Normadan artıq ezamiyyə xərcləri hansı qaydada vergiyə cəlb edilir?

posted in: Xəbər | 0

İşçi ölkə daxilində ezamiyyətə göndərilir. Bu zaman o, şəhərlərarası taksidən və ya şəxsi minik avtomobilindən istifadə etsə də təsdiqedici sənəd təqdim edə bilmir. Lakin şəxsi minik avtomobilindən istifadə etdikdə yanacaq ilə bağlı təsdiqedici çeklər təqdim olunur. Bu halda işçinin ezamiyyə xərcindən artıq olan yanacaq xərci və şəhərlərarası taksi xərcləri işçinin muzdlu işdən gəlirinə aid edilirmi və həmin məbləğ gəlir vergisinə və məcburi sosial sığorta haqlarının hesablanmasına cəlb olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda, faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci, 109.7-ci maddələri, Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli və Maliyyə Nazirliyinin “İşçilərin ezamiyyə qaydaları”

Mənbə: vergiler.az

Dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşma genişləndirilir

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi

posted in: Xəbər | 0

Malın mənşə ölkəsini təsdiq edən sertifikat ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə preferensiya əldə etməyə, yəni güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, ölkəmizdə mənşə sertifikatlarının 5 növü mövcuddur:

1. CT-1 formalı sertifikat – Malların mənşəyi Azərbaycan və ya digər MDB ölkəsi olduğu halda, MDB ölkələrinə ixrac edilən mallar üçün tərtib edilir.

2. Ümumi formalı sertifikat – Malın Azərbaycan Respublikasının azad ticarət və preferensial ticarət rejimi barədə ikitərəfli və çoxtərəfli razılaşmaları olmayan ölkələrə ixracı zamanı verilir.

3. A formalı sertifikat – Avropa ölkələri, həmçinin ABŞ, Kanada və Yeni Zelandiya ölkələri üçün tərtib edilir.

4. AZ-TR formalı sertifikat – “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi”ndə nəzərdə tutulmuş müvafiq malların müəyyən edilmiş miqdarda Türkiyə Respublikasına ixracı zamanı verilir.

5. AZ-PK formalı sertifikat – “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi”ndə nəzərdə tutulmuş müvafiq malların Pakistan Respublikasına ixracı zamanı verilir.

“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir.

Sözügedən Qaydaya əsasən, mənşə sertifikatı hüquqi və fiziki şəxslərin (sifarişçi) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciəti əsasında verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

• sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
• sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
• sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);
• qaimə-fakturanın (invoysun) surəti;
• ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;
• ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).

Agentlikdə sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, təqdim olunmuş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Mənşə sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir. İmtina üçün əsaslar olmadıqda mənşə sertifikatının verilməsi barədə qərar qəbul edilir.

Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan sonra istifadəçi təkrar sorğu ilə müraciət edə bilər.

Sorğu və ona əlavə edilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün sənədlər 1 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə təqdim olunur. Sənədlər təqdim olunduğu tarixdən 1 gündən gec olmayaraq sorğuya əlavə olunmuş sənədlər və istifadəçi ilə bağlanan müqavilə əsasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin eksperti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir.

Ekspertizanın keçirilməsi zamanı həm də ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən, Agentlik tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. İmtina üçün əsas olmadıqda, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edilir. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi dövlət rüsumunu ödəyir.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinə əsasən, 30 AZN məbləğdə dövlət rüsumu nəzərdə tutulur. Mənşə sertifikatı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Bakı şəhəri şöbəsində və 2 saylı, 3 saylı, 6 saylı, 11 saylı,12 saylı və 13 saylı regional bölmələrində sahibkarlara təqdim olunur.

Mənşə sertifikatının etibarlılıq müddəti verildiyi tarixdən etibarən 1 ildir.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Mənşə sertifikatı” alt modulu hazırlanıb və Agentliyin Keyfiyyət informasiya sistemində (https://e-keyfiyyet.gov.az) istifadəyə verilib.

Keyfiyyət informasiya sistemi vasitəsilə müraciətlərin qəbulu ixracatçılar üçün aşağıdakı imkanları təqdim edir:

• elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması;
• real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi;
• malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi;
• dövlət rüsumlarının elektron qaydada ödənilməsi;
• müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması;
• ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması;
• mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s.

Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi üçün müraciətlər hibrid formada olmaqla həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi üzərindən, həm də Keyfiyyət informasiya sistemi üzərindən qəbul edilir.

