildirilib ki, malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

  • göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);
  • öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;
  • mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);
  • malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;
  • malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;
  • malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;
  • marketinq siyasətinin aparılması ilə əlaqədar analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;
  • işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır.

Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə uyğun qaydada müəyyənləşdirilən bazar qiymətindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimedilmə qiymətləri ilə hesablanır.

Mənbə: vergiler.az

Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” auditor seçib

posted in: Xəbər | 0

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, sorğunun qalibi “BKR İşık Konsaltinq” MMC-dir.

Qalib şirkətə 4 249 manat ödəniləcək.

Ötən il də bu sorğunun qalibi “BKR İşık Konsaltinq” olub. Şirkətə 4 700 manat ödənilib.

Mənbə: report.az

Qeyri-formal məşğulluq vətəndaşı hansı hüquqlardan məhrum edir?

Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əgər vergi ödəyicisi ilin ortasında öz fəaliyyətini müvəqqəti dayandırırsa, o zaman Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, 30 gün müddətində mənfəət (gəlir) vergisi bəyannaməsini təqdim etməlidir. Lakin bəzən təcrübədə rastlaşırıq ki, vergi ödəyicisi ilin ortasında, məsələn 31.08.2024-cü il tarixində fəaliyyətini müvəqqəti dayandırmasına baxmayaraq, həmin il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi üçün son tarix kimi 31.03.2025-ci il tarixi olduğunu düşünür və mənfəət vergisi bəyannaməsini təqdim etmir. Vergi ödəyicisi bəyannamənin təqdim olunması üçün son tarix olaraq 31.03.2025-cü ili gözlədiyi müddət ərzində vergi orqanı tərəfindən kameral qaydada ona mənfəət vergisi hesablanır.

Əvvəllər təcrübədə vergi ödəyicisi ilin ortasında fəaliyyətini dayandırır, Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, həmin il üçün mənfəət vergisi bəyannaməsi təqdim edirdi və ilin əvvəlindən fəaliyyətini dayandırdığı günədək əldə etdiyi gəlirləri və bu gəlirlərin əldə edilməsi ilə bağlı olan xərcləri mənfəət vergisi bəyannaməsində əks etdirirdi. Həmin müddət aralığı üçün mənfəət vergisi öhdəliyini ödəyir və cari mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiqlənirdi. Bir müddət keçdikdən sonra vergi ödəyicisi fəaliyyətini yenidən bərpa edirdi.

Lakin fəaliyyətini bərpa etdikdən sonra fəaliyyətini bərpa etdiyi tarixdən ilin sonuna kimi olan dövr ərzində əldə etdiyi gəlirləri vergiyə cəlb etmir və dəqiqləşmiş bəyannamə təqdim etmirdi. Həmin il üçün təqdim etdiyi cari mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiqləndiyi üçün və Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, həmin dövr üçün vergi orqanı tərəfindən kameral vergi yoxlamasının aparılması mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyətini bərpa etdiyi tarixdən ilin sonuna kimi olan dövrə qədər əldə etdiyi gəliri vergiyə cəlb etmir və vergidən yayınırdı.

Misal: Tutaq ki, vergi ödəyicisi 30.06.2024-cü il tarixində fəaliyyətini müvəqqəti dayandırıb. İlin əvvəlindən həmin tarixədək müəssisənin 800.000 manat gəliri və bu gəlirin əldə olunması ilə bağlı 200.000 manat xərcləri olub. Fəaliyyətini dayandırdığı üçün 30 gün müddətində cari mənfəət vergisi bəyannaməsini təqdim edir və 600.000 manat mənfəətindən 120.000 manat mənfəət vergisini ödəyir. Müəssisə 01.09.2024-cü il tarixində yenidən fəaliyyətini aktiv edir və 01.09.2024-cü il tarixdən 31.12.2024-cü il tarixədək 100.000 manat gəlir əldə edir. Ancaq müəssisə bu dövr ərzində əldə etdiyi gəliri vergiyə cəlb etmir.

2024-cü ildən Vergi Məcəlləsinə edilən əlavəyə əsasən, əgər vergi ödəyicisi ilin ortasında fəaliyyətini müvəqqəti dayandırarsa və fəaliyyətini dayandırdığı günədək olan dövr üçün mənfəət vergisi bəyannaməsi təqdim edərsə, sonradan həmin ildə fəaliyyətini təkrar bərpa edərsə, o zaman növbəti ilin 31 martından gec olmayaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməlidir.

Yuxarıda qeyd edilən misalda müəssisə yenidən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməli və bəyannamədə il ərzində əldə etdiyi ümumi 900.000 manat gəliri və bu gəlirin əldə olunması ilə bağlı 200.000 xərci əks etdirməklə 700.000 manat mənfəətindən vergisini ödəməlidir.

Əks halda, vergi orqanı tərəfindən kameral qaydada vergi hesablanacaq.

Mənbə: vergiler.az

Yükdaşıma fəaliyyəti göstərənlər əvvəlki dövrə ƏDV qeydiyyatına alına bilərlərmi?

1 146 147 148 149 150 151 152 2. 386