Dövlət Radiotezliklər İdarəsi auditor seçib

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Abacus Audit And Consulting” MMC-dir.

Qalib şirkətə 15 989 manat ödəniləcək.

Mənbə: vergiler.az

Yükdaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların ödədikləri MDSS və İTS haqqının hesablanması

İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?

posted in: Xəbər | 0

İş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 

İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova açıqlamasında artıq iş saatlarında işçilərin hüquqları və ödənişləri ilə bağlı məqamlara aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 101-ci maddəsinə əsasən, iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və yuxarıda qeyd edilən hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

Bəs iş vaxtından artıq görülən işlərə görə əlavə istirahət günü ilə əvəz edilə bilərmi?

Əmək Məcəlləsinin 165-ci maddəsinə görə, iş vaxtından artıq görülən işlərə görə əlavə istirahət günü ilə əvəz edilməsinə yolverilmir. İş vaxtında əlavə görülən işlərə görə hər saatı üçün əməkhaqqı hesablaması aşağıda qeyd edilən formada yerinə yetirilir:

– Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

– Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

Misal

İşçi ay ərzində ümumilikdə 8 saat əlavə iş saatında işləyib. İşçinin tarif (vəzifə) maaşı 1.000 manatdır. Avqust ayında işçi tam işləyib və istehsalat təqviminə görə avqust ayı üçün norma 168 saat təşkil edir. Bu halda, hesablama aşağıdakı kimi olacaq:

Əvvəlcə 1 saata düşən əməkhaqqını tapaq:

1.000 : 168 = 5.95 manat.

(5.95 x 8) x 2 = 95.2 manat;

1.000 + 95.2 = 1095.2 manat.

Beləliklə, işçinin avqust ayı boyunca GROSS (dəqiq məbləğ) əməkhaqqı 1.095.2 manat olacaq.

Mənbə: vergiler.az

Yükdaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların ödədikləri MDSS və İTS haqqının hesablanması

Yeni qaydalar əmək münasibətlərinə nəzarəti gücləndirəcək

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsində son dəyişikliklərinin əsas məqsədlərindən biri elektron nəzarǝt imkanlarının genişləndirilməsidir. Belə ki, dəyişikliklǝrǝ qədər əmək müqaviləsi bildirişi anlayışından istifadə edildiyi üçün işçinin elektron əmək müqaviləsində qeyd etdiklərinin hüquqi əsası yox idi. Son dəyişiklikdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin işəgötürən və işçi arasında elektron sənəd formasında bağlanan əmək müqaviləsinin bütün şərtlərinə baxmaq imkanının yaradılmasını nəzarət mexanizminə dəstək kimi göstərmək olar. Həmçinin, işəgötürən və işçi arasında aparılan rəsmi elektron yazışmalarla yanaşı, xitam və məzuniyyətlərin elektronlaşdırılması da dövlət qurumu tərəfindən nəzarət alətlərindən istifadəyə dəstək olacaq. Eyni zamanda, işəgötürən tərəfindən işçinin əməkhaqqı məlumatları ilə bağlı haqq-hesab cədvəlinin ona göndərilməsi işçinin hüququnun təmin edilməsi ilə bərabər, dövlət qurumunun da fərdi əmək mübahisələri zamanı istinad sənədlərinə aid ediləcək.

Misal 1

İşəgötürən mütəxəssis vəzifəsində çalışan işçisinin əsas məzuniyyət günlərini elektron əmək müqaviləsində 30 gün yox, 21 gün kimi qeyd edib. Dəyişikliyədək dövlət qurumunun yoxlamaları zamanı işəgötürən kağız formada bağlanan əmək müqaviləsində 21 gün yox, 30 gün qeyd etdiyi üçün ƏMAS altsistemində qeyd edilən günlərin sayının hər hansı hüquqi qüvvəsi olmurdu. Yeni dəyişiklikdən sonra elektron sənəd formasında bağlanan əmək müqaviləsi həm işəgötürən, həm də işçi tərəfindən imzalandığı üçün kağız formada əmək müqaviləsi bağlanmasına ehtiyac yaranmır. Bu səbəbdən də dövlət qurumu üçün hüquqi qüvvəsi olan sənəd elektron sənəd formasında bağlanan əmək müqaviləsi olacaq.
İndi isə fərdi əmək mübahisələri zamanı rast gəlinən digər hala baxaq.

Misal 2

Dəyişikliyədək aşağıda qeyd olunan hal mümkün idi: işçi iddia edir ki, əmək müqaviləsinə xitamla bağlı 1 ay öncədən ərizəni təqdim etsə də işəgötürən onun əmək müqaviləsinə xitam verməyib. İşəgötürən isə bildirir ki, ərizə forması müvafiq bölməyə təqdim edilməyib. Bu halda, işəgötürən işçinin ərizəsini qeydiyyata salmayıb ləğv edə bilirdi. Amma yeni dəyişiklikdən sonra işçi, Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq, bir ay öncədən ərizəni elektron formada təqdim etdiyi halda, işəgötürən ərizənin təqdim olunmaması iddiası ilə çıxış edə bilməyəcək.

Xatırladaq ki, Əmək Məcəlləsində son dəyişikliklər dövlət başçısının 28 iyun 2024-cü il tarixdə təsdiq etdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb. Bununla da Məcəllədə xeyli sayda dəyişikliklər edilib. Bunlar, əsasən, işəgötürən və işçi arasında əmək münasibətlərinin elektronlaşdırılmasını nəzərdə tutur.

Mənbə: vergiler.az

Kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olanların dövriyyəsi necə hesablanır?

Birbank Biznes-də dostluq qazandırır

posted in: Xəbər | 0

Sahibkarlara yeni fürsətlər yaradan Birbank Biznes müştərilərinə daha çox qazandıran “Dostunu dəvət et” proqramına start verir. Proqram sahibkar dostlarını Birbank Biznes mobil tətbiqinə dəvət edən hər kəsə 50 AZN-dək pul qazanmaq şansı yaradır.

Bunun üçün Birbank Biznes müştəriləri mobil tətbiqdə “Dostunu dəvət et” bölməsinə keçid edərək dəvət linkini Birbank Biznes müştərisi olmayan dostlarına göndərə bilərlər. Həmin şəxs qeydiyyatdan keçib 30 gün ərzində 10 AZN dəyərində ilk əməliyyatını həyata keçirdikdə isə hər iki tərəf 10 AZN pul mükafatı qazanır. Dəvət edən istifadəçi ay ərzində 50 AZN-dək pul qazana bilər. Qeyd edək ki, bu limit hər ay yenilənir.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. Qeyd edək ki, Birbank Biznes Kapital Bank-ın əmtəə nişanıdır.

Jurnalistlər nə qədər vergi ödəməlidirlər?

1 147 148 149 150 151 152 153 2. 396