Məlumat üçün bildiririk ki, Agentliyin Bakı şəhəri və regional bölmələri tərəfindən sahibkarlıq subyektlərinə 2025-ci ilin I yarımilində ümumilikdə 46 119 mənşə sertifikatı təqdim olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,5% artım deməkdir.

Mənşə sertifikatları təqdim olunmuş ixracatçıların ixrac etdikləri mallar arasında meyvə-tərəvəz, tikinti materialları, neft və neft məhsulları üstünlük təşkil edir. İxrac olunan ölkələr arasında isə üstünlük Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstana məxsusdur.

Mənbə: vergiler.az

Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar?

Müvəqqəti əvəzetmə zamanı ödəmələrin məbləği necə müəyyən edilir?

posted in: Xəbər | 0

İşəgötürənləri və işçiləri maraqlandıran məsələlərdən biri də hər hansı səbəbdən iş yerində olmayan işçinin  digər işçi tərəfindən müvəqqəti əvəz edilməsi ilə bağlı ödəmələrin məbləğləri ilə bağlıdır.

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. 

İlk baxışda bu məsələ çox sadə görünsə də özünəməxsus incəlikləri var. Adətən, təcrübədə işçinin iş yerində olmaması müxtəlif səbəblərdən yaranır. Məsələn, işçi:

  • analıq məzuniyyətində olduqda;
  • öz hesabına məzuniyyətdə olduqda;
  • qismən ödənişli sosial məzuniyyətdə olduqda;
  • əmək qabiliyyətini müvəqqəti itirdikdə;
  • əmək məzuniyyətində olduqda;
  • təhsil məzuniyyətində olduqda;
  • digər analoji hallar.

Təcrübədə bir işçinin boş qalan digər vəzifə ilə bağlı də əmək funksiyalarının yerinə yetirilməsinə də çox hallarda rast gəlinir. Yəni, burada iki hal mövcuddur:

Birinci hal: İş yerində olmayan işçinin digər işçi tərəfindən müvəqqəti əvəz edilməsi və bir işçinin boş qalan digər vəzifəsinin əmək funksiyalarının yerinə yetirilməsi. Bəs bu zaman ödəmələr necə aparılır?

Bunun üçün Əmək Məcəlləsinin 162-ci maddəsinə baxmalıyıq. Həmin maddənin 1-ci bəndində göstərilib ki, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə – əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Məcəllənin 162-ci maddəsinin 2-ci bəndində isə qeyd edilib ki, əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda, işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilmiş əməkhaqqına ödəniş olunur.

Maddədən aydın olur ki, əvəzetmə ilə bağlı bir necə hal mövcuddur:

  • iş yerində olmayan işçinin əməkhaqqı onu əvəz edən işçinin əməkhaqqından çoxdur;
  • iş yerində olmayan işçinin əməkhaqqı onu əvəz edən işçinin əməkhaqqı ilə eynidir;
  • iş yerində olmayan işçinin əməkhaqqı onu əvəz edən işçinin əməkhaqqından azdır.

Misal

“AA” MMC-nin baş mühasibinin müavininin əməkhaqqı 1.200 manat, baş mühasibin əməkhaqqı isə 1500 manatdır. Baş mühasib xəstələnib və onun əmək funksiyaları müavinə həvalə edilib. Bu zaman baş mühasib işə qayıdana kimi müavinə əlavə olaraq 300 manat ödəniləcək.

Bəs ikinci və üçüncü hallarda əvəz edən işçiyə nə qədər haqq ödənilməlidir? Əvəz edən işçiyə əvəz edilən işçinin əməkhaqqısının 100% məbləğində haqq vermək olarmı? Bunun üçün məsələyə bir qədər fundamental yanaşmalıyıq. Belə ki, Əmək Məcəlləsinin 162-ci maddənin 2-ci bəndində yazılıb ki, “…… əməkhaqqına əlavə edilib verilir”. Yəni, bu bənddə qeyd olunmayıb ki, əlavə əməkhaqqı verilir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin tələblərinə görə:

1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

3. Əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

4. Tarif (vəzifə) maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

5. Əməkhaqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Maddədən də aydın olur ki, əməkhaqqına əlavə əməkhaqqınıın tərkib hissəsidir. Əməkhaqqına əlavə də tarif (vəzifə) maaşından az olur. Adından da aydın olur ki, bu, əməkhaqqına əlavədır. Odur ki, Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci bəndidəki kimi ödəmə aparanda əvəz edən işçiyə əvəz edilən işçinin tam əməkhaqqını, yəni 100% ödənilməsini düzgün hesab etmək olmaz. Bəs bu halda ona nə qədər əlavə verilə bilər?

