Daha çox8
Daha çox8

ƏDV avansı və əsas məbləğ fərqli aylarda alınıbsa, vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

posted in: Xəbər | 0

Qarşı tərəf ƏDV depozit hesabımıza aprel ayında 18 manat ƏDV avans məbləği köçürüb. Əsas məbləğ olan 100 manat avans isə bank hesabımıza may ayında köçürülüb. Bu halda vergi tutulan əməliyyatın vaxtı ƏDV avans ödənişinin alındığı aprel, yoxsa may ayı götürüləcək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.

Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən isə ödəmə malların göndərildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi müddət başlayanadək həyata keçirilirsə, yəni ƏDV ödəyicisi malları, işləri və xidmətləri göndərəcəyi qarşı tərəfdən avans məbləğ alırsa, vergi tutulan əməliyyatın vaxtı avansın ödənildiyi tarix sayılır.

Sorğuya cavab olaraq bildirilib ki, yuxarıda göstərilən halda vergi tutulan əməliyyatın vaxtı aprel ayı hesab ediləcək.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Mənbə: vergiler.az

Məcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər

Məcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər

posted in: Xəbər | 0

Vergi güzəşti tətbiq etmək üçün məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərdən hansı sənədlər tələb olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri, “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Mənbə: vergiler.az

Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?

Nağd əməliyyat üzrə aylıq limitlər necə müəyyən olunur?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Son dəyişikliyədək “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməli idi.

Maddənin tələblərindən göründüyü kimi, ƏDV ödəyicisi olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə nağd ödənişlə bağlı tələb ayda 30.000 manat idi. ƏDV ödəyicisi olmayan və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan az olan vergi ödəyiciləri üçün isə bu hədd ayda 15.000 manat müəyyən edilmişdi.

2025-ci il yanvarın 1-i tarixindən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində edilmiş dəyişiklikdən sonra isə dövriyyədən asılı olaraq, diferensial yanaşma tətbiq olunur. Qeyd olunan həmin maddəyə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri içün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim olunan mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada həyata keçirilməlidir.

Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada hayata keçirilməlidir.

Qanunda edilmiş son dəyişikliklərdən sonra aşağıdakı iki yenilik tətbiq olunur:

  • vergi ödəyicisinin əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyəsi əsas götürələcək;
  • həmin dövriyyə zamanı məbləğlər ƏDV daxil olmaqla nəzərə alınacaq.

Vergi ödəyicisinin dövriyyəsi üzrə aylıq nağd ödənişlərlə bağlı üç cür hesablama aparılacaq.

Misal 1: ƏDV ödəyicisinin əvvəlki təqvim ayında dövriyyəsi (ƏDV daxil olmaqla) 1.000.000 manat olub. Həmin dövriyyənin 2 faizi, yəni 20.000 manat 30.000 manatdan az olduğu üçün təqvim ayı üzrə nağd ödənişlərin maksimum limiti 30.000 manat olaraq saxlanılacaq.

Misal 2: Vergi ödəyicisinin 2025-ci ilin fevral ayında dövriyyəsi 2.000.000 manat (ƏDV daxil) olub. Bu halda növbəti ayda (martda) nağd ödənişlər üzrə limit 30.000 manat yox, 40.000 manat (2.000.000 manat x 2 faiz) müəyyən ediləcək. Çünki əvvəlki təqvim ayında vergi ödəyicisinin dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30.000 manatdan artıq, 50 min manatdan az olduqda satış dövriyyəsinin 2 faizindən artıq olan hesablaşma üzrə minimum ödəniş məbləği cari ay üzrə limit kimi qəbul edilir.

Misal 3: ƏDV ödəyicisinin 2025-ci ilin fevral ayında dövriyyəsi 4.000.000 manat (ƏDV daxil) olarsa, o halda mart ayında nağd ödənişlər üzrə maksimum limit 80.000 manat (4.000.000 manat x 2 faiz) yox, 50.000 manat (ay üzrə maksimum limit) tətbiq ediləcək. Çünki “Nağdsız hesabaşmalar haqqında” Qanunun tələblərinə əsasən, ƏDV ödəyicisinin əvvəlki təqvim ayında dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 50.000 manatdan artıq olarsa, cari ayda nağd ödənişlər üzrə 50.000 manatlıq limit tətbiq ediləcək.

Mənbə: vergiler.az

Mallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır?

Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. 2025-ci ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsi bağlanılıb.

Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1.900 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2025-ci ilin birinci yarımilliyi ərzində 2.212 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqavilələrinin sayı 21,1% artıb.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-ci ilin eyni dövrü ilə müqayisədə 22,3% artım qeydə alınıb.

Mənbə vergiler.az

Əvəzləşdirilən ƏDV hesablanmış məbləği aşdıqda büdcə ilə hesablaşma qaydası

1 154 155 156 157 158 159 160 2. 396
error: Content is protected !!