“İstehlak Mallarının Ekspertizası Mərkəzi” auditor seçib

posted in: Xəbər | 0

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, sorğunun qalibi “BKR İşık Konsaltinq” MMC-dir.

Qalib şirkətə 4 249 manat ödəniləcək.

Ötən il də bu sorğunun qalibi “BKR İşık Konsaltinq” olub. Şirkətə 4 700 manat ödənilib.

Mənbə: report.az

Qeyri-formal məşğulluq vətəndaşı hansı hüquqlardan məhrum edir?

Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əgər vergi ödəyicisi ilin ortasında öz fəaliyyətini müvəqqəti dayandırırsa, o zaman Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, 30 gün müddətində mənfəət (gəlir) vergisi bəyannaməsini təqdim etməlidir. Lakin bəzən təcrübədə rastlaşırıq ki, vergi ödəyicisi ilin ortasında, məsələn 31.08.2024-cü il tarixində fəaliyyətini müvəqqəti dayandırmasına baxmayaraq, həmin il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi üçün son tarix kimi 31.03.2025-ci il tarixi olduğunu düşünür və mənfəət vergisi bəyannaməsini təqdim etmir. Vergi ödəyicisi bəyannamənin təqdim olunması üçün son tarix olaraq 31.03.2025-cü ili gözlədiyi müddət ərzində vergi orqanı tərəfindən kameral qaydada ona mənfəət vergisi hesablanır.

Əvvəllər təcrübədə vergi ödəyicisi ilin ortasında fəaliyyətini dayandırır, Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, həmin il üçün mənfəət vergisi bəyannaməsi təqdim edirdi və ilin əvvəlindən fəaliyyətini dayandırdığı günədək əldə etdiyi gəlirləri və bu gəlirlərin əldə edilməsi ilə bağlı olan xərcləri mənfəət vergisi bəyannaməsində əks etdirirdi. Həmin müddət aralığı üçün mənfəət vergisi öhdəliyini ödəyir və cari mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiqlənirdi. Bir müddət keçdikdən sonra vergi ödəyicisi fəaliyyətini yenidən bərpa edirdi.

Lakin fəaliyyətini bərpa etdikdən sonra fəaliyyətini bərpa etdiyi tarixdən ilin sonuna kimi olan dövr ərzində əldə etdiyi gəlirləri vergiyə cəlb etmir və dəqiqləşmiş bəyannamə təqdim etmirdi. Həmin il üçün təqdim etdiyi cari mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiqləndiyi üçün və Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, həmin dövr üçün vergi orqanı tərəfindən kameral vergi yoxlamasının aparılması mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyətini bərpa etdiyi tarixdən ilin sonuna kimi olan dövrə qədər əldə etdiyi gəliri vergiyə cəlb etmir və vergidən yayınırdı.

Misal: Tutaq ki, vergi ödəyicisi 30.06.2024-cü il tarixində fəaliyyətini müvəqqəti dayandırıb. İlin əvvəlindən həmin tarixədək müəssisənin 800.000 manat gəliri və bu gəlirin əldə olunması ilə bağlı 200.000 manat xərcləri olub. Fəaliyyətini dayandırdığı üçün 30 gün müddətində cari mənfəət vergisi bəyannaməsini təqdim edir və 600.000 manat mənfəətindən 120.000 manat mənfəət vergisini ödəyir. Müəssisə 01.09.2024-cü il tarixində yenidən fəaliyyətini aktiv edir və 01.09.2024-cü il tarixdən 31.12.2024-cü il tarixədək 100.000 manat gəlir əldə edir. Ancaq müəssisə bu dövr ərzində əldə etdiyi gəliri vergiyə cəlb etmir.

2024-cü ildən Vergi Məcəlləsinə edilən əlavəyə əsasən, əgər vergi ödəyicisi ilin ortasında fəaliyyətini müvəqqəti dayandırarsa və fəaliyyətini dayandırdığı günədək olan dövr üçün mənfəət vergisi bəyannaməsi təqdim edərsə, sonradan həmin ildə fəaliyyətini təkrar bərpa edərsə, o zaman növbəti ilin 31 martından gec olmayaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməlidir.

Yuxarıda qeyd edilən misalda müəssisə yenidən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməli və bəyannamədə il ərzində əldə etdiyi ümumi 900.000 manat gəliri və bu gəlirin əldə olunması ilə bağlı 200.000 xərci əks etdirməklə 700.000 manat mənfəətindən vergisini ödəməlidir.

Əks halda, vergi orqanı tərəfindən kameral qaydada vergi hesablanacaq.

Mənbə: vergiler.az

Yükdaşıma fəaliyyəti göstərənlər əvvəlki dövrə ƏDV qeydiyyatına alına bilərlərmi?

Qeyri-formal məşğulluq vətəndaşı hansı hüquqlardan məhrum edir?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi qeyri-formal məşğulluğun vətəndaşı hansı hüquqlardan məhrum etdiyinə dair suala aydınlıq gətirib:

  • Şəxsin əmək hüquqları və sosial müdafiəsi təmin olunmur;
  • Pensiya kapitalı və sosial sığorta ödənişləri yığılmır – gələcəkdə pensiya almaqda çətinlik yaranır;
  • İşçi əmək mübahisələri zamanı hüquqlarını qanuni şəkildə müdafiə edə bilmir;
  • İşsizlikdən sığorta ödənişləri bu şəxslərə şamil edilmir;

Şəxs ödənişli əmək məzuniyyətindən (həmçinin analıq məzuniyyəti) yararlana bilmir, eləcə də digər dövlət təminatlarından yararlanmaq mümkün olmur.

Rəsmi məşğulluq həm fərdin hüquqlarının qorunması, həm də ümumi rifahın yaxşılaşdırılması baxımından vacibdir.

Mənbə: vergiler.az

Beynəlxalq şirkətlərin ölkəmizdə qeydiyyatı biznes mühitində müsbət yeniliklər yaradır

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib

posted in: Xəbər | 0

Bu ilin iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20,642 milyon ədəd təşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14,1 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17,1 faiz artıb, kredit kartlarının sayı isə 6,9 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,3 faiz artıb.

2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,375 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,058 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1 faizini təşkil edib.

Mənbə: vergiler.az

Uçot dərəcəsinin azaldılması kredit bazarına necə təsir edəcək?

1 156 157 158 159 160 161 162 2. 396