Bunun üçün Əmək Məcəlləsinin daha bir maddəsinə nəzərə yetirməliyik. Məcəllənin 61-ci maddəsinin 1-ci bəndinə əsasən, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əməkhaqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir.

Məcəllənin 61-ci maddəsinə görə, iş yerində olmayan işçini əvəz edən işçiyə əməkhaqqı 162-ci maddəyə əsasən verilir, hansı ki, yuxarıda bu haqda açıqlamalar təqdim edilib. Ancaq boş vəzifə üzrə əmək funksiyalarının icrası zamanı ən azı 50% məbləğində əlavə əməkhaqqı ödənilir. Göründüyü kimi, burada iki anlayış vardır. 162-cı maddəyə görə əməkhaqqına əlavələr müəyyənləşdirilib ödənilir, 61-ci maddəyə görə isə əlavə əməkhaqqı verilir.

Beləliklə, sadalanan hallardan aşağıdakı nəticəyə gəlmək olar:

  • Müvəqqəti əvəzetməyə görə əvəz olunan işçinin əməkhaqqı əvəz edən işçinin əməkhaqqıdan çox olduqda, fərq ödənilir.
  • Müvəqqəti əvəzetməyə görə əvəz olunan işçinin əməkhaqqı əvəz edən işçinin əməkhaqqına bərabər və ya az olduqda, tərəflərin razılığı ilə əlavə müəyyənləşdirilib ödənilir.
  • Ödənilən əlavə məbləğ əvəz edilən işçinin tam əməkhaqqı məbləğində ola biləz.
  • Birinci halda yalnız əməkhaqqılar arasındakı fərq ödənilirsə, deməli, ikinci və üçüncü hallarda tərəflərin razılığı əsas götürülməlidir.
  • Təcrübədə sahibkarlar belə hallarda 50%-dən artıq əlavə təyin etmirlər, lakin bu, hətta 100% də ola bilər.

Mənbə: vergiler.az

İşçilərə ödənilən yemək xərclərinin gəlirdən çıxılması

Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar?

posted in: Xəbər | 0

Lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün verilən rəsmi sənəddir. Qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir:

  • fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edə bilərsə;
  • fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutduqda;
  • fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilərsə;
  • fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğura bilərsə.

Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən olunub. Dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər və Ələt Azad İqtisadi Zonasında verilən lisenziyalar istisna olmaqla 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Qanunvericiliyə əsasən hazırda lisenziyalar mobil rabitə xidmətləri istisna olmaqla müddətsiz təqdim olunur.

Sahibkarlar lisenziya almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB evlərinə (Bakı KOB evi, Xaçmaz KOB evi, Yevlax KOB evi), “ASAN xidmət” mərkəzlərinə (5 saylı Bakı, Sumqayıt, Gəncə, Masallı və Şəki), həmçinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Portalda 23 fəaliyyət növü üzrə lisenziyaların elektron qaydada verilməsi üçün müraciətlərin qəbulu, həmçinin 8 aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi imkanları təmin edilib.

Lisenziya almaq üçün müvafiq ərizə forması doldurulur və ərizəyə əlavə olunan sənədlər təqdim edilir. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə edilir. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti də təqdim edirilir.

İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilərkən sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyi əsas götürülür. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Lisenziyanın verilməsinə görə dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və 23-cü maddələri ilə müəyyən olunub. Sahibkarlıq fəaliyyəti yalnız regionlarda həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd lisenziya verən orqana təqdim edildikdən sonra lisenziya ərizəçiyə təqdim edilir.

Qeyd edək ki, 2025-ci ilin 7 ayında yarımilində İqtisadiyyat Nazirliyi tərəfindən ümumilikdə 1049 lisenziya verilib, onlardan 769-u elektron qaydada təqdim olunub. “Lisenziyalar və icazələr” portalı 2018-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində portal vasitəsilə 6 556 elektron lisenziya təqdim olunub.

2025-ci ilin ilk 7 ayında verilən lisenziyaların əsas hissəsi aşağıdakı sahələr üzrə qeydə alınıb:

  • Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri – 251 lisenziya;
  • Əczaçılıq fəaliyyəti – 170 lisenziya;
  • Özəl tibb fəaliyyəti – 127 lisenziya;
  • Rabitə xidmətləri – 148 lisenziya;
  • Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi – 86 lisenziya;
  • Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması – 75 lisenziya;
  • Baytarlıq preparatlarının istehsalı və satışı – 32 lisenziya;
  • Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin isehsalı və idxalı – 34 lisenziya;
  • Digər – 126 lisenziya.

Mənbə: vergiler.az

Dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşma genişləndirilir

1 145 146 147 148 149 150 151 2. 396