Naxçıvanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 984,8 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

İndiyə qədər vətəndaşlara geri qaytarılan ƏDV-nin ümumi məbləği isə 3,3 milyon manata yaxınlaşıb.

Mənbə: report.az

Turizm bələdçilərinə hansı vergi güzəşti aid edilir?

Bələdiyyə orqanında çalışan işçinin əməkhaqqından vergi tutulmaları necə hesablanır?

posted in: Xəbər | 0

Qanunvericiliyə əsasən, bələdiyyə orqanları mülki-hüquq münasibətlərində digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bəs bələdiyyə orqanlarının işçiləri ilə əmək münasibətlərində, eləcə də gündəlik təsərrüfat əməliyyatlarında vergilərlə bağlı hansı məqamlar var? Bələdiyyələr bank hesablarından pul vəsaitlərini nağdlaşdırdıqları zaman onlardan 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmalıdırmı? Bələdiyyə orqanında çalışan işçilərin əməkhaqlarından vergi tutulmaları hansı dərəcə ilə həyata keçirilməlidir?

Mövzu ilə bağlı suallarına vergi mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 220.12-ci maddəsində göstərilib ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank və digər ödəniş hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması ilə bağlı olan həmin müddəa hüquqi şəxslər və fərdi sahibkarlara aid olsa da bələdiyyələrə şamil edilmir. Doğrudur, maddənin özündə birbaşa belə bir istisna yoxdur, bununla belə, istisna qanunçuluğun özündə gizlənir. Belə ki, qanunla gəlirləri vergidən azad olunan və özü vergiyığma orqanı sayılan qurumdan, yəni bələdiyyələrdən ödəmə mənbəyində vergi tutulması halı istisna edilib.

İkinci məqama gəlincə, bələdiyyə işçilərinin əməkhaqlarından vergi tutulmaları Vergi Məcəlləsinin 101-ci və həmin maddənin tətbiqi məqsədləri üçün qəbul edilmiş Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 saylı Qərarı ilə tənzimlənir. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Qərarda qeyd olunub ki, dövlətdən maliyyəşən qurumlar qeyri-dövlət sektoru sayılmır və deməli, güzəştli dərəcələr onlara tətbiq edilmir.

Bələdiyyələrlə bağlı normativ hüquqi aktlara və real vəziyyətə baxdıqda açıq şəkildə görürük ki, bələdiyyə orqanlarına da vaxtaşırı dövlət büdcəsindən vəsaitlər ayrılır. Bununla belə, bələdiyyə orqanı payları hər hansı dərəcədə dövlətə məxsus olan dövlət orqanı olmayıb Azərbaycan Respublikasının Konstitusiyası ilə yerli özünüidarəetmənin təşkili formasıdır. Bələdiyyəyə maliyyə vəsaitinin ayrılması, sadəcə, dövlət dəstəyi xarakteri daşıyır.

Qeyd edilən səbəblərlə əlaqədar bələdiyyə dövlət sektoru hesab edilmir və güzəştli dərəcələr onlara da aid edilir. Deməli, bələdiyyə qulluqçusunun əməkhaqqından vergi tutulmaları Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi ilə hesablanmalıdır.

Misal

Bakı şəhəri, Nizami Rayon Bələdiyyəsinin bələdiyyə qulluqçusu Qurban Əliyev (ad şərtidir) 750 manat əməkhaqqı alır. Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, aylıq gəliri 8.000 manatı aşmadığı üçün ondan 0 dərəcə ilə vergi tutulacaq. Bu o deməkdir ki, həmin gəlirlərdən vergi tutulmayacaq. Lakin sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri tutulacaq:
Əmək haqqı : 750 manat;

Vergi tutulması : 0 manat;

MDSS : 6 + (750 – 200) x 10%) = 61 manat;

İşsizlikdən sığorta haqqı : 750 x 0.5% = 3.75 manat;

İcbari tibbi sığorta : 750 x 2% = 15 manat.

Yekun məbləğ: 750 – (61 + 3.75 + 15) = 670.25 manat.

Deməli, Qurban Əliyevin əməkhaqqısı 670.25 manat olacaq.

Mənbə: vergiler.az

Turizm bələdçilərinə hansı vergi güzəşti aid edilir?

Peşəkar mühasib sertifikatının hər 2 mərhələsi üzrə imtahan tarixləri dəqiqləşdi

posted in: Xəbər | 0

Peşəkar mühasib sertifikatı imtahanlarının hər iki mərhələsi üzrə 2025-ci ilin imtahan tarixləri açıqlanıb. İmtahan qrafiki aşağıdakı kimidir:

Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) 05.10.2025
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) 02.11.2025
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) 23.11.2025
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) 21.12.2025

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

Azərbaycanın kredit bazarı: regional kreditləşmə sürətlənir

posted in: Xəbər | 0

Azərbaycanın kredit bazarı inamlı artım nümayiş etdirərək 2025-ci ilin iyun ayının sonuna 28,47 milyard manata çatıb. Bu, ötən ilin göstəricilərindən 11,96% çoxdur. Paytaxt hələ də əsas maliyyə mərkəzi olaraq qalır, lakin bölgələr daha sürətli artım templərini nümayış etdirirlər.

Kredit portfelinin əsas həcmi Bakıda cəmləşir

Mərkəzi Bankın məlumatına görə, ənənəvi olaraq kredit portfelinin əsas hissəsi — ₼21,78 milyard və ya ümumi həcmin 76,5 faizi Bakının payına düşür. Paytaxt üzrə kreditləşmə illik 11 faiz artıb ki, bu, həm korporativ, həm istehlak seqmentlərinin sabit inkişafını əks etdirir.

Bölgələr artım tempində liderlik edir

Paytaxtın mütləq həcm üzrə üstünlüyünə baxmayaraq, bir sıra iqtisadi rayonlar daha yüksək artım tempi göstərib. İllik ifadədə əsas artım drayveri Abşeron–Xızı iqtisadi rayonu olub — kredit portfeli 24,28% artaraq 1,15 milyard manata çatıb.

Qarabağ və Şərqi Zəngəzurda da artım iki rəqəmli diapazondadır. Hələlik nisbətən kiçik portfel həcminə (11,8 milyon manat) malik olmasına baxmayaraq, Şərqi Zəngəzur iqtisadi rayonu 2025-ci ilin əvvəlindən (illik müqayisə üçün məlumat yoxdur) 24,17 faiz artım ilə liderlərdən biri olub. Qarabağ iqtisadi rayonunda isə artım 11,8 faiz təşkil edərək 500 milyon manatı keçib.

Gəncə–Daşkəsən iqtisadi rayonu Abşeron–Xızıdan sonra ən böyük regional borcalan statusunu qoruyur — 842,6 milyon manat (+12,9 faiz).

İqtisadi rayonlar üzrə kreditləşmə:

– Bakı iqtisadi rayonu – 21,78 mlrd. manat (+11%)

– Naxçıvan iqtisadi rayonu – 461,488 mln. manat (+13,6%)

– Abşeron–Xızı iqtisadi rayonu – 1,147 mlrd. manat (+24,3%)

– Dağlıq Şirvan iqtisadi rayonu – 194,694 mln. manat (+10,56%)

– Gəncə–Daşkəsən iqtisadi rayonu – 842,645 mln. manat (+12,9%)

– Qarabağ iqtisadi rayonu – 500,026 mln. manat (+11,8%)

– Qazax–Tovuz iqtisadi rayonu – 536,274 mln. manat (+13,1%)

– Quba–Xaçmaz iqtisadi rayonu – 486,839 mln. manat (+15,13%)

– Lənkəran–Astara iqtisadi rayonu – 663,568 mln. manat (+14,87%)

– Mərkəzi Aran iqtisadi rayonu – 572,969 mln. manat (+11,55%)

– Mil–Muğan iqtisadi rayonu – 308,174 mln. manat (+11,76%)

– Şəki–Zaqatala iqtisadi rayonu – 517,089 mln. manat (+16,76%)

– Şərqi Zəngəzur iqtisadi rayonu – 11,814 mln. manat (+24,14%)

– Şirvan–Salyan iqtisadi rayonu – 446,351 mln. manat (+11,56%)

Mütləq rəqəmlərdə Bakı hələ uzun müddət kreditləşmənin əsas mərkəzi olaraq qalacaq, lakin artım templərində təşəbbüsü artıq ayrı-ayrı iqtisadi zonalar ələ almağa başlayır.

Banklar üçün bu, yeni imkanlar deməkdir: regional biznes və əhali daha fəal borcalan olur, kredit portfelinin şaxələndirilməsi isə konsentrasiya risklərini azaldır.

Mənbə: vergiler.az

İşçilər arasında ayrı-seçkiliyə yol verən hüquqi və fiziki şəxslərin məsuliyyəti

1 151 152 153 154 155 156 157 2. 396